Icma.az
close
up
RU
İpək Yolunun bərpası Çinin əsas strateji maraqlarına xidmət edir POLİTOLOQ ŞƏRH ETDİ

İpək Yolunun bərpası Çinin əsas strateji maraqlarına xidmət edir POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Azərbaycanla Çin arasındakı münasibətlər daim inkişaf edir. 1991-ci ilin dekabrın 27-də Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Çin ilə Azərbaycan arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprel ayının 2-dən qurulub. Onu da qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci ilin sentyabrın 8-də Bakıda tarixi Böyük İpək Yolunun bərpası üzrə Trasika proqramı çərçivəsində Avropa və Asiya ölkələrinin dövlət başçılarının zirvə görüşləri keçirilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının Astana şəhərində keçirilən zirvə toplantısı çərçivəsində də 2024-cü ilin iyulun 3-də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat imzalamışıq: "Azərbaycan daima Çini dəstəkləyir, Çinlə münasibətləri inkişaf etdirir və bu barədə də Azərbaycan Prezidenti cənab İlham Əliyev Çin kanalına müsahibəsində də ətraflı danışmışdır. Eyni zamanda biz də Çinin ərazi bütövlüyünü, müstəqilliyini tanıyırıq, yəni Tayvanı ayrıca dövlət kimi tanımırıq, yəni bu özü çox vacib bir məsələdir. Çünki bu gün ABŞ məhz Tayvanla bağlı Çinlə müharibəyə hazırlaşır. Ancaq biz Çinin bölünməz olduğunu, bütövlüyünü, ərazi suverenliyini dəstəkləyirik. Ona görə də Çin BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı olan məsələlərdə daim Azərbaycanı dəstəkləyib. Bu mənada biz Çinlə birgə hərəkət edirik.

"Bir Kəmər Bir Yol" çərçivəsində bizim əməkdaşlığımızda dərinləşdirilir. Çin Trans-Xəzər nəqliyyat dəhlizinin, yəni Orta Dəhlizin fəal üzvüdür. Eyni zamanda onu da bildirim ki, Çin Zəngəzur Dəhlizinin açılmasında da maraqlıdır. Çünki qədim İpək Yolunun bərpası Çinin əsas strateji maraqlarına xidmət edir. Son dövrlər ABŞ-nin Çinlə və digər ölkələrlə müharibə aparması da Çini regionda daha da gücləndirir. Çin regionda güclənmək istəyir və artıq Gürcüstanda onların böyük layihələri var və ona görə də, Çin Orta Asiya ölkələri ilə həm də Cənubi Qafqazla sıx əlaqələr qurmaq istəyir. Ancaq özəlliklə Azərbaycanla münasibətlər də daimi inkişaf edir, bu barədə də biz Azərbaycanla Çini dəstəkləyirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri