“iPhone 17”ləri su qiymətinə satdı VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanında küçələrdə satılan "iPhone 17" modelləri sosial mediada geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Yayılan videoda bir şəxsin pikap avtomobilinin arxa hissəsində qutularla telefon satdığı görünür.
Satıcı əlindəki narıncı rəngli "iPhone 17" modellərini ucuz qiymətə təqdim etdiyini bildirir.
Məlumata görə, Səudiyyədə "iPhone 17" modellərinin bazar qiyməti təxminən 3,000-5,000 riyal (təxminən 800-1,333 dollar) arasında dəyişir. Lakin videodakı satıcı telefonları cəmi 250 riyala (təxminən 66,7 dollar) satışa çıxarıb.
Bu hadisə sosial mediada böyük maraq doğurub və istifadəçilər telefonu bu qiymətə necə əldə edə biləcəyini müzakirə edirlər.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 10 Fevral 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















