İqlim dəyişikliyi ilə sağlamlıq arasında əhəmiyyətli əlaqə var Nazir
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
"İqlim dəyişikliyi ilə insan sağlamlığı arasında əhəmiyyətli əlaqə var".
Teleqraf.com xəbər verir ki, bu sözləri Niderlandın gənclər və idman naziri Vinsent Karremans COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib:
"İqlim dəyişikliyi ilə mübarizə apararkən və emissiyaları azaldarkən insan sağlamlığına da nəzər yetirmək lazımdır. Misal olaraq, Avropanın ən böyük limanı olan Rotterdamda güclü yağış və ekstremal istiliklə mübarizə aparmaq üçün daha çox "yaşıl" infrastruktur üzərində işləyirik. Bu gün Niderlandın Səhiyyə Nazirliyi bu istiqamətdə layihələri maliyyələşdirir və dəstəkləyir, çünki bu, iqlim dəyişikliyi ilə mübarizədə çox aktual məsələdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















