Icma.az
close
up
RU
İqlim dəyişikliyinin vəd etdiyi fəlakət: çıxış yolları varmı?

İqlim dəyişikliyinin vəd etdiyi fəlakət: çıxış yolları varmı?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı “İqlim dəyişikliyi reallıqdır, gələcəkdə bunun mənfi təsirlərini görmək mümkün olacaq” deyib.

O qeyd edib ki, artıq dünya ölkələri adaptasiya mərhələsinə keçməlidir: “Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı adaptasiya planı var. Bu məsələ COP29-da da müzakirə edildi. Adaptasiya hədəflərində innovasiyalardan, müasir texnologiyalardan istifadə edilməlidir. Bəzi hallarda ekosistemə əsaslanan hədəflər daha effektiv nəticələr verə bilər”.

Bəs Azərbaycanda bu istiqamətdə vəziyyət necədir? Adaptasiya necə həyata keçirilə bilər?

“Qlobal təşəbbüslərdə ümumi həmrəylik olmalıdır”

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov son illər iqlim dəyişikliklərinin fəsadlarının açıq şəkildə müşahidə olunduğunu deyərək əlavə edib ki, bu, iqlimin istiləşməsi, şirin su mənbələrinin azalması, Xəzərin səviyyəsinin sürətlə aşağı enməsi və.s kimi həyatımıza mənfi təsir göstərir.

Deputat qeyd edib ki, iqlim dəyişiklikləri aqrar sektorda suvarılma suyunun azalması və hətta içməli su çatışmazlığı problemini meydana gətirir: “Azərbaycan bu problemlərin meydana gəldiyini görür və qabaqlayıcı tədbirlər görməklə adaptasiya olunmağa çalışır. Belə ki, iqtisadiyyatın aqrar sektorunda innovasiyalar tətbiq olunmaqla suya qənaet edilir, içməli su ilə bağlı gözlənilən problemlə qarşılaşmamaq və Xəzərin suyunun saflaşdırılması üçün müəssisələr tikilir, bərpaolunan enerji sektorunun yaradılması istiqamətində addımlar atılır. Təbii ki, iqlim dəyişikliklərinin yaratdığı fəsadların aradan qaldırılması üçün qlobal təşəbbüslərdə ümumi həmrəylik olmalıdır. Məsələn, dövlət başçımız Xəzərin səviyyəsinin azalmasına qarşı tədbirlərin görülməsi üçün BMT tribunasından çağırış etdi. Əlbəttə, Xəzəri yaxınlaşan fəlakətdən qorumaq üçün Xəzəryanı bütün ölkələr həmrəylik nümayiş etdirməli və tədbirlər görülməlidir. Yəni iqlim dəyişikliklərinə qarşı adaptasiya olunması ancaq bir ölkənin özünü həmin vəziyyətə uyğunlaşdırması deməkdir. Amma mübarizə qlobal səviyyədə aparılmalı və bütün bəşəriyyətin qorunması üçün səfərbər olunmalıdır”.

Gözlənilən fəlakətlər

A.Badamovun sözlərinə görə, bu gün iqlim dəyişiklikləri ilə mübarizə aparmaq bir neçə ildən sonra mübarizə aparmaqdan daha asandır: “Amma bu problem dərinləşdikcə mübarizə də çətinləşir. Ona görə də bu ümumibəşəri məsələdə dünya ictimaiyyəti öz həmrəyliyini nümayiş etdirməli və ümumi evimiz olan planetimizi hamımız gözlənilən fəlakətlərdən qorumalıyıq”.

Bütün dünyanı narahat edən məsələ

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova qeyd edib ki, iqlim dəyişikliyi bütün dünyanı narahat edən məsələlərdən biri hesab olunur: “Bununla bağlı adi insanlar da həyəcan siqnalı çalmalıdır. Artıq demək olar ki, fəsillər öz yerini dəyişib. Bunlar iqlim dəyişikliyinin nəticəsində baş verir. Bu, doğrudan da real bir hadisədir. İqlim dəyişikliyi ilə bağlı Azərbaycanda çox böyük işlər görülür. Keçən il ölkəmizdə COP29-un keçirilməsi buna bariz nümunədir. Yaşıl enerjiyə keçid dövrü də buna misal ola bilər. Həmçinin bu gün artıq elektrikli nəqliyyatlardan istifadə olunur”.

Ciddi tədbirlər

İ.Həsənova bildirib ki, Qarabağ, Zəngəzur, Naxçıvanda yaşıl enerjiyə keçid dövrü başlayıb: “2030-cu ilə qədər Qarabağ demək olar ki, yaşıl enerji ilə təmin olunacaq. Digər bölgələrin də yaşıl enerji ilə təmin olunması nəzərdə tutulub. Keçən il “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu. Bu, onu göstərir ki, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görməyə başlayıb. Bizim bir neçə dövlətlə yaşıl enerji ilə bağlı müqavilələrimiz var və artıq bir neçə ildir bununla bağlı işlər görülür”.

“Sahibkarlara böyük məbləğdə cərimələr qoyulmalı”

O. həmçinin qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) havaya buraxılan zəhərli maddələrlə, tüstülərlə bağlı şadlıq saraylarında monitorinqlər keçirir: “Mən öncələr çıxışımda da demişdim ki, əgər havaya buraxılan tüstülərin qarşını almaq üçün sahibkarlara böyük məbləğdə cərimələr qoyulsa, onlar da havaya buraxılan o tüstülərin qarşını almaq üçün filtrlərdən istifadə edərlər. Bunu artıq Nazirlik monitorinq edərək həyata keçirir. Bildirim ki, kənd təsərrüfatında da iqlim dəyişikliyi ilə bağlı çox böyük işlər görülür. Artıq damcı üsulu ilə suvarma sisteminə keçilir. Həm də iqlim dəyişikliyinin nəticəsində su qıtlığının yaranması gözlənilir. Bunun da qarşısını almaq üçün Azərbaycanda bir sıra tədbirlər görülür”.

Texnika və texnologiyalardan istifadə

“Eko-Aləm” İctimai Birliyinin sədri, ekoloq Sevil Yüzbaşeva deyib ki, ölkədə ətraf mühitə ziyanı olmayan, təbiətə dost texnologiyalardan istifadə edilir: “Tükənməyən enerji mənbələrindən istifadənin, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılaraq daha təmiz yanacaq olan təbii qaza keçilməsi, yeni meşə massivlərinin salınması, bərpaolunan enerji və meşə sahələrinin mühafizəsi sahəsində müəyyən işlər görülüb. Ancaq apardığım monitorinqlər zamanı meşələrin mühafizəsi, yeni əkinlərin salınması kimi həyata keçirilən genişmiqyaslı işlərdə yeni ətraf mühit üçün faydalı olan texnika və texnologiyalardan istifadə edilmir. Meşələrin mühafizəsi üçün yeni texnika və texnologiyalardan istifadə olunmalıdır. Məsələn, pilotsuz uçuş aparatları (PUA), süni intellekt (AI) tətbiq olunmalı, dronlardan istifadə edilməlidir”.

“Peyk görüntülərindən istifadə edilməlidir”

O əlavə edib ki, insansız hava aparatları (İHA) real vaxt rejimində meşə ehtiyatlarının vəziyyəti haqqında müasir məlumatları təqdim edir: “Onlar zədələnmiş və ölü ağacları, həmçinin xəstəliklər və ya zərərvericilərdən təsirlənən əraziləri tez aşkar etməyə kömək edir. Bu, meşə ehtiyatlarının qorunması üçün vaxtında tədbirlərin görülməsinə kömək edir. Meşələrin monitorinqi və eləcə də ağac inventar sistemlərinə, qanunsuz ağac kəsilməsinə nəzarət etmək üçün peyk görüntülərindən də istifadə edilməlidir”.

“Yeni monitorinq texnologiyaları olduqca vacibdir”

S.Yüzbaşevanın sözlərinə görə, meşə yanğınları ilə mübarizə texnologiyaları kimi də bu yeniliklərdən həm yanğının erkən aşkarlanması, həm də yanğının söndürülməsi sistemləri üçün tətbiq edilməlidir: “Robotlardan istifadə böyük fayda verər, xüsusən yanğınlar zamanı. Meşələrin mühafizəsi üçün pilotsuz təyyarələr və peyklər: yeni monitorinq texnologiyaları olduqca vacibdir. Bu texnologiyalar meşə sahələrinin monitorinqini aparmağa, qeyri-qanuni ağac kəsilməsini, yanğınları və meşələr üçün həyata keçirilən digər mühüm fəaliyyətlərdə olduqca effektlidir. Hətta bu yaxınlarda yaponların dronlarla ağacəkmə videosu sosial şəbəkələrdə yayımlanıb. Olduqca maraqlı və effekt verən bir işdir. Belə yeniliklər tətbiq olunmalıdır”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Oktyabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri