İqlimə həssas şəraitdə sülh və dayanıqlılığı gücləndirmək mövzusunda dəyirmi masa keçirilib
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
“İqlimə həssas şəraitdə sülh və dayanıqlılığı gücləndirmək üçün şəbəkə quruculuğu” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilb.
APA xəbər verir ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “İqlimə həssas şəraitdə sülh və dayanıqlığı gücləndirmək üçün şəbəkə quruculuğu” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Somalinin ətraf mühit və iqlim dəyişikliyi naziri Xadica Mohamed Al-Maxzoumi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vitse-prezidenti Cayl Karbonier, Böyük Britaniyanın İqlim üzrə xüsusi nümayəndəsi Reyçl Kayl, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaləndirmə İdarəsinin maliyyə və tərəfdaşlıq direktoru Lisa Douten və s. şəxslər iştirak edib.
Tədbirdə münaqişə və böhrandan təsirlənən ölkələrdə iqlimin maliyyələşdirilməsi və uyğunlaşma tədbirlərinin genişləndirilməsi zərurətindən bəhs edilib. Dəyirmi masa münaqişə və ya münaqişəyə meyilli şəraitdə olan ölkələr üçün real tədbirlərin görülməli olduğunu vurğulayıb. Tədbirin sonunda kommunike qəbul olunub, mətni Elşad İskəndərov oxuyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 15 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















