Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

İqtisadi tərəqqi və sosial rifahın su təməli

İqtisadi tərəqqi və sosial rifahın su təməli

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dövlət Proqramı Bakı və Abşeron yarımadasının hidro sistemlərinin təkmilləşdirilməsini nəzərdə tutur

Müasir dünyamızın əsas çağırışlarından biri su ehtiyatlarının səmərəli idarə olunmasıdır. Aparılan hesablamalara görə, Yer kürəsində mövcud olan su ehtiyatlarının cəmi 3–4 faizi içməli su kimi yararlıdır. Azərbaycan da su qıtlığından əziyyət çəkən ölkələr sırasında yer alır. Məhz bu amili nəzərə alaraq, deyə bilərik ki, ölkədə su təsərrüfatı dövlət prioriteti səviyyəsinə yüksəldilib.

Son 20 ildə Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Ərazidə 480 kilometr magistral içməli su kəməri, 262 kilometr Oğuz–Qəbələ–Bakı və 84 kilometr Ceyranbatan–Zirə magistral su kəmərləri, həmçinin yağış kanalizasiya və tullantı suları kollektorları inşa olunub. Sumqayıt, Buzovna, Pirşağı və Şüvəlan qəsəbələrində tullantı sularının təmizlənməsi qurğuları fəaliyyətə başlayıb.

Bu tədbirlər əhalinin fasiləsiz su təminatının gücləndirilməsinə, ətraf mühitin qorunmasına və su resurslarının səmərəli idarə olunmasına mühüm töhfə verib. Lakin iqlim dəyişikliyi, şəhərləşmə və sənayeləşmə suya tələbatı artırır, mövcud kanalizasiya şəbəkələri isə müasir standartlara cavab vermir. Nəticədə, fasiləsiz və dayanıqlı su təminatı üçün köhnəlmiş infrastruktur və idarəetmə sistemlərinin yenilənməsi zərurəti ortaya çıxır.

Dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıqların artdığı bir şəraitdə yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri müzakirə edilib, su təsərrüfatı sahəsində görülən işlərlərdən danışılıb. Dövlət başçısı bildirib: “İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir”.

Ölkə başçısı əlavə edib ki, son 20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur: “Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir”.

Müşavirədə işğaldan azad olunan ərazilərdə içməli su və suvarma layihələrin icrasına diqqət çəkilib. Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə ölkənin su ehtiyatları daha da artıb. Buna qədər Ermənistan dövləti digər sahələrdə olduğu kimi, Azərbaycana qarşı həm də su terroru həyata keçirib. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi respublikaya böyük problemlər yaradıb.

Müşavirədə vurğulanıb ki, burada son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilərək istifadəyə verilib. “Suqovuşan” su anbarı və “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda — Füzuli rayonunda “Köndələnçay” üzrə üç su anbarı və Ağdam rayonunda “Xaçınçay” su anbarı bərpa edilərək fəaliyyətə başlayıb. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının — “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulub və hazırda hazırlıq işləri aparılır.

Qeyd edək ki, Bakı şəhəri və Abşeron yarımadasında içməli su ilə bağlı problemlər uzun illərdir dövlət qarşısında duran əsas məsələlərdən biri olub və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Dövlət başçısı müşavirədə bildirib ki, mövcud vəziyyət artıq bu sahədə genişmiqyaslı və müfəssəl proqramının qəbulunun zəruri edib.

***

Mövcud çağırışlara uyğun olaraq, yanvarın 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı müvafiq ərazilərdə su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Dövlət Proqramı 2026−2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Bu mərhələdə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, eləcə də su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması üçün tədbirlər görüləcəkdir.

2031−2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcək.

Dövlət Proqramının icrası nəticəsində içməli su mənbələrinin dayanıqlılığının artırılması, su anbarlarının, eləcə də supaylayıcı şəbəkələrin inkişaf etdirilməsi, suyun uçot sisteminin təkmilləşdirilməsi, yağış və tullantı suları sistemlərinin yenilənməsi və alternativ su mənbələrinin istifadəyə cəlbinə nail olunması nəzərdə tutulur. Dövlət Proqramında, həmçinin Bakı şəhərinin Baş planı ilə uzlaşdırılaraq, uzunmüddətli strateji hədəflər və icra mexanizmləri müəyyən edilib.

Azərbaycan lideri sözügedən Dövlət Proqramına həsr olunan müşavirədə Proqramın icrasına xüsusi diqqət çəkərək qeyd edib ki, sənədin həyata keçirilməsi üçün maliyyə mənbələri artıq müəyyənləşdirilib. Proqram həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşdiriləcək. İcra çərçivəsində təxminən 30 yeni su anbarının tikintisi nəzərdə tutulur ki, bu da genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılması deməkdir.

Eyni zamanda, sayğaclaşdırmanın 100 faizə çatdırılması planlaşdırılır. Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı 70 faiz təşkil etdiyi halda, Proqramın icrası nəticəsində bu göstəricinin 95 faizə yüksəldilməsi hədəflənir. Layihənin həyata keçirilməsi Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində su təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verəcək. Bununla yanaşı, 200 kilometrdən artıq magistral kanalların və eyni həcmdə paylayıcı şəbəkələrin tikintisi və yenidən qurulması nəzərdə tutulur.

Müşavirədə müzakirə olunan məsələlərdən biri də su itkiləri ilə bağlı olub. Dövlət başçısının fikrincə, əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı ölkə üçün kifayət edərdi. Bildirilib ki, əhalinin çoxalması və sənayenin inkişafı suya olan tələbatı da artırır. Bütün bunlar nəzərə alınaraq, itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir və proqramın icrası nəticəsində bunun, kəskin azaldılması nəzərdə tutulur.

Ekspertlərin qənaətinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkəmiz üçün son dərəcə aktualdır. Mütəxəssislər Bakı və Abşeron yarımadasında mövcud olan su problemlərinin həllinə dair keçirilən toplantını mühüm addım kimi dəyərləndirirlər. Coğrafiya elmləri doktoru Məhəmməd Abduyev XQ-yə açıqlamasında bildirib ki, su təminatı məsələsi digər sahələrlə müqayisədə daim aktuallığını qoruyan və prioritet mövzulardan biri olaraq ön sıralarda yer alır: “Xüsusilə vurğulamaq yerinə düşər ki, 2020-ci ildə su təsərrüfatı sahəsində fəaliyyətin daha səmərəli təşkili məqsədilə müvafiq dövlət agentliyi yaradılıb. Bununla yanaşı, sonrakı mərhələdə bir sıra milli strategiyalar təsdiqlənib. Belə ki, 2024-cü ildə 2024–2040-cı illəri əhatə edən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı deyilənlərə əyani misaldır. Cənab Prezident çıxışında son 20 il ərzində inşa edilən, eləcə də hazırda tikilməkdə olan su anbarlarına xüsusi diqqət çəkdi. Bununla yanaşı, artıq mövcud olan su anbarlarının təmiri, bərpası, yeni kanalların çəkilməsi məsələləri də ön plana çıxarıldı. Qeyd olundu ki, su ilə bağlı ən gərgin problemlərdən biri məhz Abşeron yarımadasında müşahidə olunur. Burada həm su çatışmazlığı, həm də çirkab sularının idarə olunması problemi vaxtaşırı özünü büruzə verir”.

Ekspert əlavə edib ki, intensiv yağışlar zamanı mövcud kollektor şəbəkəsi Abşeron yarımadasında, xüsusilə Bakı şəhərində kanalizasiya və yağış sularının ötürülməsi üçün yetərli olmur. Nəticədə şəhərin müxtəlif ərazilərində gölməçələr yaranır və bu vəziyyət uzun müddət xoşagəlməz mənzərə ilə müşayiət olunur: “Prezident bütün bu məqamları nəzərə alaraq bildirib ki, müvafiq sahə üzrə uzunmüddətli proqram nəzərdə tutulub. 2026–2035-ci illəri əhatə edən 10 illik proqram çərçivəsində qarşıya qoyulan vəzifələrin vaxtında və ardıcıl şəkildə icra olunacağına ümid ifadə olunub. Gözlənti ondan ibarətdir ki, bu proqramın tam reallaşması nəticəsində Abşeron yarımadası və Bakı şəhərində illərdir əhalini narahat edən su problemləri köklü şəkildə həllini tapacaq. Bununla yanaşı, içməli su məsələsi ilə paralel olaraq regionlarda kənd təsərrüfatında istifadə olunan su resurslarına da diqqət çəkildi. Məlum olduğu kimi, ölkədə istifadə olunan suyun təxminən 70 faizi məhz suvarma məqsədlərinə yönəldilir. Bu baxımdan, Prezident müasir suvarma texnologiyalarının tətbiqi, yeni rəqəmsal sistemlərə keçid və su itkilərinin azaldılması məsələlərinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Aparılan tədqiqatlar da göstərir ki, Azərbaycanda su itkilərinin səviyyəsi kifayət qədər yüksəkdir. Müşavirədə də qeyd olunduğu kimi, MDB ölkələri ilə müqayisədə ölkəmiz bu göstərici üzrə ön sıralardadır. Hazırda su itkilərinin həcmi 33 faizdən artıqdır və bu da sahədə ciddi struktur islahatlarına ehtiyac olduğunu bir daha ortaya qoyur”.

Rövşən ABBASOV,
coğrafiya üzrə fəlsəfə doktoru, ekoloq

Bakı iqtisadi rayonu Abşeron yarımadası ilə birlikdə Azərbaycanda əhali baxımından ən sıx məskunlaşmış ərazilərdən biridir. Qeyri-rəsmi hesablamalara əsasən, ölkə əhalisinin təxminən 40 faizi məhz bu iqtisadi rayonda yaşayır. Bakı iqtisadi rayonu Bakı və Sumqayıt şəhərlərini, eləcə də onlarla qəsəbəni əhatə edir.

Təəssüf ki, bu ərazi su ehtiyatlarının məhdudluğu baxımından ciddi problemlərlə üz-üzədir. İlk növbədə qeyd etmək lazımdır ki, rayonun öz daxili su mənbələri mövcud deyil. Digər tərəfdən, 1990-cı illərin əvvəllərindən Qarabağ müharibəsi ilə əlaqədar məcburi köçkünlərin yerləşdirilməsi, eləcə də 1990-cı illərin sonlarından etibarən nəzarətsiz məskunlaşma prosesi bu ərazilərdə sürətlə geniş vüsət alıb.

Bu proses nəticəsində həm su, həm də kanalizasiya xətlərinin plansız və normativlərə uyğun olmayan şəkildə çəkilməsi halları artıb ki, bu da ciddi su itkilərinə və sanitar problemlərə şərait yaradıb. Ümumilikdə, Bakı şəhəri, ətraf qəsəbələr və Sumqayıt şəhəri üzrə mövcud infrastruktur su ehtiyatlarının səmərəli idarə olunmasına imkan vermir. Bir çox ərazilərdə, xüsusilə şəhərin mərkəzi hissələrində su infrastrukturu xeyli dərəcədə köhnəlib.

Digər ərazilərdə isə özbaşına tikinti prosesi geniş yayılıb. Məsələn, Masazır ərazisində bəzi ailələr birləşərək öz imkanları hesabına su xətləri çəkirlər, lakin əksər hallarda kanalizasiya sistemi ilə təminat mümkün olmur. Nəticədə bu ərazilərdə illər ərzində ciddi infrastruktur və ekoloji problemlər yığılıb.

Məhz bu amillər Bakı şəhəri və Abşeron yarımadası üzrə həyata keçirilən Dövlət Proqramının əsas məqsəd və prioritetlərini müəyyənləşdirir. Həyata keçirilən Dövlət Proqramının əsas məqsədi Bakı şəhərində həm alternativ su mənbələri ilə təminatın yaxşılaşdırılması, həm də mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılmasıdır. Bu baxımdan şəhər və ətraf ərazilər üçün əsas alternativ su mənbələri Xəzər dənizinin şirinləşdirilmiş, yəni duzsuzlaşdırılmış sularıdır. Məhz bu istiqamətdə son illər ərzində mühüm və genişmiqyaslı addımlar atılıb.

Yağış sularının səmərəli idarə olunması isə bir tərəfdən gələcəkdə bu suların bağ və parkların suvarılmasına yönəldilməsinə imkan yaradacaq, digər tərəfdən isə şəhər ərazisində vaxtaşırı baş verən sel və daşqınların qarşısının alınmasına xidmət edəcək. Digər mühüm məqam ondan ibarətdir ki, Bakı şəhərinin su ehtiyatlarının idarə olunmasına dair sözügedən Dövlət Proqramı eyni zamanda şəhər ətrafındakı göllərin və onların ətraf zonalarının idarəetməsinin təkmilləşdirilməsini, eləcə də həmin ərazilərdə rekreasiya infrastrukturunun formalaşdırılmasını nəzərdə tutur.

Hesab edirəm ki, keçirilmiş bu görüş irəliyə doğru atılmış mühüm addımdır və gələcəkdə şəhərin su təchizatının yaxşılaşdırılmasında alternativ su mənbələrindən istifadənin genişləndirilməsinə, eləcə də sanitariya şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına ciddi töhfə verəcək.

Arzu SÜLEYMANOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri

Bildiyiniz kimi, Prezidentin Sərəncamında Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.

Dövlət Proqramının əhatə etdiyi 2026-2035-ci illər ərzində su təchizatı və kanalizasiya sahəsində başlayacaq islahatlar ölkənin su infrastrukturunu gücləndirmək və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini daşıyır. Proqram iki əsas mərhələdən ibarət olacaq və hər iki mərhələ də ölkənin su təchizatını daha dayanıqlı və ekoloji cəhətdən təhlükəsiz hala gətirməyi hədəfləyir.

2026−2030-cu illəri əhatə edən birinci mərhələdə mövcud su və kanalizasiya şəbəkələrinin yenilənməsi və təmiri üzərində cəmləşəcək. Bu müddət ərzində yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üçün müasir texnologiyalar tətbiq ediləcək. Eyni zamanda, “ağıllı su şəbəkələri” qurulacaq və su şəbəkələrindəki itkilərin aşkarlanması məqsədilə innovativ həllər təqdim ediləcək.

2031−2035-ci illəri əhatə edən ikinci mərhələ isə su təchizatının fasiləsizliyini təmin etmək məqsədilə yeni su anbarları və nasos stansiyalarının inşasına yönələcək. Bu mərhələdə, həmçinin su təchizatı və kanalizasiya şəbəkələrinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.

Bu Proqramın icrası nəticəsində Azərbaycan içməli su mənbələrinin dayanıqlılığını artıracaq, su şəbəkələrinin uçot sistemləri təkmilləşdiriləcək və alternativ su mənbələrindən istifadə ediləcək. Proqramın uzunmüddətli məqsədləri Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq, müasir su təchizatı xidmətlərinin göstərilməsi və ölkənin su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq.

Dövlət Proqramının Tədbirlər Planı su təchizatı və tullantı sularının idarə olunması sistemlərinin inkişafı, su sektorunda təbii fəlakət risklərinin və ekoloji dayanıqlılığın idarə edilməsinin təmini və su sektorunda innovasiya və rəqəmsallaşması kimi üç əsas prioriteti özündə əks etdirir.

Qeyd edək ki, Dövlət Proqramında ciddi infrastruktur layihələrinin maliyyə yükünün ilkin mərhələdə dövlət-özəl əməkdaşlığı və beynəlxalq maliyyə qurumlarının kredit və qrant imkanları vasitəsilə qarşılanması nəzərdə tutulur. Bu yanaşma proqramın həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin təmin edilməsində mühüm rol oynayacaq. Bu, dövlət büdcəsinin daha optimal idarə edilməsi ilə yanaşı, xarici borcun azaldılması və beynəlxalq maliyyə qurumları ilə güclü əməkdaşlığın genişlənməsinə imkan verəcək.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see144

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see141

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri