Icma.az
close
up
RU
İqtisadiyyat İnstitutu və İğdır Universitetinin birgə elmi seminarı keçirilib

İqtisadiyyat İnstitutu və İğdır Universitetinin birgə elmi seminarı keçirilib

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 17-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu və Türkiyə Respublikasının İğdır Universitetinin birgə təşkilatçılığı ilə onlayn formatda elmi seminar keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Famil Rüstəmov Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli siyasi, iqtisadi və mədəni əlaqələrdən bəhs edib. O, qardaş ölkələrin elm və təhsil sahəsində əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, birgə elmi layihələrin həyata keçirilməsinin hər iki tərəf üçün mühüm faydalar verəcəyini qeyd edib.

Seminarda çıxış edən İğdır Universitetinin professoru Haktan Sevinc isə Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Professor iki qardaş ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin yeni elmi nailiyyətlərin əldə olunmasına və təcrübə mübadiləsinin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Seminarın əsas məruzəçiləri İqtisadiyyat İnstitutunun “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Fuad Qənbərov və İğdır Universitetinin İqtisad kafedrasının müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Gürkan Bozmadır olublar.

Professor Fuad Qənbərov “Türk dövlətlərinin iqtisadi potensialı” mövzusunda məruzə ilə çıxış edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi imkanları barədə ətraflı məlumat verib. Məruzədə türk dövlətlərinin zəngin enerji və təbii ehtiyatları, demoqrafik proseslər, daxili bazarların inkişaf perspektivləri, beynəlxalq nəqliyyat və logistika dəhlizləri, qarşılıqlı investisiya imkanları, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətləri və 2030-cu ilədək müəyyən edilmiş strateji hədəflər geniş şəkildə təhlil olunub. Alim həmçinin türk dövlətləri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin regional və qlobal iqtisadi proseslərdə bu ölkələrin rolunun artmasına xidmət edəcəyini vurğulayıb.

Dosent Gürkan Bozmadır isə “Azərbaycan və Türkiyə Respublikaları arasında xarici ticarət əlaqələri” mövzusunda təqdimatla çıxış edib. O, iki ölkə arasında ticarət dövriyyəsinin dinamikası, mövcud əməkdaşlıq imkanları və gələcək inkişaf perspektivləri barədə məlumat verib. Məruzədə qarşılıqlı investisiyaların artırılması, ixrac potensialının genişləndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin əhəmiyyəti və regional iqtisadi inteqrasiyanın ticarət əlaqələrinə təsiri məsələləri xüsusi diqqət mərkəzində olub.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Məruzələrdən sonra geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, elmi əməkdaşlığın genişləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlıq münasibətləri elm, təhsil və iqtisadiyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır və bu istiqamətdə keçirilən birgə tədbirlər qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyun 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri