İqtisadiyyat naziri: Tbilisi Batumi dəmir yolu xəttində hərəkət müddəti 30 dəqiqə azalacaq
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tbilisi, 24 dekabr, AZƏRTAC
Gürcüstanın nəqliyyat və logistika sektorunda inkişaf üçün böyük potensialı var. İddialı planlarımıza çatmaq üçün 2032-ci ilə qədər strateji nəqliyyat infrastrukturunun inkişafına 7 milyard lari investisiya qoyulacaq ki, bunun da 1 milyard larisi dəmir yolunun daha da inkişafına xərclənəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili söyləyib.
Nazir qeyd edib ki, dəmir yolu lokomotiv parkının yenilənməsi və hərəkət heyətinin genişləndirilməsinə gələn il başlanılacaq. Bundan əlavə, dəmir yolunun əməliyyat proseslərinin optimallaşdırılması, eləcə də mövcud inzibati maneələrin aradan qaldırılması və xidmətlərin rəqəmsallaşdırılması üzrə aktiv işlər görülür.
"Nəticədə 2026-cı ilin yay mövsümünə qədər Tbilisi-Batumi hissəsində hərəkətin vaxt müddəti 30 dəqiqə azaldacağıq. 2026-cı il, həmçinin Anakliya dərin dəniz limanının tikintisinin aktiv mərhələsinə keçidi və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatması ilə də fərqlənəcək", - deyə nazir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 Dekabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















