Icma.az
close
up
RU
İqtisadiyyat nazirinin müavini İƏT in Daimi Komitəsinin iclasında iştirak edib

İqtisadiyyat nazirinin müavini İƏT in Daimi Komitəsinin iclasında iştirak edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Türkiyənin İstanbul şəhərində keçirilən İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 41-ci iclasında iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın İƏT-ə üzv dövlətlərlə çoxtərəfli əməkdaşlığın və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xüsusi önəm verdiyi vurğulanıb.

İclasda ixrac bazarlarının şaxələndirilməsi və qeyri-neft-qaz ixracının genişləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, Avropa və İƏT bazarlarına çıxışı artıran layihələr barədə məlumat verilib. Qeyd edilib ki, kiçik və orta biznes ixracatçıları üçün mübadilə proqramlarının, sənaye, bərpa olunan enerji, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi mövcud iqtisadi və ticarət əlaqələrinin daha da güclənməsinə töhfə verə bilər.

Ölkəmizdə formalaşmış əlverişli biznes və investisiya mühiti, əməkdaşlıq üçün perspektiv istiqamətlər, sənaye zonalarının imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergi və gömrük güzəştləri, digər stimullaşdırıcı mexanizmlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Təşkilata üzv ölkələrin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən iclasda “İƏT-2025: Fəaliyyət Proqramı”nın icrası, qlobal iqtisadi meyllərin İƏT-ə üzv ölkələrə təsiri, İƏT çərçivəsində ticarət əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlıqda özəl sektorun rolunun artırılması, maliyyə əməkdaşlığının dərinləşdirilməsi, nəqliyyat və rabitə infrastrukturunun təkmilləşdirilməsi və digər aktual məsələlər müzakirə edilib. İƏT-ə üzv ölkələrdə ixrac strategiyalarının hazırlanması və təkmilləşdirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see177

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see166

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see161

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see148

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see142

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see140

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see139

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see135

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see133

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see132

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see131

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see130

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see130

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see129

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see127

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see126

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see125

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see123

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see122

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri