Icma.az
close
up
RU
İqtisadiyyat Nazirliyi yanacaq satan sahibkarları toplayıb XƏBƏRDARLIQ ETDİ

İqtisadiyyat Nazirliyi yanacaq satan sahibkarları toplayıb XƏBƏRDARLIQ ETDİ

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yanacaq məhsullarının istehsalı, idxalı, topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olan sahibkarlarla maarifləndirici görüşlər keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirlər zamanı yanacaq məhsullarının istehsalı, idxalı və topdansatışını həyata keçirən sahibkarlıq subyektlərinə yanacaq məhsullarının keyfiyyət göstəricilərinə dair qanunvericiliyin tələbləri izah edilib. Həmçinin, yanacaq məhsullarının pərakəndə satışını həyata keçirən sahibkarlıq subyektləri ilə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacaqlarının keyfiyyəti və istifadə olunan ölçmə vasitələrinin yanacağın həcmini düzgün ölçməməsi ilə bağlı istehlakçılardan daxil olan şikayətlər barədə ətraflı müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yanacaq məhsullarının istehsalı, idxalı, topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olan sahibkarların iştirakı ilə maarifləndici görüşlər keçirilib.

İstehlakçıların standartların tələblərinə cavab verən məhsul əldə etmək hüquqlarının təmin edilməsi məqsədilə yanacaq məhsullarının istehsalı, idxalı və topdansatışını həyata keçirən sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı satılan yanacaq məhsullarının hər partiyasının keyfiyyətini təsdiq edən sənədlə müşayiət olunması, məhsulların satışı zamanı topdan alıcılara yanacağın keyfiyyətini təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi, yanacağın daşınması və saxlanması zamanı standartların və normativlərin tələblərinə əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah edilib.

Yanacaq məhsullarının pərakəndə satışını həyata keçirən sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı isə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacaqlarının keyfiyyəti, istifadə olunan ölçmə vasitələrinin yanacağın həcmini düzgün ölçməməsi və digər məsələlər barədə istehlakçılardan daxil olan şikayətlərlə bağlı ətraflı müzakirələr aparılıb, istehlakçıların aldıqları malların keyfiyyətini və həcminin düzgün ölçülməsini təsdiq edən sənədlərlə tanış olmaq hüququna malik olduğu bildirilib.

Həmçinin, istehlakçılara satılan yanacağın həcminin düzgün müəyyən edilməsi məqsədilə məntəqələrdə tipi təsdiq edilmiş, yoxlamadan keçirilmiş və metroloji norma və qaydalara cavab verən ölçmə vasitələrindən istifadə edilməsi və qanunvericiliyin digər tələbləri sahibkarların diqqətinə çatdırılıb.

Eyni zamanda, sahibkarlara istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see194

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see137

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see122

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see121

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see119

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri