Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

İqtisadiyyatın kölgəli üzü

İqtisadiyyatın kölgəli üzü

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir ölkədə qeyri-rəsmi şəkildə həyata keçirilən bütün iqtisadi fəaliyyət kölgə iqtisadiyyatı hesab olunur. Statistik məlumata əsasən, Azərbaycanda kölgə iqtisadiyyatının payı 1,8 faiz təşkil edir. Ekspertlərin fikrincə, kölgə iqtisadiyyatının qarşısını almaq üçün daha sərt addımların atılmasına ehtiyac var. Çünki kölgə iqtisadiyyatının leqallaşdırılması daha çox vəsaitin büdcəyə daxil olmasına imkan verəcək.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dünyada kölgə iqtisadiyyatı olmayan ölkə yoxdur. Sadəcə kölgə iqtisadiyyatının həcminin çox və ya az olduğu ölkələr var: "Bu gün inkişaf etmiş dünya ölkələrində ümumi iqtisadiyyatın 10-15 faizini kölgə iqtisadiyyatı təşkil edir.  Azərbaycanda kölgə iqtisadiyyatının həcmini ölçmək çox çətindir. Çünki hələ ölkədə elektron qayimə sisteminə, kartla ödənişlərin edilməsinə yeni-yeni başlanılıb. Dünyada olduğu kimi, Azərbaycanda da kölgə iqtisadiyyatı əsasən ticarətdə, ictimai iaşədə, xidmət sahələrində daha geniş yayılıb. Digər sahələrdə də kölgə iqtisadiyyatının payı var. Deyilsə ki, "kölgə iqtisadiyyatı"nı tam aradan qaldırmaq mümkündür. Bu, inandırıcı görünmür. Onu tamamilə aradan qaldırmaq mümkün deyil. Sadəcə həcmini azaltmaq üçün tədbirlər görmək mümkündür".

Kölgə iqtisadiyyatı tikinti sektorunda daha çox özünü göstərir

İqtisadçı ekspert Razi Abasbəylinin sözlərinə görə, Azərbaycanda kölgə iqtisadiyyatı əsasən tikinti sektorunda daha çox özünü göstərir: "Tikinti sektorunda işə götürənlər adətən işçilərlə əmək müqaviləsi bağlamadan onları çalışdırırlar. Bu, əlbəttə ki, çox böyük həcmdə vəsaitlərin qeyri leqal formada rəsmi dövriyyədən yayındırılmasıdır. İqtisadiyyatın təxminən 30 faizi tikinti sektorunda formalaşır və bu sahədə kölgə iqtisadiyyatı açıq şəkildə özünü göstərir. Bu, həm mal və materialların alınmasında, həm də muzdlulara ödənişlərin qeyri-rəsmi edilməsində aydın görünür. Tikinti sektorundan sonra kölgə iqtisadiyyatının formalaşmasında əsas rolu elektron ticarət oynayır.  Elektron ticarət üzərindən ticarət münasibətləri adətən iki və üç tərəfli təmaslar formasında həyata keçirilir. Pərakəndə satış bazarında demək olar ki, bu sahədə kölgə iqtisadiyyatının yaranması daha geniş vüsət alıb. Düzdür, bu istiqamətdə müəyyən təsiredici mexanizmlər həyata keçirilib. Nağdsız əməliyyatların icrasına, əmək müqavilələrinin bağlanmasına nəzarət gücləndirilib. Azərbaycanda kölgə iqtisadiyyatının keçilməsi istiqamətdə müəyyən işlər görülüb. Bütün dünyada olduğu üçün, əlbəttə ki, ölkənin ümumi iqtisadi göstəricilərinin içində 1,8 faizlik kölgə iqtisadiyyatının olması kifayət qədər ciddi bir rəqəmdir.  Burada söhbət 100 milyonlarla manatdan gedir".

Ekspertin sözlərinə görə, sadalanan sahələrlə yanaşı, səhiyyə sahəsində də kölgə iqtisadiyyatı mövcuddur. Ən mühüm məqamlardan biri və böyük pulların dövriyyəsinin həyata keçirildiyi sahələrdə biri də təhsil sahəsidir. Xüsusilə də repetitorluq fəaliyyəti göstərənlərin qeyri-rəsmi və nəğd ödənişlərlə gəlir əldə etmələri nəticə etibarilə milyonlarla manatın rəsmi dövriyyədən çıxarılması deməkdir: "Ödənişlər əsasən qeyri-rəsmi formada həyata keçirilir. Burada həm fərdi, həm də qrup halında ödənişlər olur. Müəllimlərin rəsmi qeydiyyata alınmadan fəaliyyət göstərməsi və qeyri-rəsmi və nəğd ödənişlərlə gəlir əldə etmələri nəticə etibarilə milyonlarla manatın rəsmi dövriyyədən çıxarılması deməkdir. Nəticədə də kifayət qədər qeyri-rəsmi dövriyyə formalaşır. Bunun qarşısını almaq üçün də müəyyən təsiredici mexanizmlər düşünülməlidir".

Kölgə iqtisadiyyatı özəl sektorda daha geniş yayılıb

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, statistik rəqəmlərdə kölgə iqtisadiyyatının payı 1,8 faiz göstərilir. Bu faiz rəqəmlərdə göstərildiyindən daha artıqdır: "Bu gün vergidən yayınan, yəni ölkə qanunvericiliyinin tələblərinə uyğun qeydiyyata durub vergi ödəməyən, statistik hesabatların təhrif etmiş uçotdan yayınan insanlar var. Kölgə iqtisadiyyatı özəl sektorda daha geniş yayılıb. Dövlət sektorunda az-az hallarda təsadüf olunur. Rəsmi şəkildə fəaliyyət göstərib ancaq gəlirlərinin bir qismini gizlədərək vergidən yayınan sahibkarlar var. Kölgə iqtisadiyyatı həm iqtisadi, həm də sosial baxımdan cox ciddi problemlər yaradır. Kölgə iqtisadiyyatı dövlət üçün vergi itkiləri deməkdir. Vətəndaşlar üçün isə sosial təminatdan məhrum olmaq riski daşıyır".

Kölgə iqtisadiyyatına qarşı mübarizə hər ölkədə müxtəlif effektlər verir

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədovun dediyinə görə, kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlı həyata keçirilən siyasət hər ölkədə müxtəlif effektlər verir. Azərbaycanda son illərdə bu istiqamətdə görülən işlər müsbət effektlər verir. Əmək müqavilələrinin artması, fiskal bazanın genişlənməsi milli iqtisadiyyatın rəqabət qabiliyyətinə yüksək təsir göstərir. Eyni zamanda əhalinin sosial müdafiəsi, gələcək pensiya təminatına öz müsbət təsirlərini göstərir və göstərəcəkdir: "Fikrimcə, hüquqi, iqtisadi və sosial aspektlər nöqteyi nəzərdən məsələyə yanaşılmalıdır. İqtisadi nöqteyi nəzərdən işgüzar fəallıq qorunmalı və daha da fəallaşdırılmalıdır. İşgüzar fəallığa impuls verilməlidir ki, son nəticədə bunu ölkənin iqtisadi inkişafına təsirləri böyükdür. Əsas məsələ odur ki, görülən işlər iqtisadi inkişafa və artıma müsbət təkan versin".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri