İran: ABŞ blokadanı davam etdirsə, Hörmüz boğazı təhlükəsiz olmayacaq
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran ABŞ-nin dəniz blokadasını davam etdirməsi halında Hörmüz boğazının təhlükəsiz keçid marşrutu olmayacağını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Bəqayi bildirib ki, Tehran hazırda Vaşinqtonla birbaşa danışıqlar aparmır, lakin vasitəçi ölkələr üzərindən qarşılıqlı mesaj mübadiləsi həyata keçirilir.
İranlı sözçü Omanla aparılan danışıqların müsbət və konstruktiv şəkildə davam etdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın dəniz blokadasını davam etdirməsi Hörmüz boğazından keçidi təhlükəli vəziyyətə gətirə bilər.
Bəqayi həmçinin blokadanın aradan qaldırılması və ABŞ-ın hücumlarının qarşısının alınması üçün yalnız diplomatik deyil, hərbi variantların da nəzərdən keçirildiyini bildirib.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Avqust 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















