Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

İran artıq çılpaqdır”: “Çox yaxında inqilab olacaq”

İran artıq çılpaqdır”: “Çox yaxında inqilab olacaq”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İranla Suriya arasındakı gərginlik, regiondakı vəziyyəti daha da mürəkkəbləşdirir. 

Suriya rəhbərliyinin, xüsusən də Baş nazir Əl-Şeybaninin İrana göndərdiyi sərt mesajlar bunu daha aydın göstərir.Şeybani İranı Suriya xalqının iradəsinə və ölkənin suverenliyinə hörmət etməyə çağırıb. O, İranı Suriyada xaos yaratmamağa və ölkədə qeyri-sabitliyə səbəb olmamağa çağırıb.

İranın lideri Ayətullah Xameneyi isə Suriya gənclərinə "Ölkədə qeyri-sabitliyi yaradanlara qarşı çıxın" deməklə, ölkədəki gəncləri Suriya ilə bağlı daha aktiv olmağa dəvət edib. Bu açıqlama İranın Suriyadakı təsirini qorumağa çalışdığını göstərir. 

Bu qarşıdurmalar Suriyada gələcəkdə hansı siyasi dəyişikliklərin olacağı və İranın regiondakı təsirini necə qoruyacağı ilə bağlı çox şey deyir. Əl-Şeybaninin çağırışları və Xameneyinin reaksiyaları İranın Suriyadakı gücünü qorumağa çalışdığını göstərir, amma Suriya xalqı artıq bu müdaxilələrə qarşı daha sərt mövqe sərgiləyir.

İsrailli politoloq, beynəlxalq hüquq  üzrə mütəxəssis Mixail Finkel “Cümhuriyət”-ə açıqlamasında  Suriya və onun yeni hökuməti ilə İran arasında heç bir sülhün olmayacağını, İranın  Yaxın Şərqdə, dünyada ən böyük qeyri-sabitlik amili olduğunu bildirib:

"İran terrorçu bir rejimdir və bir çox qanlı terror hadisələrinin arxasında durur. Bu terrorlar yalnız hərbçiləri deyil, İsraildə, Argentinada, Bolqarıstanda, Avropa İttifaqı ölkələrində və dünyanın digər yerlərində mülki insanları da hədəf alıb. Bir çox ölkə İranı terrorçu bir rejim kimi görür və onlarla heç bir əlaqədə olmaq istəmir. Bu ölkələr İrana qarşı sərt sanksiyaların tətbiqini dəstəkləyir.

İran Suriyanın devrilmiş diktatoru Bəşər Əsədi dəstəkləyirdi. Əsəd qanlı bir diktator, qatil və korrupsioner idi. O, atası kimi Yaxın Şərqin sülhə ehtiyacı olan xalqlarının düşməni idi. Amma indi Əsəd devrilib. Yeni qurulan, müxtəlif fraksiyalardan ibarət olan bu hökumət İranla əlaqə yaratmayacaq".

İranın din lideri Ayətullah Əli Xameneyi  Suriya gənclərini və cəmiyyətini inqilablara qarşı durmağa çağırır.  Ekspert bildirib ki, bu, heç də ağıllı bir addım deyil, çünki bu, vəziyyəti daha da pisləşdirir və İranın Suriyadakı təsirini azaldır:

"Dediyim kimi, İsrail İranın rəhbərlik etdiyi bu "dirəniş oxunu" tamamilə məhv edəcək. İsrail HƏMAS- I, islam cihadını, “Hizbullah”ı məhv etdi. “Hizbullah” Bəşər Əsədin rejimini dəstəkləyən əsas ordu idi. Biz “Hizbullah”ı məhv etdikdən sonra Əsədin rejimi çökdü. 

Suriya İranın başqa bir müttəfiqi idi. İsrail artıq dəfələrlə Yəməndəki Husi üsyançılarını, İranın müttəfiqlərini və kuklalarını tamamilə bombalayıb. Biz dəfələrlə demişdik ki, yaxın gələcəkdə İranın nüvə proqramını bombalayacağıq. 

İranın nüvə proqramı hələ bitməyib, çoxlu zavodlar var, orada ağır su və sentrifuqalar hazırlanır, uran zənginləşdirilir, amma biz bunu o qədər incə şəkildə edəcəyik ki, heç bir radiasiya tullantısı olmayacaq. 1981-ci ildə Səddam Hüseynin tikdirdiyi nüvə reaktorunu bombaladıq. İran nüvə  bombası düzəltmək istəyir, amma biz ona bunu etməyə imkan vermədik. 

2006-cı ildə Şimali Koreyaya aid olan bir nüvə reaktorunu və Bəşər Əsəd hökumətinin də birgə tikdiyi reaktoru bombaladıq. Heç bir radiasiya tullantısı olmadı. İndi biz İranda hər şeyi bombalayacağıq. Ya bunu yaxın vaxtlarda özümüz , ya da bunu amerikalılarla birgə edəcəyik. Əsas odur ki, bu, artıq vacib deyil.

Bizim  vurduğumuz zərbə nəticəsində artıq İranda hava hücumundan müdafiə sistemləri yoxdur. İran artıq "çılpaqdır". Bütün dünya baxırdı və düşünürdü ki, İran nə qədər böyükdür, nə qədər güclüdür, nə qədər qorxuludur, hər şeyi edə bilər. Əslində, bu, sadəcə  "şişirilmiş tankdır". Tamamilə çürümüş, korrupsiyaya batmış və dəli, ağlını itirmiş dini fanatik tərəfindən idarə olunan bir ölkədir. O, bu ölkəni məhv edib”.

Ekspert vurğulayıb ki, İranda artıq işıq yoxdur: 

“Onların heç bir şeyə pul verməyə gücləri qalmayıb. Bu, hələ İsrailin onlarla yarım güclə döyüşdüyü dövr idi. Biz bir zərbə ilə Hark adasındakı ən böyük neft anbarını məhv edə bilərdik və ölkə tamamilə dağılmış olardı. Amma biz bunu hələ etmədik, çünki biz İran xalqına yaxşı münasibət göstəririk. Təbii ki, İsrailin Ayətullahın nüvə proqramına vurduğu zərbə nəticəsində onlar buna cavab verə bilməyəcəklər.  Mən düşünürəm ki, çox yaxın vaxtlarda İranda inqilab  olacaq və  biz bunu görəcəyik".

Səbinə Uğur
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri