Icma.az
close
up
RU
Azərbaycan Macarıstan bağları: yaddaşdan ortaq strateji hədəfə… Əkbər Qoşalı yazır

Azərbaycan Macarıstan bağları: yaddaşdan ortaq strateji hədəfə… Əkbər Qoşalı yazır

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Macarıstana işgüzar səfəri çərçivəsində verdiyi bəyanat, Güney Qafqaz ilə Mərkəzi Avropa arasında yeni bir siyasi-enerji körpüsünün formalaşdığını nümayiş etdirdi. Bu, təkcə diplomatik mübadilə deyil – bu, iki qədim kökə malik xalqın çağdaş çağırışlara verdiyi ortaq cavabın parlaq açıqlamasıdır.

Bu, tarixi yaddaşın siyasi davamlılığa çevrilməsinin ifafəsidir.

Azərbaycan və Macarıstan arasındakı münasibətlər sırf diplomatik protokol çərçivəsində qalmayıb, dərin tarixi yaddaşa, ortaq irsə, türk (hun)-macar köklərinə əsaslanır. Prezident Əliyevin vurğuladığı kimi, hər iki xalq öz tarixinə sadiqdir – bu, geosiyasi kimlik, özünəxaslıq və mədəni davamlılıq baxımından önəmlidir. Bu bağlılıq, yalnız keçmişə dərin sayğı deyil, gələcək üçün güvənli ortaq yol xəritəsidir.

Eyni geosiyasi çağırışların fərqli təzahürlərinə vurğu etsək, nələri deməliyik?

Həm Azərbaycan, həm Macarıstan müharibə durumunda olan qonşularla həmsərhəddir və bu, təhlükəsizlik siyasətlərində oxşar reflekslər formalaşdırıb. Azərbaycanın ll Qarabağ müharibəsi zamanı beynəlxalq hüquq çərçivəsində hərbi əməliyyatlar aparması və Macarıstanın Avropa içində öz milli çıxarlarına əsaslanan müstəqil siyasət yürütməsi bir növ paralel siyasi mövqe müstəvisində rastlaşır. Bu oxşar mövqelər tərəfdaşlığı yalnız taktiki deyil, strateji müstəviyə yüksəldir - desək, yanlış olmaz.

Başqa bir mövzu enerji diplomatiyasında yeni mərhələ ilə bağlıdır.

Azərbaycanın Macarıstana təbii qaz ixrac etməsi və Macarıstan şirkətlərinin Azərbaycan neft-qaz layihələrində iştirakı yalnız ikitərəfli iqtisadi münasibət deyil, Avropanın enerji təhlükəsizliyində Bakının artan rolunun göstəricisidir. Prezident Əliyevin vurğuladığı kimi, Azərbaycan Avropa Komissiyası tərəfindən “Pan-Avropa qaz təchizatçısı” statusu ilə tanınır və bu, qlobal enerji xəritəsindəki mövqeyimizi möhkəmləndirir.

Enerjidən danışırıqsa, yaşıl enerji mövzusuna və bu planda ortaq gələcək hədəfinə də vurğu etməliyik.

Gələnəksəl enerji əməkdaşlığı ilə yanaşı, Azərbaycan və Macarıstan yaşıl enerji sahəsində də qarşılıqlı çalışmalara başlayır. Azərbaycanın 6 min meqavatlıq yaşıl enerji hədəfi bu sahədə yeni sinerji imkanları yaradır. Bax, bu tip ortaq strateji planlama, iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın əsasını təşkil edir.

Azərbaycan-Macarıstan münasibətlərindən danışarkən illa dərin vurğu etməli olduğumuz bir qutsal yönümüz var: Türk Dövlətləri Təşkilatı!

Macarıstanın öz milli identikliyinə - özünəxaslığına, türk-hun irsinə, Türküstan və ya Turana bağlılığına sayğımız dərindir!

Macarıstanın Türk Dövlətləri Təşkilatında iştirakı - müşahidəçi üzvdən daha üstün fəallıqda iştirakı onun yalnız siyasi-diplomatik, ideoloji-mədəni deyil, sivilizasiya bağlılığı baxımından da Türk dünyasına çox yaxınlığını, doğmalığını göstərir. Türk dövlət başçılarının Şuşada keçirilmiş qeyri-formal Zirvə görüşünün davamı kimi Budapeştdə keçiriləcək ikinci görüş, Avropa içində türk varlığının möhkəmlənməsinin diplomatik təcallasıdır. Bu, Macarıstanın identikliyinə, milli kimliyinə sadiqliyinin və Azərbaycanın təşəbbüskar rolunun bariz sübutudur.

Sonuc olaraq, daha nələrə toxunmalıyıq?

Azərbaycan və Macarıstan münasibətləri sadəcə ikitərəfli diplomatik əməkdaşlıq səviyyəsində qalmayıb, ortaq geosiyasi, mədəni və enerji çıxarları ilə daha geniş kontekstə çıxır. Bu münasibətlərin əsas dəyəri, onların müstəqillik, tarixi yaddaş və strateji rasionalizm üzərində qurulmasındadır. Prezident İlham Əliyevin Baş nazir Viktor Orbanla birgə Budapeştdə verdiyi ismarıclar bu baxımdan yalnız səfərin gündəliyini deyil, Türk dünyasının Avropa ilə yeni formatda inteqrasiyasını da şərh edir.

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see183

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see140

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see133

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see127

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see127

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri