Icma.az
close
up
RU
İran Azərbaycan münasibətlərində Qordi düyünü : Hüseyniyyun indi də qadınları önə verir!

İran Azərbaycan münasibətlərində Qordi düyünü : Hüseyniyyun indi də qadınları önə verir!

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanla qonşu, onunla eyni məzhəbi bölüşən İran İslam Respublikası arasında müxtəlif dövrlərdə ciddi gərginliklər müşahidə olunsa da, 2024-cü ilin 19 mayında Araz çayı üzərindəki körpüdə Azərbaycan Prezidenti İlham Əliyevlə İranın mərhum prezidenti Seyid İbrahim Rəisi arasında keçirilən görüşdən sonra münasibətlərdə yumşalmaya doğru sürətli dönüş başladı.

Oxu.Az xəbər verir ki, buna baxmayaraq, hazırda ikitərəfli münasibətləri gərginləşdirməyə çalışan, törətdiyi müxtəlif cinayətlərdən yaxa qurtarmaq üçün qaçıb İran ərazisinə gedən azərbaycanlılardan təşkil edilmiş və uzun müddət Azərbaycana qarşı ideoloji diversiya, informasiya-təbliğat işlərində İran xüsusi xidmət qurumları tərəfindən istifadə olunan "Hüseyniyyun" adlı təşkilat var.

Birbaşa Azərbaycan dövlətinin konstitusion quruluşunun dəyişdirilməsini hədəf alan bu təşkilatın elan olunan əsas məqsədlərindən biri ölkədə eynilə İrandakı kimi "İslam inqilabı"nın həyata keçirilməsi, şiəçilik çətiri altında İran siyasətinin təbliği və bu siyasətə əsaslanan şəriət dövlətinin qurulmasıdır.

Əslən Lənkəran rayonundan olan Tohid İbrahimbəylinin rəhbərlik etdiyi bu dəstənin Azərbaycanda dövlət əleyhinə hətta silahlı çıxışlar təşkil etməyədək gedib çıxan çoxsaylı cinayət əməlləri tam sübuta yetirilsə də, rəsmən beynəlxalq axtarışa verilmələrinə baxmayaraq, İran tərəfi hələ də müxtəlif bəhanələrlə onları Azərbaycana təhvil verməkdən yayınır.

Yalnız 2023-cü ilin aprelində İranın İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAT) tərəfindən müvəqqəti saxlanılsalar da, yayılan məlumata görə, məhz SEPAH-ın açıq müdaxiləsi ilə sərbəst buraxılıblar və hələ də İran ərazisində bilinməyən bir status altında yaşayırlar.

İran tərəfi "Hüseyniyyun"un bu ölkədə təhsil alan tələbə azərbaycanlıların özlərinin yaratdığı humanitar ictimai təşkilat olduğunu və İran dövlətiylə hər hansı əlaqələrinin olmadığını iddia etsə də, Azərbaycan-İran münasibətlərinin gərginlik tempinə uyğun olaraq "Hüseyniyyun"un gah aktivləşdirilməsi, gah geri çəkilməsi, rəhbər şəxslərinin SEPAH-ın xüsusi nəzarəti altında qorunması, onlara şiəlik çətiri altında İran təbliğatının aparılması üçün hər cür şəraitin yaradılması, eləcə də Azərbaycandakı təxribatçı-pozucu fəaliyyətlərinə dair çoxsaylı təkzibedilməz sübutlar bu təşkilatın açıq şəkildə İran dövləti tərəfindən himayə və idarə olunduqlarını ortaya qoyur...

Bibiheybətdəki təxribatın iziylə: "Hüseyniyyun" indi də qadınları önə verir!

Azərbaycanda qurmaq istədikləri şəbəkənin təmsilçilərinin böyük əksəriyyəti vaxtaşırı hüquq-mühafizə orqanları tərəfindən deşifrə edilərək çökdürüldüyündən, son vaxtlar "Hüseyniyyun" yeni taktikaya əl atıb: inanclı qadınlardan istifadəyə!

Elə bu yaxınlarda - 06 iyul 2025-ci il tarixdə "Bibiheybət" məscidində keçirilən "Aşura" mərasimi zamanı Fərəcova Şəhla Yədulla qızının təşkilatçılığı ilə bir qrup niqablı qadının qəfildən dini şüarlar yazılmış bayraqlar qaldıraraq, Azərbaycan polisi ilə süni qarşıdurma, toqquşma yaratmaq və bunun çəkilişini apararaq, sosial şəbəkələrdə yaymaq cəhdlərinin arxasından da məhz "Hüseyniyyun"un əli çıxıb.

Daha təfsilatlı desək, hüquq-mühafizə orqanlarımız ilkin araşdırmalar zamanı müəyyən edib ki, əslən Lerik rayonundan olan, Lənkəran rayonunun Tütəpeştə kəndində qeydiyyatda olan, hazırda Binə qəsəbəsində yaşayan Şəhla Fərəcova İranın Məşhəd şəhərində məskunlaşmış Tohid İbrahimbəylinin anası Südabə İbrahimbəyli ilə davamlı şəkildə əlaqə saxlayaraq, ondan dindar qadınlardan ibarət şəbəkə yaradılması, onların təşkilatlandırılması və dini mərasimlərin keçirilməsində fəallıq göstərmələri haqda tapşırıqlar alıb.

Tapşırığın əsas məzmunu belə olub ki, qadın və hicab mövzusu İslamda daim diqqətdə olan, cəmiyyətin olduqca həssas, Azərbaycan hakimiyyətinin isə ehtiyatla, dözümlə yanaşdığı mövzular sırasındadır və bu səbəbdən qadınların həm öz haqları, həm də dini dəyərlərin qorunması üçün ictimai fəallıqları mütləq artırılmalı, sosial şəbəkələrdə fəaliyyətləri daha da genişləndirilməli, hakimiyyətə qarşı mübarizədə isə İmam Hüseynin (ə) bacısı Həzrəti Zeynəbdən (ə) örnək alınmalıdır.

Sonuncu dəfə 2023-cü ilin avqustunda İrana gedərək, Tohid İbrahimbəylinin anası ilə görüşən Ş.Fərəcova ilə bağlı aparılan araşdırmalar zamanı o da üzə çıxıb ki, o, təkcə Südabə İbrahimbəyli ilə deyil, eyni zamanda, beynəlxalq axtarışda olan Rufulla Axundzadə ilə də müntəzəm əlaqə saxlayır, onun fəaliyyətinə dəstək verir.

Məhz hər iki şəxsin - Südabə İbrahimbəylinin və Rufulla Axundzadənin mənəvi dəstəyindən və yönləndirməsindən daha da ilhamlanan Ş. Fərəcova ətrafına dindar, əksəriyyəti təhsilsiz qadınları və azyaşlıları toplayaraq, həm yaşadığı Binə qəsəbəsində divarlara dini şüarlar yazmağa başlayıb, sakinləri açıq şəkildə İran dövlətinə meylləndirməyə çalışıb, polis tərəfindən müdaxilə edildikdə isə, guya, təzyiqlərə məruz qalması, döyülməsi, evindən qovulması haqda böhtan xarakterli məlumatları öz sosial şəbəkə hesabları üzərindən davamlı şəkildə ictimailəşdirərək, kütləvi etiraz aksiyaları keçirməyə çağırışlar edib.

Hazırda məsələnin mahiyyətindən, arxasında duran əsil həqiqətlərdən xəbərsiz və dini mövzulara həssas təbəqə arasında onun, guya, zülmə məruz qaldığı haqda səs yazıları aramsız olaraq yayılır ki, bu səs yazılarında da əhali polisə, dövlət məmurlarına qarşı etirazlara, onların qanuni tələblərinə açıq müqavimətə çağrılır.

Hüquq-mühafizə orqanları onu da müəyyən ediblər ki, Ş.Fərəcovanın bu səs yazılarının hazırlanması və yayılması da öz iradəsi daxilində baş verməyib, məhz kənar şəxslərin birbaşa yardımı və təlimatıyla həyata keçirilib.

Qeyd edək ki, ötən il "Ərbəin" yürüşünə qatılan Ş.Fərəcova İraq ərazisində də məhz Azərbaycanlı zəvvarların yox, "Hüseyniyyun" təşkilatının quraşdırdığı çadırda qalmağa üstünlük verərək, burada təşkilatın üzvləri ilə görüşməyə müvəffəq olub, onlardan dini bayraqlar alaraq, ölkəyə gətirib.

Dini mərasimlər, əlamətdar günlər zamanı isə həmin bayraqları qaldırdığına, yaşadığı evin divarlarına, digər ictimai yerlərə dini şüarlar yazdığına və fotoşəkillər yapışdırdığına görə ona dəfələrlə polis orqanları tərəfindən xəbərdarlıqlar da edilib. Ancaq Ş.Fərəcova bu çağırışlara məhəl qoymayaraq, polisin və digər icra strukturlarının xəbərdarlığına siyasi məzmun verməyə çalışıb, qanunun tələblərini "dinin, şiəliyin sıxışdırılması" kimi qələmə verərək, sosial şəbəkələrdə hay-küy salıb.

21 nəfərlik "Qadın taboru": onlar niyə İran siyasətini dəstəkləməyə sövq edilirlər?

Ən mühüm detallardan biri isə Ş.Fərəcovanın başına topladığı dindar qadınları mütəşəkkil dəstə halında idarə etməsi, fəaliyyətlərinə yön verməsi və siyasiləşdirməyə çalışması, onlardan müxtəlif məqsədlərlə maliyyə toplanışında istifadə etməsi, eyni zamanda, bu qadınların iştirakıyla keçirilən bütün dini mərasim və tədbirlərin çəkilişini apartdıraraq, məhz İrana - Tohid İbrahimbəylinin anasına göndərməsidir.

Təşkil etdiyi dini mərasimlərdəki çıxışlarında mövzunu dərhal siyasətə gətirən, hər fürsətdə Azərbaycan Respublikasının dövlət hakimiyyətini "Tağut rejimi" adlandıran Ş.Fərəcova dini dəyərlərimizdən daha çox, İran siyasətinin, İranın dini və hərbi-siyasi elitasına daxil olan şəxslərin müdafiəsinə və təbliğinə həsr olunmuş məzmunlara üstünlük verir, bunu istifadəsində olan sosial şəbəkə hesablarından yayır, eyni zamanda, təxminən, 500 nəfəri əhatə edən "Whatsapp" qrupunda təşkilatlandırdığı qadınları da məhz siyasi məzmunlu paylaşımlar etməyə, ölkə rəhbərliyi haqqında qeyri-etik məzmunlu çağırışları, foto və videoları yaymağa yönləndirir.

Ən təhlükəlisi də odur ki, Ş.Fərəcovanın başına topladığı qadınlarla keçirdiyi mərasim və tədbirlərə onların azyaşlı, yetkinlik yaşına çatmayan uşaqları da cəlb edilirlər və bu, artıq ənənə halını almaqdadır.

Faktiki olaraq, hazırda Ş.Fərəcovanın ətrafına topladığı, birgə hərəkət etdiyi 21 nəfərdən ibarət qadınlar dəstəsi və onların azyaşlı övladları İran xüsusi xidmət orqanlarının cəlbetməsi üçün potensial hədəflər sayılırlar və Azərbaycan dövləti təcili prosesə müdaxilə edərək, bu qadınları və onların azyaşlı övladlarını kənar təsir altına düşməkdən xilas etməlidirlər!

Hələlik Ş.Fərəcovanın rəhbərlik etdiyi "Qadın taboru"na daxil olan 21 nəfərin adlı siyahısını dərc edərək, onları bilərəkdən və bilməyərəkdən cəlb edildikləri bu işlərdən uzaq durmağa çağırırıq:

1. Hüseynova Arzu Oqtay qızı

2. Bağırova Nigar Səməndər qızı

3. Quliyeva Xoşqədəm Məmmədmirzə qızı

4. Abbasova Gülşən Qoşqar qızı

5. Sadıqova Şərqiyyə Habil qızı

6. Hüseynova Starə Oruc qızı

7. Nəsirova Ruqiyyə Həzərxan qızı

8. Zeynalova Sevil İmran qızı

9. Quliyeva Venera İsrayıl qızı

10. Nağıyeva Yeganə Bayram qızı

11. Babayeva Nailə Ağaməmməd qızı

12. Məmmədova Nailə Tələt qızı

13. Cəfərova Şölə Salam qızı

14. Məmmədova Nərgizxanım Məmmədağa qızı

15. Mirzəyeva Raidə Səfərəli qızı

16. Məmmədli Anaxanım Niftulla qızı

17. Cəfərova Elduzə Həmid qızı

18. Məmmədova Fatma Həmid qızı

19. Museyibova Məhfuzə Sudef qızı

20. Əzizova İradə Kərim qızı

21. Süleymanova Afət Mehdi qızı...

Ümid edirik, siyahıda adları olan xanımların yaxınları bu xəbərdarlıqlarımızdan sonra həssas davranaraq, dövlətimizlə birgə hərəkət edəcək, öz doğmalarının din pərdəsi altında gizlənmiş hansısa cinayətkar şəbəkənin qurbanlarına çevrilməsinə imkan verməyəcəklər!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Avqust 2025 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir

06 Avqust 2025 08:40see288

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see221

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see207

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see129

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see127

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see123

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see118

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Ağstafada yol qəzası ölümlə nəticələndi

06 Avqust 2025 08:56see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see116

Bred Pittin ən çox gəlir gətirən filmi

06 Avqust 2025 08:32see115

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see110

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri