İran bazarında vəziyyət: Vətəndaşların 82 faizi məmnundur
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
İranda müharibə dövründə bazarın idarə olunmasından məmnunluq yüksək olub.
Redaktor.az xəbər verir ki, bunu İranın icraçı vitse-prezidenti Məhəmmədcəfər Qaempanah açıqlayıb.
Onun sözlərinə görə, aparılan milli sorğunun nəticələri göstərib ki, son müharibə dövründə vətəndaşların 82 faizi malların təchizatı və bazarın idarə olunmasından razı qalıb.
Qaempanah bildirib ki, əldə olunan nəticələr ölkənin iqtisadi və ticarət qurumlarının böhran şəraitində fəaliyyətinin səmərəliliyini nümayiş etdirir.
İcraçı vitse-prezident eyni zamanda Sənaye, Mədən və Ticarət Nazirliyinin müharibə dövründə gördüyü işləri yüksək qiymətləndirib.
Onun sözlərinə görə, nazirlik bazarda sabitliyin qorunması, əsas istehlak mallarının çatdırılması və təchizat zəncirinin fasiləsiz fəaliyyətinin təmin olunmasında mühüm rol oynayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 03 İyun 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















