Icma.az
close
up
RU
İRAN DAXİLİ SARSINTILARIN ASTANASINDA Müqtəda əsSədr və Əli Sistani böyük məzhəb savaşını əngəllədilər AzPolitika onlayn siyasiictimai qəzet

İRAN DAXİLİ SARSINTILARIN ASTANASINDA Müqtəda əsSədr və Əli Sistani böyük məzhəb savaşını əngəllədilər AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Son iki həftə ərzində Böyük Orta Doğuda baş verən hadisələr İrandakı fars hakimiyyəti üçün də fəlakətdir. 45 ildir yönəldilən xarici siyasət, qoyulan yüz milyardlarla dolar vəsait, Livan, Suriya, İraq kimi dövlətləri öz çevrəsində saxlamaq üçün qurduğu məzhəb düşmənçiliyi siyasəti və s. cəmi 12 gündə külə döndü.

Livan “Hizbullah”-ının İranla əlaqəsi kəsildi, Suriyada sünni müsəlmanlar hakimiyyətə gəldilər və İranı düşmən dövlət elan etdilər. İraqda isə tam başqa proses başlayıb. Fars rejimi baxımından ən dramatik səhnə məhz İraqda yaşandı. Bu ölkədə ən böyük dini icma şiələrdir. İranın bütün basqılarına baxmayaraq, İraq şiələrinin ən önəmli siyasi lideri Müqtəda əs-Sədr şiə silahlı qruplaşmalarının Əsəd rejiminə yardıma getmələrinin qarşısını aldı. Çoxsaylı məlumatlara görə, İraqın şiə dini lideri Əli Sistani də əs-Sədrlə eyni mövqedən çixış edib. Bu olay, sözün tam mənasında, fars hakimiyyətinin sürdürdüyü məzhəb düşmənçiliyinin sona çatdığını göstərən ən parlaq hadisədir.

Təsəvvür edin, on minlərlə İraq şiə milisi Suriyada sünni müxaliflərə qarşı qanlı müharibəyə girsəydi, məzhəb düşmənçiliyi hansı səviyyədə alovlanardı. Gözlərimiz önündə baş verən və çoxlarımızın üstündən sakitcə keçdiyi dəhşətli mənzərə belədir: Fars rejimi İslam tarixinin bəlkə də ən böyük məzhəb savaşlarından birini avovlandırmağa çalışdı. İraq dini liderləri isə bu savaşı durdurdular. Belə görünür ki, fars məzhəbçi oyununun əsil mahiyyətini həm Suriyanın, həm də İraqın əsas xalqları olan ərəblər də anlayıblar. Beləki, göstərilən məzhəb savaşı baş tutsa idi, qanlı toqquşmanın hər iki tərəfində həlak olanlar məhz ərəblər olacaqdı: İraqın şiə ərəbləri və Suriyanın sünni ərəbləri. İraq fiaskosu fars məzhəbçi siyasəti baxımından, yalnızca geopolitik məğlubiyyət deyil, həm də məzhəbçilik ideologiyasının kökündən sarsılmasıdır.

İran İslam Respublikasının yaranışının ana nədəni və yaşamasının əsas şərti məzhəb düşmənçiliyinin körüklənməsi olub. Məzhəb düşmənçiliyi ideologiyası Qərb mətbəxinin məhsuludur. Bu ideologiyanın Qərb kəşfiyyat dairələri tərəfindən necə yaradıldığı və müxtəlif dövlətlərin bu proyektə necə cəlb edilmələri haqda yüzlərlə kitab yazılıb. Qərb, hakimiyyətdə qalmaları üçün farslara dəstək verib, rəsmi Tehran isə Qərbin sifarişini yerinə yetirərək məzhəb düşmənçiliyini regionda yayb. Suriyada müxaliflərin qələbəsindən və İraq şiələrinin Tehrana böyük “YOX” cavabından sonra bu dəngə dağılıb. Dəngənin dağılması fars hakimiyyəti üçün böyük Qərb dəstəyinin itirilməsi və sonun başlanğıcıdır.

Rəsmi Tehran görünən müstəvidə məzhəbçilik ideologiyasını və İsrail düşmənçiliyi siyasəti aparsa da, pərdə arxasında hər zaman türk dümənçiliyi siyasətini yürüdüb. İran, PKK terrorunu dəstəkləmə işində ABŞ, Rusiya, İsrail və Avropa ilə eyni mövqedən çıxış edib. Amma PJAK silahlı kürd təşkilatının fəaliyyət göstərdiyi İranın özü də bu separatizmin hədəfidir. Başqa sözlə, kürd separatizmi İranın bütövlüyünün özülünə yerləşdirilmiş barıt çəlləyidir, əsas sual isə bu çəlləyin fitilini kimin və nə zaman yandıracağıdır.

Məzhəb düçmənçiliyi ilə yanaşı, fars hakimiyyətini ayaqda tutan ideologiyanın ikinci ayağı İsrail düşmənçiliyidir. Bu qarşıdurma siyasəti əslində ˝danışılmış düşmənçilik˝ kimi başlasa da, hər iki rejimin maraqlarının çox böyuk ölçüdə toqquşması danışılmış düşmənçiliyi real düşmənçiliyə çevirib. İran sürətlə atom bombası yaradır və bu, İsrailin maraqları baxımından yolverilməzdir.

İranı daxildən çokdürmə potensialı daşıyan əhəmiyyətli problemlərə baxaq.

Birinci problem. İran çoxmillətli ölkədir və fars rejiminin amansız milli siyasəti bütün millətləri rejimin əleyhinə çevirib. Şimal-qərbdə silahlı kürd separatizmi, cənub-şərqdə isə silahlı bəluc separatizmi var. Körfəz sahilində kompakt şəkildə yaşayan ərəblər də zaman-zaman separatçılıq əyləmlərinə əl atırlar. Qırx milyona yaxın İran türkləri arasında isə səssizcə çox dərin proseslər getməkdədir. R.T. Ərdoğanın ˝Arazı ayırdılar˝ şeri və Prezident İlham Əliyevin ˝qırx milyon Azərbaycan türkünün hüquqları pozulur˝ bəyanatı həmin prosesə verilən ˝ehtiyyatlı start˝ kimi nəzərdən keçirilə bilər.

İkinci problem. İran çox zəngin ölkədir. Amma fars rejimi ölkənin zənginliklərini dövlətin inkişafına və əhalinin rifahına deyil, Qərbin sifarişi ilə perspektivsiz məzhəb düşmənçiliyi və ˝Şiə Hilalı˝ proyektinə xərcləyib. Nəticədə regionun ən zəngin dövlətlərindən birinin əhalisi acınacaqlı iqtisadi durumdadır. Ağır sosial durum rejim üçün çox ciddi təhlükə mənbəyidir.

Üçüncü problem. Çox böyük paralar xərclənmiş ideologiya çöküb, İsraillə danışılmış düşmənçilik real düşmənçiliyə çevrilib. Bu fəlakətli uğursuzluq rejim daxilində böyük daxili hesablaşmalara yol açacaq. İran iqtisadiyyatının ən gəlirli sahələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarətindədir. Dövlətin ideoloji siyasətini əsasən bu qurum aparırdı və bu səbəbdən həmin quruma bütün istiqamətlərdə ˝açıq kart˝ verilmişdi. İndi ideologiya çöküb, həmin qurumun uğursuz siyasəti və səlahiyyətləri sorğulanacaq. Böyük ehtimalla, İran daxilində yeni ˝sərvət müharibəsi˝ başlanacaq və bu, daxili sabitliyi zora soxacaq.

Dördüncü problem. İranın üzləşdiyi çox böyük problemlər fars rejimini iki böyük seçim qarşısında qoyur. Bunlardan birincisi real islahatlara getmək, ikincisi isə rejimin daha da sərtləşdirilməsidir. Belə rejimlər adətən islahatlara meyilli olmurlar. Sərtləşmə daha ağılabatandır və bu sərtləşməni izah etmək üçün fars rejimi İsrail düşmənçiliyini maksimum qabartmağa və atom bombası işini sürətləndirməyə çalışacaq. Atom bombası isə, həm İsrailin, həm də Qərbin İranla münasibətlərində qırmızı cizgidir. İsrail tərəfi real düşmənə çevrilmiş fars rejiminin nüvə silahı əldə etməməsində və rejimin sıradan çıxarılmasında qərarlı görünür. Üstəlik, Trampın gəlişi ilə İsrailin İran siyasətinin daha da sərtləşəcəyi proqnozlaşdırılır.

İsrail hər addımda ˝kürdlər müttəfiqimizdir˝ deyir. Heç şübhəsiz, İsrailin müttəfiqləri yalnız türk düşməni PKK terrorçuları deyil, həm də İran düşməni PJAK separatçılarıdır. İsrail, ABŞ-nin də dəstəyi ilə, nüvə silahı yaratma ərəfəsində olan İranın nüvə obyektlərini bombalaya və İrandakı kürd separatizmini alovlandıra bilər. Hadisələr bu istiqamətdə inkişaf edərsə, İran çox böyük çıxmazın içinə girmiş olacaq.

Namiq Bilal

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri