İran dünyada spirtli içkilərdən davamlı istifadə edənlərin siyahısında doqquzuncudur
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran spirtli içkilərdən davamlı istemal (işlətmə, istifadə etmə, tətbiq etmə-müəl) edənlərin sayı üzrə dünyada 9-cu yerdədir.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilib.
İran Tibbi Ekspertiza Mərkəzinin məlumatına əsasən, 2025-ci ilin aprel, may, iyun, iyul və avqust aylarında ölkə üzrə spirtli içkilərdən zəhərlənmələr nəticəsində baş verən ölüm hallarının sayında da artım müşahidə edilib. Həmin dövrdə zəhərlənmələr nəticəsində baş vermiş ölüm hadisələrin beş faizi saxta spirtli içkilərdən zəhərlənmənin payına düşür.
Bildirilib ki, zəhərlənmə və ölüm halları ən çox Kərəc, Tehran, Məşhəd, Mazandaran və Əhvaz şəhərlərində qeydə alınıb. Ölkədə spirtli içkilərdən zəhərlənmələr nəticəsində baş verən ölümlərin sayının artması ciddi narahatlıq doğurur.
Yeri gəlmişkən, 2024-cü ildə İslam Respublikasında ölüm hallarının 21,3 faizi narkotik maddələrdən istifadə səbəbindən yaranıb. Cari ilin ilk beş ayında isə bu göstərici 21,6 faizə yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 24 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















