Icma.az
close
up
RU
İran elitası silkələnir: Pezeşkian istefa verir? Son durum

İran elitası silkələnir: Pezeşkian istefa verir? Son durum

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“2024-cü il iyulun 5-də İran prezidenti seçilən Məsud Pezeşkian islahatçı ritorikası ilə ciddi dəyişikliklər vəd etdi. Seçkilərin hər iki mərhələsində müşahidə olunan aşağı fəallılıq ictimaiyyətin seçkilərə inamını itirdiyini göstərdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva İran Prezidenti Məsud Pezeşkianın istefaya hazırlaşması haqda iddiaları şərh edərkən deyib.

O bildirib ki, Pezeşkianın seçkiqabağı reformist münasibəti ictimaiyyətin müəyyən hissəsini dəyişikliyin baş verəcəyinə inandıran mühit yaratdı:

“Onun islahat vədləri arasında etnik və məzhəb hüquqları, internet məhdudiyyətlərinin aradan qaldırılması, icbari hicab tətbiqinin yumşaldılması və İranı dünyaya inteqrasiya etmək cəhdləri var idi.

Pezeşkianın İranın ali rəhbəri Əli Xamenei və rejimə sadiqliyini də vurğulayan açıqlamaları onun vəd etdiyi islahatları necə həyata keçirə biləcəyi ilə bağlı ciddi müzakirələrə səbəb oldu. Bu kontekstdə onun quracağı kabinet böyük maraqla gözlənildi. Bu kabinetin parlamentdən təsdiq alıb-almayacağı, yeni hökumətin islahat vədlərini nə dərəcədə yerinə yetirəcəyi mühüm göstərici hesab olunurdu. Lakin qısa müddət ərzində, vəd olunanların tamamilə əksi baş verdi.

İyulun 30-da Pezeşkianın andiçmə mərasimindən sonra HƏMAS lideri Haniyənin öldürülməsi İran və İsrail arasında ciddi diplomatik böhrana səbəb oldu. İranın İsrailə qarşı sərt təhdid ritorikası və iki ölkə arasında gərginliyin müharibə həddinə çatması Tehranın diqqətini xarici siyasətə yönəltməsinə səbəb oldu. Bu hadisələr Pezeşkianı islahatçı ritorikasının əksinə olaraq daxili siyasətdə daha radikal mövqe tutmağa vadar etdi. Bu vəziyyət onun kabinetindəki mühafizəkar adlarla birləşərək Pezeşkianın islahat vədlərinin gerçəkləşməsi ehtimalını sıfıra endirdi. Seçki prosesində islahatçılardan demək olar ki, tam dəstək alan Pezeşkian xüsusilə etnik və məzhəb hüquqları ilə bağlı islahat vədləri ilə gündəmə gəlsə də lakin onun təqdim etdiyi kabinetdə nə sünni adının, nə də müxtəlif etnik qrupların nümayəndəsinin yer almaması diqqət çəkirdi. Bu vəziyyəti sünni lideri Molana Abdolhamid də tənqid etdi. Abdolhamid Pezeşkianın kabinetinin xalqı məyus etdiyini, dini və etnik qrupların təmsil olunmamasının ciddi çatışmazlıq olduğunu bildirdi.

Ən çox müzakirə edilən islahat vədlərindən biri hicab öhdəliyinin yumşaldılması kabinetin ən tənqidi simalarından biri tərəfindən gündəmə gətirildi. İran İnqilab Keşikçiləri Korpusunun generalı İskəndər Momeninin daxili işlər naziri təyin edilməsi bir çox təbəqələrdə, xüsusilə də qadınlarda dərin məyusluq yaratdı. İran Beynəlxalq analitiki Morad Veisi bildirib ki, bu nazir seçkilərinin üç mühüm nəticəsi var. Birincisi, səsvermənin heç bir fərq etməyəcəyinə inananlar haqlıdır; İkincisi, hətta islahatçılar indi dərk edirlər ki, İranda səsvermə heç bir məna kəsb etmir;

Üçüncüsü, İranda əsl problemin sistemin özü və ali rəhbər Əli Xameneinin nəzarətində olması bir daha üzə çıxıb”.

Ekspert deyib ki, seçki kampaniyası zamanı Pezeşkian “gənc hökumət” quracağına və uzun illər İran siyasətində növbəli xidmət edən siyasətçiləri sıraya qatmayacağına söz vermişdi:

“Lakin onun təqdim etdiyi kabinetdəki adların çoxunun Rəisi və Ruhani dövründə xidmət etməsi bu vədin yerinə yetirilmədiyini göstərir. Nazirlər Kabinetində yeganə gənc ad rabitə naziri təyin edilən Səttar Haşimi idi. Pezeşkianın seçki prosesi zamanı rejimin internetdə süzgəcdən keçirmə siyasətlərinə qarşı olduğunu dəfələrlə açıqlaması Haşiminin bu mövzuda hansı addımlar atacağı ilə bağlı gözləntiləri artırıb. Lakin mövcud siyasi struktur çərçivəsində bu islahatların həyata keçirilməsinin mümkünlüyü qeyri-müəyyən qalır”.

Z.Qarayeva qeyd edib ki, Pezeşkian islahatçı ritorika ilə hakimiyyətə gəlsə də, mühafizəkar simalardan ibarət kabinet formalaşdırması İran siyasətindəki dərin ziddiyyətləri ortaya qoyur:

“İslahat vədi ilə xalqın dəstəyini alan Pezeşkian, kabineti ilə bu gözləntilərə nə dərəcədə cavab verə biləcəyi suallarını gündəmə gətirib. Nazirlər Kabinetində mühafizəkar fiqurların olması islahatların həyata keçirilməsi imkanlarını zəiflətsə də rejimə sadiq qalmaq öhdəliyi Pezeşkianın siyasi manevr imkanını daraldır. Bu mənzərə Pezeşkianın islahatçı kimliyi ilə rejimin mühafizəkar tələbləri arasında ilişib qaldığını göstərir və bu tarazlığı necə quracağına dair qeyri-müəyyənliyi artırır. Pezeşkianın İranın hazırkı daxili və xarici siyasi şəraitində islahatçı addımlar atması ehtimalı azdır və bu durum onun istefaya getməklə bağlı qərarını yaxınlaşdırır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri