Icma.az
close
up
RU
Rəhman Hacıyev: Qarabağ Dirçəliş Fondunun əsas dəyərləri həmrəylik, şəffaflıq, sosial məsuliyyət və təvazökarlıq üzərində qurulub

Rəhman Hacıyev: Qarabağ Dirçəliş Fondunun əsas dəyərləri həmrəylik, şəffaflıq, sosial məsuliyyət və təvazökarlıq üzərində qurulub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Amerika-Azərbaycan Ticarət Palatasının (“AmCham Azərbaycan”) Marketinq, Kommunikasiya və Biznesin İnkişafı (MCBD) Komitəsi növbəti “Lead Talk” sessiyasını təşkil edib.

AZƏRTAC xəbər verir ki, Zəfər Gününün beşinci ildönümünə həsr edilən tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qonaq qismində iştirak edib.

Tədbiri MKBİ Komitəsinin sədri Aysel Süleymanova açaraq “Lead Talk” silsiləsinin dövlət və özəl sektor arasında dialoqun formalaşdırılması və Azərbaycanın kimliyini, eləcə də qlobal müstəvidə yerini müəyyən edən narrativlərin müzakirəsi üçün vacib bir platforma olduğunu vurğulayıb.

Mövzunun aktuallığını qeyd edən A.Süleymanova son beş ilin ölkəmiz üçün dönüş nöqtəsi olduğunu və strateji kommunikasiyanın milli qürurun möhkəmləndirilməsində, inkişaf hədəflərinə nail olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbir iştirakçılarına Qarabağ Dirçəliş Fondunun fandreyzinq və kommunikasiya strategiyası, icra etdiyi layihələr, eyni zamanda, hazırda işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat təqdim edib.

Rəhman Hacıyev bu il Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsinə diqqət çəkərək bildirib ki, hər il böyük qürur və iftixar hissi ilə qeyd etdiyimiz bu tarixi gün xalqımızın milli birliyinin, əzminin və qətiyyətinin rəmzidir. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi bu Qələbə təkcə torpaqlarımızın azad olunması deyil, həm də milli ruhun, ədalətin və suverenliyin təntənəsidir.

R.Hacıyev qeyd edib ki, Qarabağ Dirçəliş Fondunun kommunikasiya strategiyası təşkilatın əsas dəyərləri – həmrəylik, şəffaflıq, sosial məsuliyyət və təvazökarlıq üzərində qurulub. Bu yanaşma, bir tərəfdən, cəmiyyətlə dövlət arasında sinerjini gücləndirərək ümummilli həmrəyliyi möhkəmləndirir, digər tərəfdən isə açıq, etibarlı və hesabatlı kommunikasiya modelini formalaşdırır.

İdarə Heyətinin sədrinin sözlərinə görə, Fondun mesajları müxtəlif hədəf auditoriyaları nəzərə alınmaqla formalaşdırılır və bu yanaşma, sadəcə, informasiya ötürməkdən ibarət deyil. Kommunikasiya həm maarifləndirici məzmunu, həm həmrəyliyə çağırışı, həm də birlik və milli dəyərləri önə çəkən mesajları özündə ehtiva edir.

O, Fondun həyata keçirdiyi layihələr barədə məlumat verərək qeyd edib ki, bu təşəbbüslər bərpa, sosial inkişaf və dayanıqlı yaşayış mühitinin qurulması kimi istiqamətləri əhatə edir. Bu prosesdə donorların - dövlət qurumlarının, özəl sektor nümayəndələrinin və fərdi dəstəkçilərin mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, onların iştirakı Fondun fəaliyyətinin miqyasını genişləndirir və dövlət–özəl sektor əməkdaşlığının daha da güclənməsinə şərait yaradır.

Görüşün sonunda R.Hacıyev tədbir iştirakçılarının ünvanladıqları çoxsaylı sualları cavablandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri