Icma.az
close
up
RU
İran Ermənistanla sülh prosesində iştirak edə bilər?

İran Ermənistanla sülh prosesində iştirak edə bilər?

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

“İran regionun önəmli ölkələrindən biridir və xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra formalaşdırdığı "3+3" platformasının tərəflərindən biridir. Azərbaycan İranla həm ikitərəfli əlaqələrə önəm verir, həm də bu platformada İranın vacib rolu var”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov bildirib.

Ekspert qeyd edib ki, bu gün İran Ermənistanla müxtəlif səviyyələrdə münasibətlər saxlayır:

“İranın Ermənistana təsir imkanlarını da nəzərə aldıqda, o, Azərbaycan-Ermənistan arasındakı danışıqlarda vasitəçi qismində iştirak edə bilər. Sadəcə olaraq, bu prosesdə biz İran tərəfindən prinsipial mövqe görmək istərdik. Necə ki, İran Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib, eyni zamanda Azərbaycanın da ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bundan sonra da İranın, regiondankənar güclərin prosesə təsir imkanlarına qarşı daha kəskin mövqe sərgiləməsi vacibdir. Özəlliklə də Azərbaycanla Ermənistan arasındakı sülh imkanlarını sabotaj etməyə çalışan, Ermənistandakı Avropa İttifaqının müşahidə missiyası adı altında fəaliyyət göstərən Qərb casus şəbəkələrinin at oynatmasının qarşısının alınmasında İranın Ermənistana daha sərt təsirlər göstərə bilər”.

Fransanın Ermənistanı davamlı şəkildə ağır hücum silahları ilə təmin etməsinə qarşı İranın daha praktik və sərt mövqe ortaya qoya biləcəyini vurğulayan T.İsmayılov belə olduğu təqdirdə, İranın Azərbaycan-Ermənistan münasibətləri və danışıqlarında moderator qismində də iştirak edə biləcəyini də qeyd edib.

“Lakin hər bir halda üçüncü tərəfin iştirakı olmadan Azərbaycan və Ermənistan arasında birbaşa dialoq imkanları mövcuddur və bu da daha uğurlu bir variant kimi dəyərləndirilə bilər”, - deyə politoloq əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Aprel 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri