Icma.az
close
up
RU
İran futbolunun yeni çempionu “Traktor”la bağlı maraqlı faktlar

İran futbolunun yeni çempionu “Traktor”la bağlı maraqlı faktlar

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təbrizin “Traktor” komandası 2024/25 mövsümü İran Pro Liqasının qalibi olub. O, tarixində ilk dəfə ölkə çempionu adını qazanıb. Bu illər ərzində hər zaman çempionluq üçün əzmkar mübarizə aparsa da, təbrizlilər çempion ola bilmirdi. Bunadək “Traktor”un İran yüksək liqasında ən yaxşı nəticələri 3 dəfə 2-ci yeri, 2 dəfə isə 3-cü yeri tutmağı olmuşdu.

Yenisabah.az İran futbolunun yeni çempionu ilə bağlı maraqlı faktları təqdim edir:

Klubun əsasını 1970-ci ildə, Təbrizdə traktor istehsal edən zavodu qoyulub. Elə klubun adı da burdan götürülüb.

"Traktor" sözünə təbrizlilər öz ləhcələrində "Tirəxtur" və ya "Traxtur" deyirlər, sevimli komandalarını məhz Təbriz ləhcəsi ilə dəstəkləyirlər. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirib.

1972-73 mövsümündə "Traktor" ikinci liqada mübarizəyə qoşulub. 2 il sonra bu turnirdə qalib olan Təbriz təmsilçisi birinci liqaya yüksəlib. Lakin birinci divizionda komanda çox duruş gətirə bilməyib və ilk mövsümdəcə 16 klub arasında sonuncu olmaqla yenidən ikinci diviziona düşüb.

İslam inqilabı və İran-İraq müharibəsinə görə 1979-cu ildən 1988-ci ilədək İranda ölkə deyil, yalnız əyalət çempionatları keçirilirdi və "Traktor" Təbriz liqasında oynayırdı. "Traktor" 1992-ci ildə "Azadeqan" adlanan birinci divizionda 3-cü yeri tutur. Bu, həmin vaxtadək klubun tarixində ən yaxşı nəticə idi.

2001/02 mövsümünda İranın yüksək liqasının təməli qoyulur və "Traktor" da bu çempionata qatılır. Amma komanda mövsümün sonunda yenidən aşağı liqaya yuvarlanır. 7 illik həsrətə 2008/09 mövsümündə son qoyulur. Yüksək liqadakı ilk mövsümündə 7-ci yeri tutan "Traktor"un nəticələri ildən-ilə yaxşılaşır.

Növbəti il 5-ci olan Təbriz təmsilçisi 2011/12 mövsümündə ölkə çempionu olmağa çox yaxın idi. Lakin qızıl medallara qovuşmaq üçün bircə xal çatmadı. Növbəti çempionatda Təbriz klubu yenə ikinci olur. Bu dəfə "İstiqlal" 2 xal artıq toplamaqla "Traktor"un çempionluğuna imkan vermir.

"Traktor"u bəzən dünyaca məşhur "Barselona" ilə müqayisə edirlər. Son 10 ildə ev oyununa toplaşan tamaşaçı sayına görə Təbriz təmsilçisi digər İran klublarını açıq-aşkar qabaqlayır. Artıq "Traktor"a könül verənlər arasında təkcə təbrizlilər yer almır.

Bu gün Qəzvin, Qum, Həmədan, Tehran və Gilan kimi vilayətlərdə də "Traktor" kifayət qədər sevilir. Təsadüfi deyil ki, bu vilayətlərdəki səfər oyunları zamanı da Təbriz klubu dəstəksiz qalmır. 2009-2010 mövsümündə "Traktor"un öz meydanında "Persepolis"ə qarşı keçirdiyi oyunu 120 min tamaşaçı izləyib ki, bu da İran futbolunda rekorddur.

Komanda Təbriz şəhərində yaşayan bütün etnik və sosial zümrələri öz ətrafında birləşdirməyi bacarıb. Bir vaxtlar İran millisinin də kapitanı olmuş, erməni əsilli Andranik Teymuryan da 2010-2011 və 2014-2015-ci illər mövsümündə “Traktor” komandasının şərəfini qoruyub. 

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 May 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri