Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İran hadisələrində xarici təsir aşkar görünür Zaur İbrahimli

İran hadisələrində xarici təsir aşkar görünür Zaur İbrahimli

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"İranda baş verən kütləvi iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları gözlənilən idi. Artıq son beş ildir ki, dəfələrlə İran cəmiyyətinin müxtəlif təbəqələri mövcud sosial-iqtisadi vəziyyətə etiraz edərək aksiyalar keçirirdilər. Həmçinin əxlaq polisinin özbaşına hərəkətlərinə cavab olaraq qadınlara azadlıq şüarı ilə çoxsaylı aksiyalar da keçirilmişdi və bütün ölkə miqyasını əhatə etmişdi. Bütün bunlar ilkin əlamətlər idi. Həmin dövrdə görünürdü ki, İran siyasi rəhbərliyi cəmiyyətin geniş təbəqələri ilə dialoq aparmaq niyyətində deyil və əvvəlki kursunu israrla davam etdirmək istəyir".

Bu fikirləri İranda baş verən hadisələr ilə bağlı Redaktor.az-a danışan politoloq Zaur İbrahimli bildirdi. Onun sözlərinə görə, effektiv olmayan iqtisadi tənzimləmə və idarəetmə, həmçinin ölkənin qeyri-səmərəli xarici siyasəti, dünyanın aparıcı ölkələri ilə ziddiyyətli mövqedə olması və rəsmi Tehrana tətbiq olunan sanksiyaların sərtləşdirilməsi iqtisadi problemləri daha da dərinləşdirdi:

"Ölkədə faktiki olaraq iqtisadi tənəzzül yaşanır və bütün bu proseslər üst-üstə düşərək İranda indiki inqilabi şəraiti formalaşdırdı. Burada ən başlıca məsələ İran cəmiyyətinin artıq dini rejimə inamını itirməsidir. Hazırkı teokratik rejim məhz İran İslam İnqilabının irəli sürdüyü dəyərlər üzərində qurulub. Hazırda bu dəyərlərə ciddi etibarsızlıq var və aşkar görünür ki, İran cəmiyyəti kosmetik dəyişikliklər deyil, köklü dəyişikliklər istəyir. Bu köklü dəyişikliklərin də mərkəzində idarəetmə sisteminin dəyişməsi durur. Bu baxımdan, indiki aksiyalar yalnız zorakılıq hadisələri və dinc nümayişçilərin gülləbaran edilməsi ilə fərqlənmir. Həmçinin 1979-cu ildən bəri ilk dəfədir ki, mövcud siyasi rejimə belə dərin etimadsızlıq nümayiş etdirilir. Etimadsızlıq yumşaqdır, lakin faktiki olaraq İran cəmiyyəti sübut etdi ki, artıq onlar bu rejimə dözmək niyyətində deyillər. Hələlik İran təhlükəsizlik qüvvələri mərkəzi hakimiyyətin tabeçiliyindədir və İran ordusu da mərkəzi hakimiyyətə dəstək verir. Xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu öz sadiqliyini nümayiş etdirir.

Güman etmək olar ki, bu qanlı hadisələr təsirsiz ötüşməyəcək. Hələlik aksiyaların nə qədər bu cür dinamika ilə davam edəcəyini proqnozlaşdırmaq çətindir, lakin əgər bu dinamika indiki kimi qalarsa, ölkədə xaotik proseslər davam edəcək və çox tezliklə mərkəzi hakimiyyət təsir rıçaqlarını itirəcək. Belə olan halda biz İranda alternativ idarəetmə formasının yarandığını görə bilərik. Əks halda, əgər etiraz aksiyaları səngisə, İran hakimiyyəti yenidən fövqəladə vəziyyət elan edəcək və silahlı qüvvələrə söykənərək vəziyyəti stabilləşdirməyə çalışacaq. Etirazlar indiki dinamika ilə davam etməsə, buna nail olmaq mümkündür, çünki ordu və təhlükəsizlik qüvvələri mərkəzi hakimiyyətin tabeçiliyində qalmaqda davam edirlər".

Müsahibimiz nəzərə çatdırdı ki, İranda həm etirazçılar, həm də mərkəzi hakimiyyət mövqeyindən geri çəkilmək niyyətində deyil.

"Bu baxımdan, mərkəzi hakimiyyətin daha sərt addımlar atacağını proqnozlaşdırmaq olar, ancaq heç kim indiki siyasi rejimin və rəhbərliyin geri addım atacağını düşünmür. Burada prezident Pezeşkianın fiquru ön plana çıxır. O, daha çox mülayim siyasət tərəfdarı kimi çıxış edir və davamlı şəkildə dialoqun vacibliyini vurğulayır, lakin mülki administrasiyanın əlində ciddi rıçaqlar yoxdur. İran siyasi elitasında dərin parçalanma da müşahidə olunur. Lakin gücü təmsil edən elita, yəni silahlı və təhlükəsizlik qüvvələrini təmsil edən elita, hələ ki dini-siyasi rəhbərliyin mövqeyini dəstəkləyir. Əgər bu parçalanma davam edərsə, Pezeşkianın timsalında alternativ və real siyasi güc mərkəzinin formalaşması mümkündür. Pezeşkian real gücü ələ alsa, geniş siyasi dialoqa başlaya bilər və bu, İran üçün ən uğurlu yollardan biri olardı.

İkincisi, İran hadisələrində xarici təsir də aşkar görünür. Bir sıra epizodlar göstərir ki, onlar təxribat məqsədilə törədilib. Təhlükəsizlik orqanı əməkdaşlarının yandırılması, ibadət yerlərinə və məscidlərə hücumlar açıq təxribat kimi qiymətləndirilir. Bu, ciddi siqnallardır, çünki ölkə kənardan vətəndaş cəmiyyətinə sürüklənir və İran üçün yaxşı heç nə vəd etmir. Qarşıdakı günlər İrandakı proseslərin taleyini müəyyən edəcək. Əgər aksiyalar bu dinamika ilə davam etsə, güman etmək olar ki, ölkədə tezliklə siyasi və ciddi hakimiyyət dəyişikliyi baş verə bilər. Hər şey hazırda küçələrdə həll olunur. Ən vacib məsələlərdən biri də İran elitası daxilində mövqe fərqlərinin nə qədər dərinləşəcəyidir. Güman olunur ki, artıq müəyyən pərdəarxası müzakirələr gedir və xarici tərəfdaşlarla da danışıqlar aparılır. İndiki hakimiyyətin mövqeyini qorumaqda maraqlı ölkələr var. Bunlara Çini və Rusiyanı qeyd etmək olar. Onlar bütün vasitələrlə İran hakimiyyətinə dəstək verirlər.

Eyni zamanda ehtimal etmək olar ki, dini-siyasi rəhbərlik müəyyən çağırışlar edəcək. Hələlik qüvvələr balansının tam müəyyənləşmədiyi bir mərhələdəyik və müxtəlif aktyorlar proseslərə təsir göstərirlər. Region ölkələri, xüsusən Türkiyə, xarici müdaxilələrdən çox narahatdır. Bu, çox mürəkkəb prosesdir və onun hansı istiqamətdə cərəyan edəcəyi ilk növbədə küçə etirazlarının dinamikasından asılıdır. Artıq İran hakimiyyəti dinc nümayişçilərə divan tutub və bu hərəkətin təsiri gələcək hadisələrin inkişaf vektorunu müəyyən edəcək", - deyə Zaur İbrahimli yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Yanvar 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see627

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see601

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see597

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see452

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see411

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see381

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see342

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see323

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see312

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see301

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri