Icma.az
close
up
RU
Zaur İbrahimli: Zəngəzur dəhlizi bölgədə yeni əməkdaşlıq imkanları yaradır

Zaur İbrahimli: Zəngəzur dəhlizi bölgədə yeni əməkdaşlıq imkanları yaradır

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“İran Zəngəzur Dəhlizinin istənilən formada açılmasına qarşıdır. Bu, xüsusilə İranda mövcud olan mühafizəkar siyasi dairələrinin qəti mövqeyidir. İndiyə qədər dəhlizin açılması ilə bağlı müxtəlif ideyalar irəli sürülsə də, hər dəfə İranın bu dairələrindən sərt etirazlar səslənib. Yaxın müddətdə bu mövqedə ciddi dəyişiklik baş verməyəcək”. 
Bunu Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, Prezident Pezeşkian komandası Zəngəzur dəhlizinin açılmasını İranın milli maraqları çərçivəsində müsbət qiymətləndirirlər: 
“Onlar bu layihəni İranın tranzit imkanlarını və region ölkələri ilə kommunikasiyasını artıracaq bir fürsət kimi görürlər. Bu baxımdan İranın Zəngəzur dəhlizinə əvvəlki səviyyədə maneçilik göstərə bilməsi artıq real görünmür. 12 günlük İsrail-İran müharibəsi nəticəsində İranın hərbi potensialı zəifləyib və ölkəyə qarşı təhdidlər davam edir. Belə mürəkkəb şəraitdə İranın dəhlizə qarşı konkret praktik addımlar atması ehtimalı aşağıdır. İran daha çox informasiya təbliğatı və diplomatik vasitələrlə layihəyə qarşı çıxmağa çalışacaq, lakin bu cəhdlərin reallaşması çətin görünür. Hazırda İran ABŞ ilə pərdəarxası danışıqlar aparır. ABŞ Prezidenti Donald Trampın bu layihəyə birbaşa maraq göstərməsi və siyasi zəmanət verməsi dəhlizin qarşısının alınmasını çətinləşdirir”. 
Z.İbrahimli əlavə edib ki, Rusiya ilə bağlı vəziyyət isə daha mürəkkəbdir:
“Rusiya rəsmiləri hələlik açıq şəkildə dəhlizin açılmasına dəstək və ya etiraz bildirməyiblər. Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədini qoruması və bu bölgəyə nəzarət istəyi ehtimalları artırır. Azərbaycan və Rusiya arasında da dəhlizlə bağlı danışıqlar aparılıb. Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev və onun rusiyalı həmkarı uzun müddətdir bu məsələ ilə məşğuldurlar. Hər iki tərəfdə əsas rəsmi nümayəndələr kimi çıxış edirlər. Rusiya da dəhlizin açılmasında maraqlıdır. Bu, Rusiya üçün Türkiyə ilə daha keyfiyyətli dəmir yolu əlaqələrinin qurulması baxımından önəmlidir. Rusiya-Ukrayna müharibəsinin başladığı dövrdə Moskva ilə Ankara arasında ticarət dövriyyəsi iki dəfə artıb. Bu, tərəflərin iqtisadi bağlılığını göstərir. Zəngəzur dəhlizi həm Türkiyə, həm də Rusiya üçün yeni imkanlar yaradır. Həmçinin İranı da bu layihəyə cəlb etməklə Rusiya, İran vasitəsilə əlavə çıxış imkanları əldə edə bilər. Dəhliz eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin genişlənməsi baxımından da əhəmiyyətlidir. Rusiya tərəfi hələlik ehtiyatlı mövqe tutur və məsələyə diplomatik-siyasi səviyyədə yanaşır. Lakin indiki mərhələdə Rusiyanın dəhlizin açılmasına qarşı konkret əngəllər yaratması real görünmür. Hazırda Zəngəzur dəhlizinin açılması üçün əlverişli şərtlər formalaşıb. Əgər Ermənistan bu şəraitdən zamanında istifadə etsə, yaxın perspektivdə layihənin uğurla tamamlanması mümkündür. Sonrakı mərhələdə isə digər maraqlı tərəflərlə də daha geniş əməkdaşlıq qurula bilər”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri