Icma.az
close
up
RU
İran hakimiyyəti tezliklə mollaların ən qısa zamanda Azərbaycan xalqından üzr istəməsini təmin etməlidir Deputat

İran hakimiyyəti tezliklə mollaların ən qısa zamanda Azərbaycan xalqından üzr istəməsini təmin etməlidir Deputat

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

"İran hakimiyyəti tezliklə mollaların ən qısa zamanda Azərbaycan xalqından üzr istəməsini təmin etməlidir" - Deputat

"İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra dövlətimizin başçısının ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, 7 yanvar tarixində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan-İran münasibətlərində yaşanan çətinliklərə toxunaraq İranın bəzi dini liderlərinin Azərbaycan və Türkiyə prezidentləri, həm də xalqları təhqir etməsini təəssüf doğurduğunu, həmin mollaları cəzalandırılmalıdır və Azərbaycandan üzr istəməli olduğunu açıqlayıb:

"Lakin İran mollaları buna özlərinə yaraşan formada, öz üslubları ilə cavab verməyi üstün biliblər. Hər şeydən əvvəl mollaların bir dövlətin xarici siyasətində bu qədər söz sahibi olması, həmin dövlətin beynəlxalq imicinə zərbədir. Hər kəsə məlumdur ki, İran global siyasətdə heç də sevilən və dəstək görən dövlət deyil. Çünki bu dövlət siyasi imiclərinə müsbətə doğru dəyişmək əvəzinə daha da kobudlaşırlar. İran dövlət rəsmiləri artıq məsuliyyətlərini dərk edib mollaların təhqiramiz ifadələrinə görə üzr istəməlidir".

Deputat vurğulayıb ki, İranda siyasi məsələlərə ali dini lider və digər dövlət qurumları tərəfindən ciddi nəzarət olunur:

"Buna görə də nə Ərdəbil, nə dəki, Qəzvin şəhərinin mollaları özbaşına siyasi məsələlərə qoşulub ölkəmizə qarşı təhqiramiz ifadələri işlətmirlər. Həmçinin, bu bəyanatlar İran hakimiyyətinə başucalığı gətirmir. Əksinə Azərbaycanla ikitərəfli münasibətlərə zərbə vurur. Rəsmi Tehran bunu nəzərə almalı və İran mollalarının ölkənin xarici siyasətinə müdaxiləsinin qarşısını almalıdır.

İran hakimiyyəti tezliklə mollaların "siyasətşünaslığına" rəvac verməməli, əksinə, onların ən qısa zamanda Azərbaycan xalqından üzr istəməsini təmin etməlidir. Əks halda gələcək perspektivdə münasibətlərin pisləşməsinə məsuliyyəti məhz rəsmi Tehran daşıyacaq".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 13 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri