Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

İran həbsxanasında Araza poema yazan, Bakını Kəbəyə bənzədən şairlər ARAŞDIRMA

İran həbsxanasında Araza poema yazan, Bakını Kəbəyə bənzədən şairlər ARAŞDIRMA

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Ustad Məhəmmədhüseyn Şəhriyarın şeirlərində azərbaycanlıların həmrəylik və birlik məfkurəsi” adlı yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Ayrılıq acısı, həsrət ədəbiyyatı

Bir uçaydım bu çırpınan yelinən

Bağlaşaydım dağdan aşan selinən

Ağlaşaydım uzaq düşən elinən

Bir görəydim ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

(“Heydərbabaya salam”)

Tarix boyu böyük xaqanlıqları öz beşiyində boya-başa çatdıran ölkəmiz, son yüzilliklərdə böyük yenilgilərə uğradıldı. Gülüstan və Türkmənçayda siyasətçilər və sərkərdələr bir millətin ikiyə bölünməsi muqaviləsini imzaladılar. Ancaq iş bunlarla bitmədi. Bu acımaz yara indinin indisində də Arazın hər iki tərəfində bir çox insanı sarsıdır. Demək, siyasətçilər barış muqaviləsini imzalayandan və əsgərlər savaşdan geri çəkiləndən sonra belə Azərbaycan milləti bu acı tale ilə barışa bilmədi. Odlu silahların susandan, qanlı qılınclar qınlarına girəndən sonra qələmlər savaşa başladı. Birlik ruhu unudulmasın, ayrılıq bir gün son bulsun deyə yeni bir savaş cəbhəsi açıldı. Bu savaş cəbhəsinin əsgərləri şairlər, aşıqlar və mədəniyyət xadimləri oldu. Bizim zəngin mifik və ədəbi varlığımız bizə yol göstərdi. Bəzi zamanlar sözün qılıncdan daha kəsərli olduğunu bilirdik. İstər “Kitabi-Dədə Qorqud”, istərsə də “Koroğlu” dastanında bəzən igidlərin qılınclarının başara bilmədiyi işləri sazımız və sözümüz başara bilib. Beləliklə, bu savaşın alın yazısını şairlərimiz, aşıqlarımız və mədəniyyət xadimlərimizə tapşırdıq. Onlar isə bu ağır yolda əllərindən gələni etdilər. Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını yazdı, Bulut Qaraçorlu (Səhənd) isə pəhləvilərin həbsxanasında “Araz” poemasını qələmə aldı. Artıq, Araz sadəcə bir çay deyil, ayrılıq simvolu olaraq bizim sırdaşımız da olmuşdu.

(Bulut Qaraçorlu (Səhənd))

Ayrılıq yaxud həsrət ədəbiyyatı, istər yaranan əsərlərin həcminə görə, istərsə də bu əsərlərin məzmun və təsir gücünə görə, Azərbaycan ədəbiyyatındə çox əhəmmiyyətli yeri var. Ürəyi hər zaman Azərbaycan eşi ilə çırpınan məşhur şair Ustad Məhəmmədhüseyn Şəhriyarın da bu ədəbiyyatda öz yeri vardır. Demək, qardaş həsrəti və ayrılıq acısı Şəhriyarın da şeirlərində öz yerini tapıbdır.

Məhəmmədhüseyn Şəhriyar dəfələrlə şeirlərində Bakını Kəbə qədər qutsal və dəyərli bir qonuma yüksəldibr. Məsələn, Bakıdan Şəhriyara bir şeir göndərən şairə “O tay, bu tay fərqi yoxdur, vətəndir” deyə cavab yazır və söz Bakıya gəldiyində “Ora bizim qızıl Kəbə, Bakıdır” sözünü dilə gətirir. Dindar bir şəxs olaraq Şəhriyar Kəbə sözünün anlamını çox yaxşı bilir və təbii ki boşu-boşuna bu sözü işlətməz. Demək Şəhriyar üçün Kəbə kimi muqəddəs bir qibləgahdır! İllər boyu Tehranda yaşadığına rəğmən Şəhriyar heç zaman heç bir şeirində, istər fars dilində yazdığı şeirlər olsun, istərsə də türk dilində yazdığı şeirlər olsun, Tehranı vətən adlandırmayıbdır. Lakin söz qonusu Bakı olduğunda şəhriyar vətən eşqini gizlədə bilmir:

Gəlmişik doğma yurdumuz Bakıya

Qoy bu tarixdə iftixar olsun!

Şəhriyar, Süleyman Rüstəmin ona göndərdiyi şeirinə cəvab olaraq ayrılıqdan yanıb yaxıldığını belə dilə gətirir:

Arazım vursun baş, daşdan daşa

Göz yaşı gərək başlardan aşa

Necə yad olsun qardaş qardaşa

Nə din qanır, nə iman ayrılıq

Aman ayrılıq, aman ayrılıq

Başqa bir şeirində Təbrizlə Bakı haqqında deyir:

Qoca Təbriz də yüz min il keçsə

Bakı qardaşlarını unutmayacaq

Bəs Şəhriyarın fikrincə Azərbaycanlıları birbirinə bağlayan amil nədir?

Dilimiz, qanımız bir olduqda

Qırmaq olmaz bu əhd-i peymanı

Şəhriyar illər boyu Bakı həsrətini çəkən bir şairdir. İllər boyu Bakını yaxından görmək istəyən amma bu istəyinə çata bilməyən bir şair:

Qardaşın qardaşıla bir görüşü, bir qonuşu

Qadağan olmada, bax zülmə, nə tuğyan, Rüstəm

Şəhriyar Arzu-göz oldu ki, “Səhənd” ilə gələ

“Bəxtiyar” məclisinə, başda “Süleyman Rüstəm”

Xəyal dünyasında görüşməkmi, gələcəyi daha əvvəldən proqnozlaşdırmaqmı?

Şəhriyar dəfələrlə ayrılıqdan gileylənsə də, bu ayrılığa görə təəssüf və kədərini dilə gətirsə də, o təkcə həsrət və matəm şairi deyil. Unutmayaq ki, Şəhriyar həm də təxəyyül şairi, hətta dastan şairidir. Şəhriyarın xəyal dünyası bizim dar real dünyamızdan çox daha genişdir. Dəfələrlə Bakıya dəvət olunduğuna rəğmən o zamanlar İranda Pəhləvi rejimi Şəhriyarın Bakıya getməsinə izin vermədi. Sonunda Şəhriyar bu ziyarəti xəyal dünyasında gerçəkləşdirdi:

Gözüm aydın görürəm sevgili qardaşlarımı

Basmışam bağrıma öz doğma qarındaşlarımı

Açmışam qolları xalqımla üzük halqası tək

Salmışam halqaya qiymətli üzük qaşlarımı

Üzüyün qiyməti onun qaşındadır. Şəhriyar burada Quzey Azərbaycanlı qardaşlarını üzük qaşı olaraq təsvirə çəkibdir. Jan-Jak Russo deyir, bu dünyada yalnız xəyal ölkəsindəki kimi yaşamağa dəyər. Şəhriyar da gerçək dünyada arzusuna çatamayınca bu arzusunu öz xəyal dünyasında yaşadır. Əlbəttə Şəhriyarın xəyal dünyası bizim real sandığımız dünyadan daha gerçəkdir. Əslində Şəhriyar öngürülü bir şairdir. Demək, Şəhriyar gələcəyi gələcəyin gəlib çatmasından daha əvvəl görə bilir. Bunun ən aydın nümunəsini biz Şəhriyarın “Səhəndim” yaxud “Səhəndiyyə” deyilən şahəsərində görürürk.

İllərdir Dünya azərbaycanlılarının həmrəylik günü olaraq qeyd olunan 1989-cu il dekabrın 31-i tarixində yaşananları Şəhriyar bu hadisələrin həyata keçdiyindən 21 il əvvəl “Səhəndim” şeirində xırdalıqları ilə söyləmişdir. Burada o uzun şeiri bütövlükdə vermək mümkün olmadığı üçün onun bəzi bəndlərini sitat gətirəcəyik. Ancaq bunu etməzdən əvvəl şairin gələcəklə bağlı proqnozunun yeni olmadığını qeyd etməyi zəruri hesab edirik. Bu ideyanın qədim Yunanıstandan müasir dövrə qədər çoxlu tərəfdarları olmuşdur. Platonun fikrincə, poetik ilham ilahi vəhy kimi bir şeydir. Şəhriyar da bütün şeirlərinin mənşəyinin “ilham” olduğuna inanırdı. Necə ki, Bulut Qaraçorlunun “Səhənd” şeirinə cavab olaraq yazdığı “Səhəndim” şeirində yazır: “Vəhydir şeiri, mələklərdir pıçıldır qulağında”. Demək, Şəhriyarın İlham dediyi söz də ilahi vəhy kimi bir şeydir. Necə ki, həmin şeirdə yazır: “Göydən İlham alalı sırrı səmavatı deyərsən”!

(Şəhriyarla Bulut Qaraçorlu)

İndisə mövzuya uyğun seçilmiş “Səhəndim” şeirindən bir neçə misra birlikdə oxuyaq:

Dədə Qorqud səsin aldım, dedim arxamdı, inandım

Arxa durduqda Səhəndim Savalan tək havalandım...

Bakı dağları da hay verdi səsə, qıyha ucaldı

O tayın nərələri sanki bu taydan da bac aldı...

Qorxma gəldim deyə səslərdə mənə can dedi, qardaş

Mənə can-can deyərək düşmənə qan-qan dedi, qardaş

Mən də canım çığırıb can sənə qurban dedi, qardaş...

(Quzeydən gələn səsi duyan Güney Azərbaycanlılar o qədər həyəcan və sevinc yaşayırlar ki, Araza doğru ayaqları ilə deyil, başları üstündə qaçırlar!)

O tayın nəğməsi qovzandı ürəklər qulaq oldu

Yenə qardaş deyərək qaçmada başlar ayaq oldu!

Qaçdıq üzləşdik Arazda yenə gözlər bulaq oldu

Yenə qəmlər qalaq oldu

Yenə qardaş sayağı sözlərimiz bir sayaq oldu

Vəsl iyin almada əl çatmadı eşqim damaq oldu...

1989-cu il dekabrın 31-də baş verənlər Şəhriyarın 21 il əvvəl proqnozlaşdırdığından başqa bir şey idimi? O gün də eyni şeylər baş vermədimi?

(Qaçdıq, üzləşdik, Arazda yenə gözlər bulaq oldu...)

(Vəsl iyin almada əl çatmadı eşqim damaq oldu...)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see394

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see240

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see183

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri