İran hökumətinin sözçüsü: Dəməşqdə səfirlik açmaq üçün diplomatik məsləhətləşmələr aparırıq
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Suriyanın paytaxtı Dəməşqdə səfirlik açmaq üçün diplomatik məsləhətləşmələr aparır.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran hökumətinin mətbuat katibi Fatimə Mühacirani həftəlik mətbuat konfransında bildirib.
O, jurnalistlərin ərəb ölkələrində baş verən son hadisələrdən sonra İranın Dəməşqdə səfirlik açmaq qərarı ilə bağlı sualına cavabında deyib:
“İran rəsmiləri Suriyadakı hadisələrlə bağlı öz mövqelərini artıq bəyan edib. Biz Suriya xalqının qəbul etdiyi hökuməti qəbul edirik”.

