Icma.az
close
up
RU
İran İslam inqilabının lideri Şəriətmədari

İran İslam inqilabının lideri Şəriətmədari

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mirişli Elşən
Gəncə şəhəri, tarixçi

I I Yazı

1979-cu ilin fevral ayının əvvəlində fars Ruhullah Xomeyninin rəhbərliyi ilə İslam Cumhuriyyət Partiyası,həmin ayın sonunda isə Türk mənşəl Məhəmməd Kazım Şəriətmədarinin lideri olduğu Müsəlman Xalq Partiyası qurulmuşdur. Müsəlman Xalq Partiyasının Azərbaycan təşkilatının muxtariyyət məsələsinə qayıdaraq deməliyəm ki,təşkilat adı çəkilən manifest-bəyannamədə suveren İran dövlətinin içində Azərbaycan türklərinin muxtar hüquqları uğrunda mübarizəni özünün başlıca işi kimi göstərmiş,eyni zamanda “islam prinsiplərinə dayanacaq bir sosialist cəmiyyətinin əsasını qoymaq uğrunda mübarizə” əzmini bildirmişdi.Maraqlıdır ki, bu məsələdə partiyanın Azərbaycan şöbəsi “sosialist islam respublikası” qurmağı özünün son məqsədi sayan İran Xalq Mücahidləri Təşkilatına yaxın idi. Mücahidlərin Azərbaycan Təşkilatının başında tanınmış inqilabçı Şeyx Məhəmməd Xiyabaninin nəvəsi Musa Xiyabani dururdu.O, bir neçə il sonra Farsistandakı qayalıqlar arasında islamçı cəza dəstələri ilə toqquşmada öldürülmüşdür.Baçqa sözlə desək, təşkilatın rəhbərliyi inkişaf edən bir çox Şərq ölkələrində o dövrdə geniş yayılmış olan “islam sosializmi” məfkurəsi əsasında Güney Azərbaycanın muxtariyyəti uğrunda mübarizəni qarşıya məqsəd qoyurdu.Bu məqsədin həyata keçirilməsi uğrunda mübarizə yolunun seçilməsində Müsəlman Xalq Partiyasının Azərbaycan təşkilatı ilə partiyanın Qumdakı ruhani liderlərinin baxışları arasında,yuxarıda qeyd olunduğu kimi,kəskin fərq var idi.

Sonuncular, (eləcə də Şəriətmədari) İranın federativ islam respublikasına çevrilməsi,Güney Azərbaycanın burada muxtar respublikalardan biri olması uğrunda mübarizəni referendumdan sonrakı dövrdə artıq İİR yetərincə bərkidikdən sonra mərkəzi hökumətlə danışıqlar şəklində təsvir edir bu danışıqlar gərəyincə nəticə verənədək ilk mərhələ kimi Güney Azərbaycana əyalət (başqa sözlə,Azərbaycanın parçaladığı ostanların birləşdiriləcəyi bir inzibati-ərazi strukturunda) və vilayət əncümənlərinin fəaliyyəti dairəsində daxili ixtiyarlar verilməsi tələbini qarşıya qoyurdular. İnqilabçılıqdan uzaq olan Şəriətmədari özü rəsmi məlumatlarında dəfələrlə türklərin öz tələblərini sülh yolu ilə əldə etmək əzmində olmasını bildirmiş,onların Tehran,Təbriz və başqa şəhərlərdə keçirdiyi bir çox yığıncaqlarına göndərdiyi müraciətlərində inqilab düşmənlərinin sui-istifadəsinə yol verməmək üçün bəzən Azərbaycan türkünü küçə nümayişlərindən belə vaz keçməyə çağırmışdı.29 fevral (bəhmən) üsyanı zamanı olduğu kimi, 1979-cu il dekabrın əvvəllərində Təbrizdə üsyan başladıqda Şəriətmədari Təbriz üsyançılarını sakitləşdirməyə,kəskin çıxışlardan vaz keçməyə,istədiklərini yalnız və yalnız dinc yolla əldə etməyə çağırmışdı.Partiyanın taktiki işlərində xırda burjua radikalizmi mövqeyində duran Azərbaycan təşkilatı isə Azərbaycan türklərinin milli hüquqlarını daha qətiyyətlə qazanmaq əzmində idi və təşkilat bunu dekabr üsyanında iştirak etməklə göstərdi. Müsəlman Xalq Təşkilatı rəhbərlərinin tam başqa xarakterdə görmək istədikləri dekabr çıxışı isə inqilabın qələnəsindən keçən doqquz ayda baş vermiş gərgin daxili siyasi hadisələrin məntiqi sonucu idi.Ölkədə siyasi hakimiyyətin islam təməlçiləri ilə burjuaziya arasında bölüşdürülməsi prosesi gedirdi.

Məhəmməd Kazım Şəriətmədari 1906-cı ildə Təbrizdə türk (Azərbaycan türkü) ailəsində anadan olmuşdur.Atası Seyid Həsən Şəriətmədari Təbrizi (1914-cü ildə vəfat edib) Azərbaycanın tanınmış ruhanilərindən biri idi. Seyid Məhəmməd Kazım Şəriətmədari 1934-cü ildən Təbrizin “Xalaoğlu” məscidinə rəhbərlik etmiş və 1950-ci ildə Qum şəhərinə köçərək orada ruhani kimi fəaliyyətə başlamışdır. Ayətullah Şəriətmədari öz dini nüfuzundan istifadə edərək 1964-cü ildə həbs edilərək edam cəzasını gözləyən Xomeynini edamdan qurtarmışdı. Belə ki, həmin dövrdə İran qanunvericiliyinə görə böyük ayətullah titulu daşıyan ruhanilərin edamı qadağan edilmişdi.Ayətullah ərəb dilindən tərcümədə “Allahın ayəsi” və ya “Allahın dəlili” deməkdir.

Qacar dövlətində 1906-cı ildə qəbul olunan konstitusiyaya görə,müctəhid şah məhkəməsi qarşısında toxunulmazlığa malik idi.Xomeyni və Tələqani isə sıravi ayətullah idilər (Xomeyni Şəriətmədaridən yaşca böyük olduğu halda hələ də müctəhid olmaması ikincinin dini nüfuzunun daha böyük olmasını göstərir) və buna görə həbsdə qaldılar.Bu zaman Xomeyninin vəziyyəti daha ağır idi. Şahın ünvanına işlətdiyi təhqiramiz ifadələrə görə onu edam cəzasdı gözləyə bilərdi.

Xomeynini ölümdən qurtarmağa çalışan Şəriətmədari yardım üçün daha iki böyük ayətullaha-Məmmədrza Gülpeyqaniyə və Məhəmmədhadi Milaniyə (sonuncu Şəriətmədari kimi türk idi) müraciət edir.Üç böyük ayətullahın avqustun 5-də verdiyi fitva ilə Xomeyni mərceyi-təqlid kimi tanındı və həbsdən buraxıldı,amma tənqidi çıxışlarını davam etdirdiyi üçün bir il sonra ölkədən sürgün edildi.

1978-ci ildə yanvarın 7-də “Ettelat” qəzetində “İran və qırmızı –qara müstəmləkəçilik adlı məqalə dərc olundu. Məqalədə Ruhullah Xomeyninin gəncliyində eyş-işrət dolu həyat keçirməsi,Fransa dövlətinin casusu olması,imperialistlər və rus kommunistləri ilə işbirliyində olması kimi fikirlər yer aldı.

Sayı milyonları ötən inqilabçıların təziqi altında öz gücsüzlüyünü görən Məhəmməd Rza Pəhləvi 16 yanvar 1978-ildə ölkədən qaçmışdı.Şovinist fars-faşist Pəhləvilər hakimiyyətinə son qoyulmuşdu.

Şəriətmədarinin siyasi baxışları Xomeyninin “Fuqilərin Rəhbərliyi” “ (Vilayət əl-fəqh) konsepsiyasının şərhi ilə ziddiyyət təşkil edirdi ona görə ki, hazırki hökumətin ictimaiyyətin maraqlarına zidd hökm çıxardığ aşkar edilərsə,din xadimləri siyasi rəhbərliyi öz üzərinə götürə bilər.Şəriətmədari qəti şəkildə inanırdı ki, nə qədər əxlaqi cəhətdən düzgün olsa da heç bir idarəetmə sistemi xalqa məcbur edilə bilməz. Əvəzində insanlar hökuməti sərbəst seşə bilməlidirlər.O, insanlar öz işlərini idarə etdiyi demokratik hökumətin Fəqihlərin Rəhbərliyinin düzgün təfsiri ilə mükəmməl uyğunlaşacağına inanırdı.İnqilabdan əvvəl Şəriətmədari 1906-cı il Qacar Konstitusiyaslnda qüvvəyə minmiş konstitusiyon monarxiya sisteminə qayıtmaq istəyirdi.O, həm də İranda Cənubi Azərbaycan milli hərəkatının lideri olub və İranın tərkibində Cənubi Azərbaycanın muxtariyyəti və ya müstəqillik ideyasını dəstəkləyib.Qan tökülməsinin qarşısını almaq üçün dinc nümayişləri təşviq edib.Belə bir sistemə görə, şahın səlahiyyətləri məhdud idi və xalqın əlindəölkəni idarə etmək parlament sistemi vasitəsi ilə daha çox xalqın əlində idi.O zamanki İran Şahı Məhəmməd Rza Pəhləvi (1941-1979) və onun müttəfiqləri isə Şəriətmədari kimi din xadimlərinin pasifizmini zəiflik əlaməti kimi qəbul etdilər.Şah hökuməti inqilabi etirazları dayandırmaq ümidi ilə Məhərrəmliyi qeyd etməyi qadağan etdi və İranda demokratiyanın bərqərar olacağına ümid edərək inqilaba səssizcə dəstək verdi.

26 noyabr 1979-cu ildə Şəriətmədari ABŞ-ın Tehrandakı səfirliyinə hücumu pisləmişdir.O,həmçinin Xomeyninin hökumət sisteminin islama uyğun gəlmədiyi və ya İran xalqının iradəsini təmsil etmədiyi üçün tənqid edib.Xomeyni idarəçilik sistemini qurmaq üçün referendumun keçirilməsini sərt tənqid edib.

Güney Azərbaycandan başqa İranın digər yerlərində yaşayan Azərbaycan türklərinin də Azərbaycan əncüməni (Tehran),Tehranda yaşayan türklər,Qumda yaşayan Azərbaycan türkləri cavanlar və sairə kimi müxtəlif sosial təbəqələri təmsil edən bir sıra yerli milli təşkilatlar yaranmışdı.

İranda əhalinin üçdə ikisini təşkil edən Azərbaycan türklərinə mənsub olan partiyalardan yeganə birisi-1979-cu ilin fevralında yaranmış Xəlqe müsəlmanın (tam şəkildə “Hezbe comhuriye xəlqe mosəlmane İran”-İran müsəlman xalqının respublika partiyası) Güney Azərbaycanın Tehran,Qum və başqa yerlərində təşkilatları var idi.1979-cu ilin dekabrınadək bu partiya hazırda İranda hakim partiya olan İslam Respublika partiyası ("Hezb“ comhuriye eslami”) ilə qarşı-qarşıya dura bilən çoxsaylı və nüfuzlu müxalif partiyalardan biri idi.Bu partiya Xomeyni qələbə ərəfəsində İrana gələnədək ölkədə onunla yanaşı ən böyük din başçılarından biri olan,inqilabın qələbəsindən sonra isə ikinci plana sıxışdırılan və heç bir siyasi məsələnin həllinə cəlb edilməyən,lakin ölkədəki Azərbaycan türkləri içərisində daha nüfuzlu dini başçı sayılan və Qum şəhərində yaşayan Hacı Məhəmməd Kazım Şəriətmədari tərəfdarlarının təşkilatı idi (bu nüfuz türklərin dindar əksəriyyətinin Şəriətmədarini öz dini başçısı-“mərcəye təqlidi” hesab etməsindən və buna görə də bir qayda olaraq onun göstərişləri ilə hesablaşmasından irəli gəlirdi).Partiya inqilabın qələbəsindən sonra İİR konstitusiyasının qəbul olunması prosesində konstitusiyanın müzakirəyə verilmiş ilk və daha demokratik variantının tərəfdarı kimi çıxış etmiş (əvvəl isə Şəriətmədari köhnə konstitusiyanın islahı ilə kifayətlənmək tərəfdarı idi) və ruhanilərin siyasi işlərdə və hakimiyyətdə iştirakının (hər halda sözdə) əleyhinə olmumdur.

Partiya “Xəlqe müsəlman” qəzetini nəşr etdirdi.Partiyanın üzvləri və tərəfdarları öz sosial tərkibinə görə çox müxtəlif idi.Burada ruhanilərlə yanaşı geniş kütlələrdən- Güney Azərbaycan şəhərləri,Tehran,Qum və Azərbaycan türkləri yaşayan başqa şəhərlərdəki işsizlərdən, fəhlələrdən, sənətkarlardan və tələbələrdən tutmuş iri burjuaziya nümayəndələrinə qədər var idi.Maraqlıdır ki,partiyanın tərəfdarları haqqında məlumatda ziyalıların adı çəkilmir.Pariyanın Güney Azərbaycan kəndliləri içərisində nüfuzu güclü idi.İranın cənub əyalətlərindən Farsda yaşayan qaşqay qəbilə başçıları içərisində də partiyanın tərəfdarları var idi.Üzvlərinin sayı iki milyondan üç milyonadək təxmin edilən bu partiyanın məfkurəvi başçısı Şəriətmədarinin özü böyük sərmayə (300 milyonluq) sahibi idi,onun İranın müxtəlif yerlərində bir çox sənaye ocaqlarında payı var vardı (buna görə də təbidir ki, o, İİR-in ilk dövrdə iri kapitalist müəssisələri və bankların milliləşdirilməsi təşəbbüslərinin əleyhdarlarından idi).

1979-cu ilin avqustunda əsasən ruhanilərdən ibarət yaradılan Mütəxəssislər Şurasında milli haqlarla bağlı müddəalar Xomeyninin təkidi ilə konstitusiyadan çıxarıldı.

(ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 İyul 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see322

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see279

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see262

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see260

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see255

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see248

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see234

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see225

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see225

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see224

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see223

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see223

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see215

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see212

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see209

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see209

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see205

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see198

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see192

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri