Icma.az
close
up
RU
İran İsrail ABŞ gərginliyinin artması: Yaxın Şərqdə balans dəyişir

İran İsrail ABŞ gərginliyinin artması: Yaxın Şərqdə balans dəyişir

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İran–İsrail qarşıdurmasının dərinləşməsi və prosesə ABŞ-ın birbaşa qoşulması Yaxın Şərqdə mövcud siyasi balansı ciddi şəkildə dəyişməkdədir. Regional güclər arasında artan rəqabət təkcə hərbi riskləri artırmır, həm də enerji təchizatı marşrutlarını, təhlükəsizlik əməkdaşlığını və geosiyasi prioritetləri yenidən formalaşdırır.

Belə bir şəraitdə qarşıdurmanın nəticələri xüsusilə Cənubi Qafqaza – Azərbaycan və Türkiyəyə – birbaşa təsir göstərə bilər.

Bu kontekstdə əsas sual yaranır: gərginliyin davam etməsi Bakı və Ankaranın təhlükəsizlik siyasətini hansı istiqamətdə dəyişməyə məcbur edəcək və regional güc balansında hansı yeni strategiyaları gündəmə gətirəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli deyib ki, Yaxın Şərqdə davam edən müharibə təbii olaraq bütün dünyaya təsir göstərir: 

"Xüsusilə Hörmüz boğazı ətrafında yaranmış vəziyyət dünya iqtisadiyyatına sarsıdıcı zərbələr vurur. Enerji qiymətlərinin bahalaşması artıq dünya iqtisadiyyatının digər sahələrində böhran əlamətlərini büruzə verməyə başlayıb. Bu proses davam etdikcə dünya iqtisadiyyatında problemlərin dərinləşməsi qaçılmaz olacaq".

Onun sözlərinə görə, bu, təbii olaraq bütün dünyaya, o cümlədən, Azərbaycan və Türkiyəyə də təsir edir: 

"Bu, ilk növbədə iqtisadi baxımdan müəyyən problemlər yarada biləcək bir prosesdir. Digər tərəfdən isə hərbi-siyasi problemlərin yaranma ehtimalı da mövcuddur. Məsələn, ilk olaraq Azərbaycana bir dron hücumu baş vermişdi. Ondan sonrakı mərhələdə Türkiyəyə bir neçə dəfə ballistik raketlərlə hücum olunmuşdu ki, bu da hərbi təhlükəsizlik problemidir".

Elçin Xalidbəyli:  Hərbi-siyasi problemlərin yaranma ehtimalı da mövcuddur

Həmsöhbətimiz bildirib ki, bu hərbi hücumların kim tərəfindən edilməsi barədə müəyyən qeyri-müəyyənlik var: 

"Rəsmi Tehran bu hücumları öz üzərinə götürmür və iddia edir ki, onlar naməlum istiqamətdən həyata keçirilib, hətta araşdırma aparacağına söz verir. Halbuki müasir dövrdə hər hansı raket hücumunun hansı bölgədən və ya hansı istiqamətdən edildiyini müəyyən etmək o qədər də çətin deyil".

Elçin Xalidbəyli diqqətə çatdırıb ki, Yaxın Şərqdəki müharibə bütövlükdə region dövlətləri, o cümlədən bu regiona qonşu olan ölkələr üçün ciddi problemlər vəd edir: 

"İranın qonşuları üçün də ciddi təhlükələr yaradır. Bu, həm Azərbaycan, həm də Türkiyə üçün müəyyən mənada təhlükəsizlik riskləri formalaşdırır. Məhz buna görə də hazırda həm Azərbaycan, həm də Türkiyə Yaxın Şərqdəki bu müharibənin ən qısa zamanda sona çatmasının əsas tərəfdarları kimi çıxış edirlər".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Aprel 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri