Icma.az
close
up
RU
İran İsrail qarşıdurması və dünya bazarında neftin qiyməti TƏHLİL

İran İsrail qarşıdurması və dünya bazarında neftin qiyməti TƏHLİL

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 iyun, Rabil Kətanov, AZƏRTAC

İsrail ilə İran arasında baş verən silahlı toqquşmanın nəticəsində dünya bazarında neftin qiyməti 13,18 faiz artıb. İyunun 13-nə qədər dünya bazarında “Brent” markalı neftin 1 bareli 62 dollara satılırdısa, iyunun 16-da həmin neftin qiyməti 74 dollara yüksəlib.

AZƏRTAC xəbər verir ki, İsrailin İranın neft anbarları ilə yanaşı digər neft infrastrukturlarına raket zərbələri endirməsi İran neftinin əsas alıcıları Hindistan və Çinə neft ixracını dayandırıb ki, bu da onları alternativ yollarla neft almağa vadar edib. İranın Hörmüz boğazını bağlamaq niyyəti haqqında bəyanatından sonra dünya bazarında neftin qiyməti bir az da yüksəlib.

“JPMMorgan” bankının analitikləri hesab edir ki, dünya bazarında neftin qiyməti 100 dollara kimi yüksələ bilər.

“Bloomberg Economics” in analitikləri Tom Orlik və Anna Vonq isə hazırladıqları rəydə bildiriblər ki, neftin qiyməti 100 dollara çatsa ABŞ-da bütün növ benzin markalarının pərakəndə satış qiymətləri 17 faiz artacaq ki, bu da öz növbəsində inflyasiyaya və digər malların da qiymətlərinin artmasına gətirib çıxaracaq.

Rusiyadan neft və qaz almaqdan imtina edən Avropa İttifaqı dövlətlərində də inflyasiya qaçılmaz olacaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dünya bazarına çıxarılan neftin 30 faizi ərəb ölkəlindən Fars körfəzi vasitəsi ilə tankerlərlə daşınır. Körfəzdən açıq okeana çıxış isə Hörmüz boğazındandır və bu boğaza İran nəzarət edir. İsrailin İranın körfəz sahilindəki neft və qaz infrastrukturunun bombalaması tankerlərin hərəkətini dayandırıb. Ərəb dövlətlərindən Avropa bazarlarına neft daşıyan tankerlərin dayanması neftin qiymətini 25 dollar həcminə artırıb və Avropa üçün problemlər yaradıb.

Lakin Beynəlxalq Enerji Agentliyinin məlumatına görə İran son aylar ərzində sutkada 3,4 milyon barel neft istehsal edirdi. Bu dünya üzrə neft istehsalının cəmi 3 faizini təşkil edir. İranın dünya bazarına neft ixracı tamamilə dayansa, onda OPEC+ dövlətləri bu itkinin yerini tez bir zamanda doldurar. Yalnız Səudiyyə Ərəbistanı sutkada 3 milyon barrel neft istehsal edir və dünya bazarında ehtiyac yaranarsa istehsal artırıla bilər. Bununla yanaşı OPEC+ dövlətləri də sutkalıq istehsalı 6,5 milyon barelə yüksəldə bilərlər.

Göründüyü kimi neftin qiymətinin yüksəlməsinə baxmayaraq hələlik dünya bazarına kifayət qədər neft çıxarılır. Risklər İran ilə İsrail arasındakı bu gərginliyin artması və ya azalmasından asılı olacaq. Hərbi əməliyyatlar körfəzin digər ölkələrini də əhatə etsə (Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirliklər) və İran Hörmüz boğazını bağlamaq qərarına gəlsə o zaman dünya bazarında neft qıtlığı hiss olunacaq və qiymətlər daha yüksək həddə çatacaq.

İran İslam Şurası Məclisinin (Parlament) milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İsmail Kövsəri bəyan edib ki, İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir.

İranın “Fars news” saytının yazır ki, dünyanın enerji təhlükəsizliyi Hörmüz bağazından asılıdır və boğazı bağlamaqla İran istəyinə nail ola bilər. Sayt qeyd edir ki, hərbi əməliyyatların başlaması ilə neftin dünya bazarındakı qiyməti 13 faiz artıb. Hörmüz boğazının bağlanması zamanı isə qiymətlər 100 faiz qalxa bilər.

İraqın xarici işlər naziri Fuad Hüseyn Almaniyalı həmkarı Yoxan Vadelful ilə telefon danışığı zamanı regiondakı vəziyyəti müzakirə ediblər. İraqlı nazir bildirib ki, Hörmüz boğazı bağlansa dünya bazarına sutkada 5 milyon barel neftin çıxarılmasının qarşısı alınacaq. Beləliklə də neftin qiyməti 200 dollardan artıq olar ki, bu da Avropada inflyasiya və iqtisadi böhrana səbəb olar. Almaniyanın xarici işlər naziri İraqlı həmkarının fikirlərinin doğru olduğunu bildirib və nəzərə çatdırıb ki, rəsmi Berlin məsələni nəzarətdə saxlayır.

ABŞ-ın Harvard məktəbi nəzdində fəaliyyət göstərən Belfersk Mərkəzinin beynəlxalq münasibətlər bölməsinin direktoru, ABŞ-ın Milli Təhlükəsizlik ofisinin keçmiş müşaviri Meqan O’ Sallivan “The New York Times” qəzetinə verdiyi müsahibəsində bildirib ki, İran İsrailin müttəfiqlərinə təzyiq etmək üçün Hörmüz boğazını bağlaya bilər. Boğazın bağlanması ABŞ-da benzinin qiymətinin yüksəlməsinə səbəb olar. Benzinin qiyməti ABŞ-ın daxili siyasətində əsas faktorlardan biridir və rəsmi Vaşinqtonun münaqişəyə cəlb olunması ilə nəticələnər. Belə olan halda isə hərbi münaqişə bütün regionu əhatə edər və proqnozlaşdırılması mümkün olmayan proseslər başlayar.

Hələlik isə hərbi əməliyyatlar və dünya bazarında neftin qiyməti yüksəlməkdə davam edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya proseslərə mane olmağa çalışır

31 İyul 2025 00:30see351

Kamçatka sahillərində bir saat ərzində 8 zəlzələ qeydə alınıb

30 İyul 2025 06:05see114

Çindən ABŞ ın təhdidlərinə cavab: Rusiyadan neft alışı...

31 İyul 2025 01:48see113

Əliyev bunu tələb etdi, İrəvan da razılaşdı Balasanyan

30 İyul 2025 19:33see113

Ohori bu halda Neftçi dən gedə bilər

30 İyul 2025 17:19see113

Silahlılar hərbi bazaya hücum edərək 50 yə yaxın əsgəri öldürüblər

30 İyul 2025 04:03see113

Nərimanovda qaz olmayacaq

31 İyul 2025 09:33see112

ABŞ dən İrana sarsıdıcı “zərbə” Son 7 ilin...

31 İyul 2025 05:14see111

Roskosmos rəhbərinin vədi: Rusiya iki ilə SpaceX ın uğurunu təkrarlaya bilərmi?

30 İyul 2025 18:37see111

Nissan birinci maliyyə rübündə xalis zərər açıqlayıb

31 İyul 2025 09:32see111

Suda batanı xilas etmək istəyənlər mütləq oxusun bu səhvlər baha başa gəlir

30 İyul 2025 08:54see111

“Çinlə ədalətli razılaşma əldə edəcəyik” Tramp

31 İyul 2025 01:52see111

Fiziki məhdudiyyətlər aktyorluğa mane olmadı: Səhnədə və ekranda özünü tapan məşhurlar

30 İyul 2025 05:21see111

Kazinolar Azərbaycana turist axınını artıracaq ARAŞDIRMA

31 İyul 2025 01:14see110

Bu kənddə 26 ildir ölmək qadağandır

30 İyul 2025 13:52see110

Prezident İlham Əliyevin siyasi kursunda milli ideya və suverenlik

30 İyul 2025 01:22see109

Bakıda təcili tibbi yardım həkimi iş yerində öldü Foto

31 İyul 2025 09:40see109

Kamçatkada 1952 ci ildən bəri ən güclü zəlzələ olub: Sunami təhlükəsi elan edilib

30 İyul 2025 07:05see109

Husilər İsraildəki hava limanına hipersəs raketi ilə zərbə endirib

30 İyul 2025 03:45see108

Maykl Ceksonun kristallarla bəzədilmiş corabı hərracda satıldı

31 İyul 2025 03:52see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri