Icma.az
close
up
RU
İran İsrail toqquşmanının 3 cü günü Neft bahalaşacaq?

İran İsrail toqquşmanının 3 cü günü Neft bahalaşacaq?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İran-İsrail hərbi münaqişəsi artıq üç gündür ki, davam edir. Onlarla insanın ölümünə səbəb olan hadisələr eyni zamanda dünya iqtisadiyyatına da təsirsiz ötüşmür.  İki ölkə arasında baş verənlərin neft bazarına xüsusi təsirinin olacağı ehtimal olunur.

"İran–İsrail müharibəsinin 3-cü günü ərəfəsində iqtisadi təhdidlər artır"

Modern.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, İsrail-İran hərbi qarşıdurması neft bazarını sarsıdıb:

"Brent markalı neftin qiyməti bir neçə gun ərzində 10%-dən çox bahalaşaraq. Neftin qiyməti, əvvəlcə 75.15 dollar səviyyəsinə, daha sonra 76.94 dollara çatıb. Xam neft fyuçersləri 13%-ə qədər artıb. ABŞ-ın VIX indeksi son 3 həftənin maksimumuna qalxıb, sərmayəçilər isə səhmlərdən çıxaraq qızıla və dövlət istiqrazlarına yönəlir.
Münaqişə Hörmüz boğazı ətrafında təhlükəni artırır. Gündəlik 18–20 milyon barel neft bu boğazdan keçir ki, bu da dünya neft ticarətinin 20%-i deməkdir. İranın boğazı bağlamatəhdidi neftin qiymətində daha kəskin sıçrayış yarada bilər. BVF hesablamasına görə, neftin 10% bahalaşması inkişaf etmiş ölkələrdə inflyasiyanı 0.4 faiz bəndi artırır".

Ekspert LNG bazarının da risk altında olduğunu vurğulayıb:

"Qətər və BƏƏ-nin bütün maye qaz ixracatı Hörmüz boğazından keçir və bu, qlobal LNG ticarətinin 1/5 hissəni təşkil edir. İran üzərindən keçən marşrut bağlansa, Çin və Hindistan alternativ mənbələrə yönələcək, bu da digər bazarlarda qiymətləri yuxarı çəkacək. Çünki, İran sanksiyada olsa belə bu iki ölkə, ələxsus da Çin öz neft ehtiyacının ciddi bir hissəsini İran hesabına təmin edir.

Aviasiya sektorunda da gərginlik var. İran, İsrail, İraq və İordaniya hava məkanlarını bağlayıb. Bir neçə beynəlxalq aviaşirkət regiona uçuşları dayandırıb, Təl-Əvivdən sərnişinsiz təyyarələr Kipr və Avropa şəhərlərinə yönləndirilib. Marşrut dəyişiklikləri səyahət vaxtını uzadır, yanacaq xərclərini artırır və sığorta risklərini böyüdür. Bu isə ciddi həm logistic xidmətlərdə, həm də turizm üzrə qiymət artımlarına səbəb olur.

Ticarət yolları və dəhlizlər də təhlükə altındadır. Hörmüz boğazı yalnız enerji deyil, həm də konteyner yükləri, o cümlədən məişət texnikası və istehlak malları üçün əsas dəhlizdir. Münaqişə sığorta haqlarını artırır, gecikmələr və daşınma xərcləri isə son nəticədə istehlakçının ödədiyi qiymətlərə təsir edir.

İsrail daxilində də vəziyyət heç də rahat deyil, panika əlamətləri artır. Şekel dollar qarşısında 2% dəyər itirib. Supermarketlərdə izdiham yaşanır. Məlumatlara görə əksər alış veriş şəbəkələrində alış səviyyəsi 300% artıb, bəzi məhsulların rəfləri boşalıb". 

E.Əmirov söyləyib ki, Barclays və EY-Parthenon isə bu qarşıdurmanı “qlobal tənəzzülə səbəb ola biləcək ssenari” adlandırır:

"Neftin bahalaşması təkcə yanacaqla yanaşı, ərzaq, daşınma və istehsal xərclərində də artıma səbəb olacaq.
Amma bütün bunların içində ən strateji hədəf Hayfa limanıdır — onun arxasında duran daha dərin iqtisadi və geosiyasi səbəbləri isə növbəti paylaşımımda yazacam".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri