Icma.az
close
up
RU
İran İsrail xəttində kritik günlər: “Dəmir Zərbə” regiona nə vəd edir?

İran İsrail xəttində kritik günlər: “Dəmir Zərbə” regiona nə vəd edir?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Son günlər İsrailin İrana qarşı mümkün hərbi əməliyyatına dair yayılan məlumatlar regionda onsuz da kövrək olan təhlükəsizlik balansının daha riskli mərhələyə keçdiyini göstərir.

“Dəmir Zərbə” adı altında planlaşdırıldığı deyilən əməliyyat ətrafında dolaşan OSINT məlumatları təkcə hərbi hazırlıqla bağlı deyil, eyni zamanda psixoloji, siyasi və simvolik faktorların necə bir paket halında istifadə olunduğunu ortaya qoyur. Burada əsas məqam ondan ibarətdir ki, söhbət ani qərardan deyil, uzun müddət formalaşmış, zamanlama üzərində həssas şəkildə işlənmiş ssenaridən gedir.

Əməliyyatın mümkün tarixləri ilə bağlı irəli sürülən arqumentlər göstərir ki, İsrail hərbi planlaşdırmada təkcə texniki üstünlüyə deyil, eyni zamanda tarixi yaddaşa, dini simvollara və qarşı tərəfin psixoloji reaksiyalarına da xüsusi önəm verir. Yanvar-fevral aralığı həm hava şəraiti, həm də regional siyasi proseslər baxımından “uyğun pəncərə” hesab olunur. Xüsusilə, Ramazan ayının başlanğıcına yaxın tarixlərin önə çəkilməsi, İranda daxili ictimai həssaslığın artdığı dövrlə üst-üstə düşür və bu, potensial qarşıdurmanın yalnız hərbi deyil, sosial-siyasi dalğalanmalar yaratmaq məqsədi daşıdığını göstərir.

Burada diqqətçəkən digər məqam tarixlərin simvolik məna yüküdür. Qasım Süleymaninin öldürülməsi ilə bağlı dövrün xatırlanması, İran İslam İnqilabı günü və Holokost anım günü kimi tarixlərin müzakirəyə gətirilməsi təsadüfi deyil. İsrail üçün bu cür tarixlər motivasiyaedici, legitimləşdirici və daxili auditoriya üçün səfərbəredici rol oynayır. Eyni zamanda bu, Tehrana ünvanlanan açıq mesajdır: mümkün zərbə yalnız hərbi obyektlərə deyil, ideoloji və simvolik dayaqlara da yönələ bilər. Bu cür yanaşma isə qarşı tərəfi daha sərt və emosional reaksiyalara sürükləmək riskini artırır.

Hərbi baxımdan yeni ay fazası ilə bağlı vurğular da diqqətəlayiqdir. Gecə əməliyyatları, görünməzlik və texnoloji üstünlük İsrail ordusunun əvvəlki əməliyyatlarında da əsas taktiki elementlər olub. Bu kontekstdə səsləndirilən fikirlər, əməliyyatın mümkünlüyünü texniki cəhətdən daha real göstərsə də, onun nəticələrinin nə qədər nəzarətdə saxlanıla biləcəyi sual altında qalır. Çünki İran Venesuela və ya regional zəif aktor deyil. O, çoxqatlı cavab imkanlarına, regional müttəfiqlərə və asimmetrik müharibə təcrübəsinə malik dövlətdir.

İranın mümkün cavab tarixləri ilə bağlı səsləndirilən ehtimallar da göstərir ki, Tehran bu cür ssenariləri diqqətlə izləyir və öz dini-siyasi təqvimini strateji alət kimi istifadə etməyə hazırdır. İmam Mehdinin mövludu kimi simvolik günlərdə veriləcək istənilən cavab təkcə hərbi deyil, ideoloji məzmun daşıyacaq və regionda gərginliyi sürətlə nəzarətdən çıxara bilər. Bu isə qarşıdurmanı klassik dövlətlərarası müharibədən çıxarıb, regional zəncirvari eskalasiyaya çevirə bilər.

Bütün bu proseslərin fonunda ABŞ faktoru ayrıca qiymətləndirilməlidir. Vaşinqtonun son dövrlər daha sərt və birbaşa ritorikaya keçməsi, Venesuela presedentindən sonra “daxili repressiya” və “təhlükəsizlik” arqumentlərini müdaxilə üçün legitim əsas kimi istifadə etməsi Yaxın Şərqdə də oxşar yanaşmanın istisna olmadığını göstərir. İsrail-ABŞ tandeminin mümkün əməliyyatda koordinasiyalı şəkildə çıxış etməsi ehtimalı İran üçün təhlükəni ikiqat artırır və qarşıdurmanı regional çərçivədən çıxarıb qlobal risk zonasına yaxınlaşdırır.

Nəticə etibarilə, “Dəmir Zərbə” ətrafında dolaşan məlumatlar sadəcə bir əməliyyat ehtimalı deyil, regionun yaxın perspektivdə son dərəcə həssas mərhələyə qədəm qoyduğunun göstəricisidir. Yanvarın ortalarından fevralın ilk günlərinə qədər olan dövr Yaxın Şərq üçün kritik zaman kəsiyi kimi görünür. Bu müddətdə atılacaq istənilən addım təkcə İsrail-İran münasibətlərini deyil, bütün regionun təhlükəsizlik arxitekturasını sarsıda, enerji bazarlarından qlobal siyasi balanslara qədər geniş təsir dalğası yarada bilər. Buna görə də hazırkı vəziyyət sadəcə “zərbə olacaqmı” sualı ilə yox, “əgər olarsa, bu zəncir harada dayanacaq” sualı ilə qiymətləndirilməlidir.

Ruslan Zəngəzur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri