Icma.az
close
up
RU
İran liderinin müşavirini öldürmək istəyiblər

İran liderinin müşavirini öldürmək istəyiblər

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İranın dini lideri Ayətullah Əli Xamnəinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani İsrailin hücumlarının ilk günündə İranın bir çox siyasi, hərbi və təhlükəsizlik rəsmilərinə təhdid mesajları gəldiyini deyib.
Reyting.az
-ın məlumatına görə, Əli Laricani deyib ki, İsrailin məqsədi İranın dövlət quruluşunu parçalamaq olub.
İsrailin məqsədinin təkcə siyasi və hərbi quruluşu deyil, həm də ölkə lideri Xamnəini təhdid edərək dövlət quruluşunu sürətlə parçalamaq olduğunu bildirən Laricani əlavə edib:
“Düşmən hesablamışdı ki, liderlərin görüşü zamanı yüksək səviyyəli İran rəsmilərini hədəfə alaraq dövlət quruluşunu sürətlə parçalaya bilər. Onların növbəti addımı birbaşa İslam inqilabının rəhbərini təhdid etmək idi”.
İsrail və ABŞ-nın İran xalqının qarşıdurma mühitində hökuməti tərk edəcəyi ilə bağlı fərziyyələrinin yanlış olduğunun başa düşüldüyünü ifadə edən Laricaniyə görə, xalqın güclü birliyi və müqaviməti İsraili hədəflərini yenidən nəzərdən keçirmək məcburiyyətində qoyub.
Laricaninin sözlərinə görə, iyunun 21-də İsrailin öz məqsədlərinə çata bilməyəcəyi bəlli olduqdan sonra üçüncü tərəf vasitəçilər işə başlayıb.
Hücumların ilk günündə İsrailin İranın bəzi siyasi, hərbi və təhlükəsizlik rəsmilərinə təhdid mesajları göndərdiyini bildirən Laricani bunları qeyd edib: “Mənə də mesaj gəldi ki, Tehranı tərk etmək üçün 12 saat vaxtım var. Əks halda, mərhum komandir Qulaməli Rəşid və general-mayor Məhəmməd Baqeri ilə eyni aqibəti paylaşacağımı dedilər, amma mən Netanyahu kimi birinə yaraşan cavab verdim”.
Laricani, müharibənin gedişatını dəyişdirən ən mühüm amilin İranın inkişaf etmiş raket imkanları və xalqın sarsılmaz dəstəyi olduğunu vurğulayıb: “Netanyahunun bütün səyi İran xalqının təslim olmasına yönəlmişdi. Bununla belə, İranın raket gücünün aydınlaşdırılması müharibənin gedişində həlledici oldu”.
Laricani əlavə edib ki, Qətərdəki ABŞ hava bazasına edilən hücumla əlaqədar olaraq, Amerika rəsmilərinin dediklərinin əksinə, hər biri 400 kiloqramlıq döyüş başlığı daşıyan 6 raket ABŞ bazasını vurub: “Biz nə baş verdiyini bilirik, amma qoy Tramp öz xəyalları ilə sevinsin”.
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 İyun 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri