Icma.az
close
up
RU
İran mediasından təxribat: Azərbaycanın adı niyə yoxdur?

İran mediasından təxribat: Azərbaycanın adı niyə yoxdur?

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

- +

Suriyada gedən proseslər fonunda İran mediası baş verənləri “yeni tranzit müharibəsi” adlandırıb. Tribunainfo.az xəbər verir ki, Tehran nəşrləri məsələni qaz və nəqliyyat xətlərinin çəkilməsi prosesinə qədər hər şeyin prosesə daxil olduğunu iddia edirlər.

“Tasnim” Agentliyi isə “Suriyadakı iğtişaşların pərdəarxası: Yenə tranzit, yenə terror!” başlıqlı məqaləsində həmin marşrutlar, eyni zamanda bölgədəki nəqliyyat dəhlizləri məsələsinə toxunaraq, ən “perspektivli”, “ən mümkün”lərinin xəritəsini paylaşıb.

Həmin məqalədə qeyd edilir ki, Qərb Yaxın Şərqdəki enerji qaynaqlarına daha asan çıxış yolu əldə etmək üçün Suriyada yenidən savaşa başlayıb. Bu prosesdə Çin və Rusiyanın başqa mövqe tutduğunu bildirən yazının müəllifi iddia edib ki, hadisələrin bundan sonrakı gedişatı İsrailin də prosesə qoşulmasını göstərəcək.

Lakin məqalədə diqqət çəkən məqam oradakı fikirlər yox, dərc edilmiş xəritədir. Tribunainfo.az xəbər verir ki, həmin xəritədə Çindən Qərbə, Cənubdan Şimala uzanan bütün nəqliyyat  dəhlizlərindən bəhs olunur. Hətta bu yollardan birinin İrandan keçərək, Ermənistana, oradan da Qara dənizə çıxıldığı belə göstərilir. Lakin heç bir şəkildə bu yollardan hər hansı birinin Azərbaycan üzərindən keçdiyi qeyd edilməyib.

Halbuki Azərbaycan, həm Orta, həm də Cənub-Şimal dəhlizinin düz mərkəzindədir və bunu həmin layihələrin müəllifi olan ölkələr belə inkar etmirlər.

Bəs, İran niyə belə bir  yanaşma sərgiləyir? Həmin xəritədən aydın görünür ki, “Tasnim” Agentliyi bütün yolların İrandan keçdiyini qeyd edib. Yəni, İran guya, bütün yolların mərkəzindədir və onsuz heç bir marşrut mümkün deyil. Təbii ki, bu iddianı edən tərəf həmin yolların Azərbaycandan da keçdiyini xəritədə göstərsəydi, o zaman İranın əhəmiyyətliliyi ikinci plana keçəcəkdi. Çünki xəritədə maşrutların keçmə istiqamətlərində Azərbaycanın qeyri-ixtiyari logistik mərkəz olduğu görünəcəkdi. Elə ona görə də, İran qısqanclıq səbəbindən bu məsələnin üzərindən keçərək, Ermənistana belə yer versə də, Azərbaycanın adını çəkməkdən yayınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Dekabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri