Icma.az
close
up
RU
İsrail İran müharibəsində qalib yoxdur Azərbaycanın yaratdığı yeni REALLIQ

İsrail İran müharibəsində qalib yoxdur Azərbaycanın yaratdığı yeni REALLIQ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail və İran arasında 13 iyunda alovlanan hərbi toqquşma ötən gün başlayan atəşkəslə nəticələnib. Lakin bu atəşkəsin davamlılığı hələ də sual altındadır. Ekspertlərin fikrincə, hazırkı vəziyyət müvəqqəti sakitlikdir və hər an yeni gərginlik dalğası baş verə bilər.

İyunun ortalarında İsrailin “Rising Lion” əməliyyatı çərçivəsində İranın nüvə və hərbi obyektlərinə ağır hava zərbələri endirilib. Hücum nəticəsində İranın bir neçə yüksək rütbəli komandiri və nüvə proqramında çalışan mütəxəssislər öldürülüb. İsrail tərəfi əməliyyatı uğurlu hesab edərək “tarixi qələbə” kimi təqdim edib.

Bundan sonra İran cavab hücumuna keçiv. Tərəfdaş silahlı qrupların dəstəyi ilə İsrail ərazisinə 150-dən çox balistik raket və yüzlərlə pilotsuz uçuş aparatı atılıb. İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi əksər raketləri zərərsizləşdirsə də, bəzi hədəflərə ziyan dəydi və onlarla insan yaranıb və ölüb.

Gərginliyin artdığı bir məqamda ABŞ da münaqişəyə aktiv şəkildə müdaxilə edib. Birləşmiş Ştatların “Midnight Hammer” adlandırılan əməliyyatı çərçivəsində B-2 bombardmançıları ilə İranın Fordo, Natanz və İsfahan ətrafındakı nüvə obyektlərinə zərbələr endirilib. ABŞ tərəfi bu hücumların İranın nüvə proqramını tam məhv edildiyini qeyd edib.

Müharibənin 12-ci günündə - iyunun 24-də ABŞ Prezidenti Donald Tramp atəşkəs əldə edildiyini bildirib. Qətərin dəstəyi ilə imzalanan bu razılaşma tərəflərin daha genişmiqyaslı qarşıdurmadan yayınmasına səbəb olub. Hazırda atəşkəs əsasən qorunur, lakin yerli səviyyədə ara-sıra gərginliklər qeydə alınır.

“Qalib kimdir?” sualının konkret cavabı belədir ki, bu müharibədə qalib tərəf yoxdur. İsrail hərbi baxımdan strateji hədəflərinə çatıb və İranın nüvə infrastrukturu zəiflədilib. İran isə daxili auditoriya üçün müqavimət göstərdiyini və İsrailə ciddi cavab verdiyini nümayiş etdirib. ABŞ isə diplomatik və hərbi aktivliyi ilə regional güc mövqeyini daha da gücləndirib. Ancaq heç bir tərəf tam qələbə qazanmayıb.

Ekspertlərin ümumi fikrinə görə, bu qarşıdurmadan ən güclü çıxan tərəf ABŞ-dır. Birincisi, Vaşinqton, həm hərbi gücünü nümayiş etdirərək İranın nüvə ambisiyalarını hədəf alıb, həm də diplomatik vasitəçiliklə münaqişənin daha da dərinləşməsinin qarşısını alıb. Ancaq Rəb mətbuatı İranın nüvə obyektlərinin tam məhv edilmədiyini bildirib.

İsrail isə konkret hərbi qələbələr əldə etsə də, regionda dayanıqlı sabitlik təmin edə bilməyib. Nüvə proqramının tamamilə sıradan çıxarılmaması və İranın raket və pilotsuz texnologiyalarının potensialının qalması Tel-Əviv üçün risklərin hələ də yüksək olduğunu göstərir. İran daxili auditoriya qarşısında dirəniş və “qələbə” obrazını formalaşdırmağa nail oldu. Ancaq rejim ciddi itkilər verib və infrastruktura ziyan dəyib. Həmçinin, nüvə proqramının gələcək taleyi, beynəlxalq nəzarət mexanizmlərinin güclənməsi və yeni sanksiya dalğası İran üçün ciddi çağırışlar yaradır.

Bu xüsusda, Prezident İlham Əliyevin Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi zamanı səsləndirdiyi “İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb” fikri xüsusilə diqqət çəkir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində konkret və aydın məqsədi olub, ordumuz ölkənin ərazi bütövlüyünü tam bərpa edib və bu hədəfə tam şəkildə nail olunub. Azərbaycan "qələbə" anlayışının tam izahını öz nümunəsi ilə verib. Belə demək mümkündürsə, Azərbaycan yalnız regionda yox, "qələbə" anlayışında da yeni reallıqlar yaradıb.

Halbuki, istər Rusiya-Ukrayna, istərsə də İsrail-İran müharibəsində tərəflər müxtəlif nəticələri və məhv edilmiş obyektlərin statistikasını qabartsalar da, ortada aydın və yekun siyasi nəticə yoxdur.

Elnur Əmirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyun 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri