“İran məsələsi həll olunarsa, neftin qiyməti düşəcək”
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İran məsələsi həll olunarsa, neftin qiyməti düşəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası üçün Alabama ştatına yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, İranla bağlı problemin həllindən sonra neftin qiymətinin əvvəlki səviyyəsinə qayıdacağını, hətta daha da ucuzlaşa biləcəyini bildirib.
Yüksək neft qiymətləri ilə bağlı suala cavab verən Tramp İran məsələsinin həllinin uzun çəkməyəcəyini deyib. “İran məsələsi həll olunan kimi, bu, çox çəkməyəcək, heç də çox çəkməyəcək, neftin qiyməti əvvəlki səviyyələrinə, hətta daha da aşağı düşəcək”.
ABŞ Prezidenti Avropa ölkələrinin dizel yanacağının tədarükünə töhfə verəcəyini və bununla da yaranan çatışmazlığın aradan qalxacağını bildirib.
“Avropada çoxlu dizel var, onlar dünyaya böyük töhfə verəcəklər, biz də. Biz ixrac qadağası qoymayacağıq”, - Tramp deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 03 Oktyabr 2026 05:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















