Icma.az
close
up
RU
İran mətbuatının növbəti hücumu: Qonşunun uğurlarından əzab çəkən qonşu jurnalistika...

İran mətbuatının növbəti hücumu: Qonşunun uğurlarından əzab çəkən qonşu jurnalistika...

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə İran mediasında Azərbaycan əleyhinə kəskin ritorika səngimək bilmir. Qonşu ölkədə Azərbaycanın uğurlu xarici siyasəti diqqətlə izlənilir və yerli media tərəfindən bir çox hallarda təhriflərlə, necə dəyərlər "özlərinə sərf edən şəkildə" təqdim edilir.

Azərbaycana qarşı ritorika kəskinliyini itirmir, çünki daxili-siyasi müstəvidəki uğurlar qısqanclıqla qarşılanır və buna cavab olaraq yalnız iftira, söz oyunları və mətbuatdakı əlaltıların öz yazıları ilə hücumları seçilir.

Bu, İran mediasında uzun illərdir gördüyümüz praktikadır. Odur ki burada təəccüblü bir məsələ yoxdur. Əsas diqqət edilməli məqam isə İran mediasının seçdiyi, özünə "rəhbər" tutduğu tezislərdir.

İranın anti-Azərbaycan ritorikasının yeni dalğası bu üç tezis üzrə formalaşır:

Birinci tezis İrana qarşı 12 günlük müharibə zamanı guya Azərbaycan İsrailə hərbi və kəşfiyyat dəstəyi verməsi ilə bağlıdır.

Bu tezis İranın "KhabarOnline" saytında inkişaf etdirilir.

İran mediası hər zaman olduğu kimi əslində qlobal müstəvidə nümunə sayılan Azərbaycan-İsrail münasibətlərini özünə təhdid olaraq gördüyünü gizlətmir. Bu münasibətlərin bir çox müstəvidə xalqların rifahına əsaslandığını, dövlətlərin maraqlarını təmin etdiyini, hər iki dövlətin bir-biri ilə münasibətlərinin yalnız inkişaf və sabitliyə yönəlmiş olduğunu qəbul etmir, münasibətlərin dinamikasına təkcə rəsmi Tehrana təhdid fonunda nəzər salır, bununla da regiondakı sabitliyə növbəti dəfə təhlükə yaradır və kölgə salmaq niyyətini ortaya qoyur. Bu yolda əsas vasitə kimi isə ənənəvi olaraq məlumatların təhrif edilməsi, əsassız informasiyaların cəmiyyətə təqdim olunmasıdır.

Digər bir tezis isə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Bakı səfəri ilə bağlıdır. Təbii ki, siyasi proseslərin gedişində hər anın öz hökmü var. Yaxın dövrü və cərəyan etmiş prosesləri nəzərə aldıqca, Suriya liderinin Bakı səfəri mühüm tarixi hadisə sayılmalıdır. Qısacası, növbəti uğur, növbəti uğurlu gediş, silsilə şəkildə davam edən uğurların, xarici siyasi kursun növbəti qələbəsi.

Bu mövzunun İran mediasında geniş əks-səda doğurması da məhz bu səbəbdəndir. İran mediası, daha konkret desək, "JamejamOnline" saytı Bakıdakı səfərlə bağlı "Bakıda təkfirçi-sionist toplantısı" başlıqlı məqalə hazırlayır. Bu məqalə isə Azərbaycanın vasitəçiliyi ilə Bakıda baş tutan Suriya-İsrail danışıqları iddiasına əsaslanır, bu danışıqların İrana qarşı yönəlməsi tezisi inkişaf etdirilir. Növbəti dəfə Azərbaycanın xarici siyasi addımları, bu müstəvidə həyata keçirilən tədbirlər, görüşlər reallıq prizmasından deyil, İranın qorxu və ambisiyaları prizmasından təqdim olunur, ənənəvi böhtan, qarayaxma kampaniyası mətbuatın işində kəskin şəkildə nəzərə çarpır.

Üçüncü tezis isə Azərbaycan-Ermənistan liderlərinin Əbu-Dabidə keçirilən danışıqlarında razılıq əldə olunduğu bildirilən Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlıdır.

"ISCA News" nəşri bu danışıqları yenə də öz ölkəsinin qorxuları fonunda işıqlandırır. İranın geosiyasi, geoiqtisadi və tranzit blokadasına salınacağını, Zəngəzur dəhlizinin işə düşməsinin Rusiya və İranın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması cəhdi kimi qəbul edir.

Halbuki bu dəhlizinin açılması halında regiona verəcəyi iqtisadi fayda, xalqların, dövlətlərin inteqrasiyası ilə bölgəmizdə yaranacaq dinc inkişaf potensialı gözardı edilir. İran bölgədə öz maraqları ilə üst-üstə düşməyən istənilən prosesi özünə qarşı addım kimi qiymətləndirir və bu da onun mətbuatında öz əksini tapır.

Göründüyü kimi İran mediasında ölkəmizə qarşı ritorika standart olaraq qalır. Burada mövzunun istər Azərbaycan-İsrail, istər Azərbaycan-Suriya, istərsə də Azərbaycan-Ermənistan münasibətləri olması fərq etmir. Nəticə və yanaşma birmənalıdır. İran mediası Azərbaycanın xarici siyasətində əldə olunan bütün uğurlara qısqanclıqla yanaşmağa davam edir, kəskin ritorikadan əl çəkmir və Azərbaycanı öz xoşniyyətli qonşusu olaraq görmür. Mediadakı bu meyillər, İran mətbuatının dili və yanaşma tərzi ölkələrimiz arasındakı münasibətlərə də mənfi təsir göstərir və bölgəmizdə Azərbaycanın diktə etdiyi və formalaşdırdığı yeni reallıqlara xələl gətirməyə yönəlib. İran mediasında münasibətlərin qarşı tərəfində dayanan ölkə heç bir halda maraqlı deyil, tərəzinin bir gözündə Azərbaycan dayanıbsa, burada işlər dəyişir və mətbuat hücuma keçir. İran mediasında hər zaman oxşar proseslər, oxşar davranışlar, oxşar hücumlar olsa da, bir şeyi dəqiqliklə demək lazımdır ki, bütün bunlar rəsmi Bakı tərəfindən diqqətlə izlənilir və lazım olduğu halda adekvat tədbirlər mütləq görülür.

Orxan Tağıyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyul 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri