III Azərbaycan Milli Şəhərsalma Forumunun ilk günü Qarabağın gələcəyinə həsr olunmuş panel sessiyası ilə yekunlaşıb FOTOLAR
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Bu gün Xankəndidə “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusu ilə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) ilk günü başa çatıb.
Gununsesi.info xəbər verir ki, günün yeganə tədbiri olan “Qarabağ üçün inklüziv, yaşıl və dayanıqlı gələcəyin təşviqi” adlı panel sessiyasına Sultan Hacıyev – Azərbaycanın Keniya və Konqodakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidəki ofisində, UN-Habitat və UNEP-də daimi nümayəndəsi moderatorluq edib.
Sessiyada Elçin Yusubov, Aydın Kərimov, Marselina Zielinska və Orxan Məmmədov iştirak edərək, azad edilmiş ərazilərin bərpası, şəhər mühitinin inkişafı, mədəni irsin qorunması və sahibkarlığın sosial-iqtisadi dirçəlişdə rolu barədə fikir mübadiləsi aparıblar.
Forum iştirakçıları qeyd ediblər ki, Qarabağın bərpası təkcə fiziki quruculuq deyil, həm də dayanıqlı inkişaf və innovasiyalar əsasında formalaşan yeni həyat modelidir. Sessiyadan sonra qonaqlar Şuşa şəhərinə səfər edərək onun tarixi, mədəniyyəti və müasir şəhərsalma inkişafı ilə tanış olublar.


