Türkiyədə LGBT ilə bağlı yeni sərt qanun layihəsi hazırlanır
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
Türkiyədə hökumət LGBT ilə bağlı hüquqi çərçivəni sərtləşdirən yeni qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır. Layihə qəbul edildiyi halda, ölkədə cinsiyyət, nikah və gender ifadəsinə dair ciddi məhdudiyyətlər qüvvəyə minəcək.
Sitat.info xəbər verir ki, yeni qanun layihəsinə əsasən, doğuşdan gələn bioloji cinsiyyətə zidd davranışlar sərgiləyən və ya bu cür davranışları açıq şəkildə təşviq edən, tərifləyən və ya təbliğ edən şəxslər 1 ildən 3 ilədək həbs cəzası ilə cəzalandırılacaqlar.
Sənəddə həmçinin eyni cinsdən olan şəxslərin nişan və ya toy mərasimi keçirməsinə də cinayət məsuliyyəti nəzərdə tutulur. Bu hallarda 1 il 6 aydan 4 ilədək həbs cəzası verilə bilər.
Qanun layihəsinin ən çox müzakirə olunan maddələrindən biri isə cinsiyyət dəyişmə ilə bağlıdır. Yeni qaydalara əsasən, cinsiyyət dəyişmə əməliyyatı üçün yaş həddi 25-ə qaldırılacaq və əməliyyat yalnız “elmi cəhətdən zəruriliyi sübuta yetirildiyi” halda icra edilə biləcək.
Qanun layihəsinin yaxın aylarda parlament müzakirəsinə çıxarılacağı gözlənilir./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 15 Oktyabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















