İran “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə”yə sadiq qaldığını bəyan edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İran hələ də “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə” yə sadiqdir.
APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi nazirliyin mətbuat konfransında deyib.
“Beynəlxalaq Atom Enerjisi Agentliyi ilə əldə olunmuş razılaşma çərçivəsində İran yeni şəraitdə konstruktiv əməkdaşlıq mühiti yaratmağa çalışıb. Lakin təəssüf ki, üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya, Fransa) bu xoşnyyətli yanaşmadan faydalanmayıblar. İran əvvəlcədən bəyan etmişdi ki, ölkəmizə qarşı istənilən düşmənçilik addımı, o cümlədən ləğv edilmiş qətnamələrin bərpasına yönəlmiş cəhdlər, Qahirə anlaşmasının icrasını qeyri-mümkün edəcək” İsmayıl Bəqayi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl İran və AEBA arasında Misirin paytaxtı Qahirədə razılaşma əldə olunmuşdu.
Lakin, İrana qarşı Avropa sanksiyalarının bərpasından sonra rəsmi Tehran bu razılaşmanın mənasını itirdiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 13 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















