İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsində qalacağını bəyan edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmayacaq.
APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi məlumat verib.
Onun sözlərinə görə, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində qalmağa hazır olduğunu bəyan etməsi ümidvericidir.
“Bizim üçün sevindirici olan isə İranın bu müqavilədən çıxmamaq və beynəlxalq yayılmaya qarşı rejimdə işləməyə davam etmək niyyətini bəyan etməsidir. Eyni zamanda, İran öz narahatlıqlarını da ifadə etdi. Beynəlxalq təşkilat kimi bizim əsas vəzifəmiz isə bu narahatlıqları dinləmək və onları həll etmək üçün yollar və vasitələr tapmaqdır”, - o əlavə edib.
Qrossi AEBA-nın İranla yoxlama bildirişləri və onların icrası ilə bağlı texniki sənəd əldə etdiyini qeyd edib.
Xatırladaq ki, AEBA və İran ötən gün nüvə obyektləri ilə bağlı yoxlamaların bərpası ilə bağlı razılığa gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Sentyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















