Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Yol nəqliyyat hadisələrin sayı

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

İran prezidentinin Türk dünyası ilə yaxın münasibəti onun hakimiyyətinə ziyan vura bilər? AÇIQLAMA FOTO

İran prezidentinin Türk dünyası ilə yaxın münasibəti onun hakimiyyətinə ziyan vura bilər? AÇIQLAMA FOTO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İndiyə qədər hakimiyyətdə olan İran rəhbərləri Azərbaycanın torpaqlarında gözü olub və buna görə də Ermənistanı dəstəkləyiblər. Lakin Pezeşkianın Azərbaycan torpaqlarına heyranlığı, Ermənistanla yaxın ünsiyyət qurmaması bu gün münasibətlərimizlə bağlı müəyyən işarələr verir. 

İndiki halda Pezeşkianın Türk dünyası ilə bu cür yaxınlığı İranda və qlobal mühitdə necə qarşılanır? Bu münasibət Pezeşkianın hakimiyyəti üçün təhdiddirmi?

Mövzu ilə bağlı siyasi şərhçi Aytən Qurbanova Avtosfer.az-a açıqlamasında bildirib ki, Pezeşkianın türk kimliyi və Azərbaycan-İran münasibətlərində yeni mərhələdə kifayət qədər konstruktiv mövqe nümayiş etdirməsi onun hakimiyyəti üçün ciddi təhdidlərin olması faktorunu istisna etmir:


“Bu, hər zaman mövcud ola bilər. Çünki bu günə qədər İranın xarici siyasət konsepsiyasını izlədikdə, çox təəssüf ki, istər işğal dövründə, istər İkinci Qarabağ müharibəsi dövründə və ya sonrasında bütün istiqamətlərdə Ermənistanı dəstəkləyən, hər zaman əsassız, qərəzli ittihamlarla çıxış edən və heç bir halda beynəlxalq hüquqa və ədalətə əsaslanmayan mövqeyin nümayiş etdirildiyini aydın şəkildə müşahidə etmişik.
Baxmayaraq ki, İran hər zaman müsəlman dünyasını təmsil etdiyini iddia edir. Amma çox təəssüf olsun ki, Azərbaycanın işğal altında olan ərazilərində müsəlman kimliyinin, mədəniyyətinin, tarixinin məhv edilməsi istiqamətində Ermənistanın işğalçılıq ideologiyasının həyata keçirdiyi vandal aktlarına münasibətdə heç zaman yüksək səslə danışmayıb. Tam əksinə olaraq, Ermənistanın sağaldılması və regionda qeyri-sabitliyin təşkili istiqamətində hər zaman ona dəstək verib.


Amma biz artıq Pezeşkianın hakimiyyəti dövründə İran-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcını da görürük. Əslində, bu, Rəisinin hakimiyyətinin son illərində əsasını qoyduğu və Pezeşkian dövründə davam etdirilən yeni kursun da təcəssümü kimi qiymətləndirilə bilər. İstisnasız olaraq, biz onu qeyd etməliyik ki, İran hakimiyyətində Ali Rəhbər əsas söz sahibidir və ona görə də Pezeşkianın ata biləcəyi addımlar istər xarici siyasətdə, istərsə də daxili siyasətdə məhdud çərçivədədir”.

Aytən Qurbanova əlavə olaraq qeyd edib ki, ortaya qoyulan mövqe onu göstərir ki, həm Bakı səfəri, həm İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Xankəndi Zirvə Görüşü çərçivəsində çıxışlarında verilən əsas mesajlar, eyni zamanda həmin görüşlərdə iştirak etməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etməsi və ümumilikdə paylaşılan bütün görüntülər və bəyanatlar onu deməyə əsas verir ki, Pezeşkian artıq Azərbaycanla münasibətlərdə yeni bir mərhələdə ən əsas təşəbbüskar qismində çıxış edir:

“İran tərəfindən bu istiqamət davam etdiyi halda təbii ki, münasibətlərimiz artıq gərginliyi arxada qoyaraq yeni əməkdaşlıq imkanlarını dəyərləndirən yol xəritəsinə sahib olacaq. Bu istiqamətdə də təbii ki, İran daxilində onun hakimiyyəti üçün ciddi təhdidlər hər zaman ön planda ola bilər. Amma düşünürəm ki, artıq İranın öz daxilində də həm idarəçilik sistemi ilə bağlı, həm də qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması istiqamətində müəyyən islahatların həyata keçirilməsi və dəyişikliyə gedilməsi ilə bağlı ideologiyanın formalaşdırılması istiqamətində addımlar atılıb. Çünki əks halda, təcrid olunaraq Azərbaycana və digər qonşu dövlətlərə qarşı təhdid formalaşdırmaqla hər hansı formada regional proseslərə inteqrasiya etməsi mümkün deyil.

Ona görə də indiki məqamda Pezeşkian hakimiyyətinin ortaya qoyduğu xarici siyasət konsepsiyası, xüsusilə qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması, Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi və işğalçılıq ideologiyasının daşıyıcısı olan Ermənistanın deyil, məhz regionda sabitliyin təmin olunması istiqamətində təşəbbüslərlə çıxış edən Azərbaycanın yanında olduğunu nümayiş etdirməsi, nəhayət ki, regional münasibətlərdə həqiqətən də hərtərəfli inteqrasiya prosesinin və eyni zamanda əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə bağlı müsbət fikirlərin səsləndirilməsinə əsas verir”.

Politoloq Zeynal Əmrəliyevin fikrincə, İranda bundan əvvəl də bu cür ritorika olub, Azərbaycana qarşı düşmən mövqe sərgiləyiblər və Azərbaycan torpaqlarının işğalı zamanı sakit qalıblar, hətta Ermənistan rəhbərliyi ilə əməkdaşlıq ediblər, müəyyən dərəcədə həmin bölgədəki separatçılara yardım göstəriblər:


“Yəni, Azərbaycan torpaqlarının işğalına sakit qalıb və eyni zamanda açıq şəkildə dəstək göstəriblər. Biz İranın əvvəlki dövrlərində bunun şahidi olmuşuq.
Ancaq Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra müəyyən qədər Azərbaycana qarşı mülayim siyasət var. Ancaq biz bunu təkcə Pezeşkianın özündə görürük. Bunu da fərqləndirmək lazımdır. Biz İranın digər rəsmilərində bunu müşahidə etmirik. Yəni, İran dövlətinin Azərbaycana qarşı siyasətində hər hansı bir dəyişiklik yoxdur. Bəli, Pezeşkian Azərbaycana bağlı bir şəxsdir, yəni Azərbaycanla münasibətləri yaxşı saxlamaq istəyən bir şəxsdir.

Keçən il keçirilən prezident seçkilərində onun qalib gəlməsi zamanı demişdik ki, Pezeşkianın prezident seçilməsi Azərbaycanın xeyrinədir. Çünki həm Pezeşkianın, həm Xarici İşlər naziri Abbas Əraqçinin və hakimiyyətdə təmsil olunan digər şəxslərin Azərbaycanla münasibətlərin normal saxlanılmasına tərəfdar olan insanlar olduğu məlumdur”.

Politoloq qeyd edib ki, əvvəllər də biz bu ritorikanın şahidi olmuşuq. Pezeşkian İran parlamentinin deputatı olarkən kifayət qədər Azərbaycanın lehinə açıqlamalar verən şəxs olub. Ancaq, bu, təkcə Pezeşkianla bağlı məsələ deyil. Çünki İranda xarici siyasəti müəyyənləşdirən şəxs prezident deyil.


Məlum olduğu kimi, İranda Ali dini lider və ona bağlı olan qruplar var və həmin qruplar İranın siyasətini müəyyənləşdirir. Bu qruplara prezidentin təsir imkanları isə məhduddur. Nəzərə almaq lazımdır ki, İranda dövlət başçısı prezident deyil.

Bu baxımdan düşünmürəm ki, İranın xarici siyasətində Azərbaycanla bağlı əsaslı dəyişikliklər var. Prezident kimi Pezeşkian, bəli, üzərinə düşən öhdəliyi yerinə yetirir. Azərbaycanla münasibətlərin normallaşması istiqamətində çalışır.

Ancaq burada əsas məsələ ali dini lider və onun ətrafıdır. Qaldı ki, ikinci bir məsələyə — bu münasibət Pezeşkianın özünə təhdid yarada bilərmi? İnanmıram. Çünki Məsud Pezeşkian kifayət qədər ciddi siyasətçidir. Əgər ona bu barədə icazə verilməsə, yəni bu reallığı göstərmək və həyata keçirmək üçün şərait yaradılmasa, inanmıram ki, bu cür ritorikanı davam etdirsin.

Xüsusilə də nəzərə almaq lazımdır ki, hal-hazırda İranın Türk dünyası ilə yaxınlaşmasına çox ciddi ehtiyac var. Çünki İran faktiki olaraq təklənmiş vəziyyətdədir və daxildəki Türk kartından istifadə edilir”.

Zeynal Əmrəliyev son olaraq qeyd edib ki, bu, Xameneinin bir müddət öncə müəyyənləşdirdiyi siyasətdir və hazırda göstərilən münasibətlər də məhz bu istiqamətdədir:
“Bu da bizə sərf edir. Çünki biz İranla mehriban qonşuluq münasibətlərinin qurulmasında maraqlıyıq və bu barədə açıq şəkildə bəyanatlar veririk. Nəticə necə olur, səbəb nədir, bunu zaman göstərəcək. Amma hazırda İranla münasibətlərin qurulmasında müəyyən irəliləyiş müşahidə edirik.”
Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see217

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see205

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see184

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see177

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see174

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see158

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see150

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see150

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see147

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see142

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see136

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see135

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see134

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see132

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri