Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

“İran raketləri Rusiya raketlərindən üstün olduğu kimi Amerika raketlərindən də üstündür...“

“İran raketləri Rusiya raketlərindən üstün olduğu kimi Amerika raketlərindən də üstündür...“

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 “İndi ABŞ-ın yalnız bir seçimi var: İranla danışıqlar aparmaq, ona əməkdaşlıq təklif etmək və onu öz strateji müttəfiqinə çevirmək... Bu saat ABŞ və İran arasında gizli danışıqlar gedir...”

“ABŞ-ın istənilən hücumuna cavab olaraq, Tehran birbaşa İsrail şəhərlərinə 500 “Xeybər” hiper-səs raketi atacaq. Bunlar 2000 kilometr mənzilli və 1,5 tonluq döyüş başlığı olan “canavar”lardır..."

Son həftələr İranda baş verənlərin mahiyyəti nədir və bu proseslər İrana qarşı ABŞ və ya İsrail hücumu ilə sonuclananacaqmı?.. 

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli aşağıdakı fikir və mülahizələri ifadə edib:  

“İranda baş verən hadisələrə Azərbaycan prezidenti İlham Əliyevin apardığı balanslaşdırılmış siyasəti prizmasından baxmalıyıq. Bu nə deməkdir? Hər şeydən əvvəl geosiyasi balansı saxlamaq və heç bir ölkəni başqa ölkədən üstün tutmamaq. Balansı saxlamaq- hər şeydən əvvəl geo-siyasi tarazlığı saxlamaqdır. Odur ki, Azərbaycan tərəfi İranda gedən proseslərə qarışmadı və bir qonşu ölkə kimi Qərbin İrana qarşı apardığı siyasi oyunlarına qoşulmadı

İranda baş verən hadisələri obyektiv şəkildə işıqlandırmasaq üçün biz ilk növbədə bu ölkə ilə ABŞ arasında nə baş verdiyindən danışmalıyıq. Odur ki, bir az geriyə qayıtmalıyıq. Təhlilimizi İsrail-İran müharibəsindən başlayacağıq.  Bu müharibə İsrail və ABŞ tərəfindən başlanıb və İranın şəhər və hərbi obyektləri bombalansa da, əslində İranın qalib gəlməsi ilə bitdi. Bu, ağıla gələsi deyildi... İsrail İranın hava hücumlarından müdafiə sistemlərini sıradan çıxardıqdan sonra İran səmasında Amerika və İsrail qırıcı və bombardmançı təyyarələri ağalıq edirdilər... 

Sual olunur: bununla belə, İran tərəfi ballistik raketlər və dronlarla İsraili vururdu. Bu İsrail üçün gözlənilməz olduğundan  kritik anda ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların dayandırılmasını əmr verdi. Bəs niyə?..

Prezident Trampın hərəkətlərinin mahiyyətini izah etməzdən əvvəl biz Rusiyanın Ukrayna geo-siyasi poliqonunda “Oreşnik” hipersəs raketindən istifadəsinin mahiyyətindən danışmalıyıq. “Oreşnik” ABŞ hava hücumundan müdafiə sistemlərinin zəifliyini üzə çıxardı. Bu hipersəs raketini vurmaq üçün NATO-nun gücsüzlüyünü göstərdi. Vaxt udmaq üçün Tramp Ukraynanı və Rusiyanı sülhə dəvət etdi və Rusiyanın bütün tələblərinə əməl edəcəyini dedi... 

Prezident Tramp  anladı ki, ABŞ-ın hava hücumlarından müdafiə sistemlərini təkmilləşdirmək lazımdır və NATO üzvlərinin hamısı müdafiə sisteminə üstünlük verməlidir. Pentaqon generalları İsrailin “Dəmir günbəz” sisteminin “Oreşnik” raketlərini dayandıra və ya vura biləcəyinə inanırdılar və ABŞ-ın təhlükəsizliyini təmin etmək üçün Prezident Trampa oxşar sistem quraşdırmağı təklif etdilər.

Unutmamalıyıq ki, D. Tramp praqmatik siyasətçidir və həmişə “öz gözü ilə görmədiyi ilə razılaşmır. Onun bu prinsipial mövqeyi İsrailin “Dəmir günbəzi”ni yoxlamaq idi. Odur ki, ABŞ İsrail-İran müharibəsinə getdi...  

İsrailin müharibə elan etmədən İrana birbaşa və qəfil hücumunun səbəbi ABŞ-ın razılığı əsasında olmuşdu. İsrail tərəfin anlamasa da, ABŞ analitikləri, yaxşı bilirdilər ki, bu müharibə “Dəmir günbəz”  yoxlamaq üçün idi... 

Prezident Tramp və komandası bilirdi ki, İran qaçılmaz vəziyyətdə qalıb İsrail təxribatına cavab verəcək və təcavüzkara öz raketlərini atacaq. Belə olduğu halda ABŞ lideri əyani şəkildə “Dəmir günbəz”in nəyə qadir olacağını öz gözüylə görəcəkdi. Belə də  oldu. İran hipersəs raketlərini İsrailə atdı və ölkənin “Dəmir günbəzi” “aşsüzən”ə çevrildi... 

Tramp başa düşdü ki, İsrail və onun bu raketləri dayandırmaq üçün hava hücumundan müdafiə sistemləri heçdir. İnanılası deyildi ki, İranın “Xeybər” raketləri  Rusiyanın "Oreşnik" raketləri qədər güclü idi.  Bununla belə, bu raketlər “Oreşnik” də qabaqlayırdılar.  Əgər “Oreşnik” raketi saniyədə 3 kilometr sürətlə uçurdusa, İranın “Xeybər” raketləri isə saniyədə 6 kilometr sürətinə malik idilər. Təbii ki, İran raketinin hədəfi məhv etmək gücü Rusiyanın bu tipli raketlərindən iki dəfə çoxdur. Pentaqon anladı ki, İran atom bombası ilə deyil, hipersəs raketlər texnologiyası ilə ABŞ və İsraildən qabağa gedib. Və       əgər müharibə davam etsə, sözün həqiqi mənasında, uduzacaqlar. 

Maraqlı bir fakt: 

İran Qətərdəki ABŞ bazasını iki gündən sonra vuracağını bəyan etdi, əvvəlcədən, vuracağı hərbi obyekti göstərdi ki rəqib tərəf bilsin, onu nə gözləyir.   Bu misli görünməmiş bir hadisə idi. Orta əsrlər də “Üstünə gələcəyəm!” deyən  cəngavəri xatırladırdı.  İran dediyi vaxt Qətərə raket atdı və ABŞ-ın hərbi bazasını məhv etdi. Amerikanlar bu haqda danışmağı sevmirlər. “You Tube” kanalında Qətər hərbi bazasının vurulması haqda çox kasad məlumatlar var. Aydındır ki, ABŞ hakerləri bu informasiyaları dağıdırlar...

Ağ Ev müharibəni dayandırmasa, İsrailin xarabalığa çevriləcəyinin qarşısını  aldı. Odur ki, Prezident Tramp müharibəni dayandırdı. Ancaq bu o demək deyildi ki, o, İrandan əl çəkdi...

Bəs İran qələbəyə doğru gedirdisə, nə üçün müharibəni davam etmədi?

Təbii sualdır. İran müharibəni davam etdirsə idi, iqtisadi cəhətdən daha da geriyə düşərdi. Qərbin sanksiyaları İranı  iqtisadi cəhətdən geriyə salmaqda idi. İran İsrailin vurduğu  zərərləri aradan qaldırıb, Rusiyanın təklif etdiyi “Şimal-Cənub” layihəsinə və ona Qazaxıstanın da qoşulması və Çinin təklif elədiyi “Orta xətt ” tranzit yollarının açılmasına çalışırdı. Bu, İranı  iqtisadi kollapsdan qurtarırdı... 

Dünya bu tranzitə də Türkiyə və Azərbaycanın da qoşulacağını gözlənilirdi. Regionda sülhün və əməkdaşlığı təmin etmək üçün çox  gözəl şərait yaranırdı. Odur  ki, iqtisadi cəhətdən İran güclənə bilərdi. Əlbəttə ki, ABŞ  bununla razılaşa bilməzdi... İrana qarşı yenidən müharibə etmək “Üçüncü dünya müharibəsinə “gətirə bilərdi... 

Yadıma Zbiqnev Bzejinskinin “Böyük şahmat lövhəsi” kitabı düşdü. İranla bağlı böyük Amerika geo-siyasətçinin dediklərindən belə çıxırdı ki, ABŞ İranı 60-ci illər səviyyəsinə qaytarmasa,  proseslər 3-cü dünya müharibəsi ilə nəticələnə bilər...

Qeyd etməliyik ki, ABŞ administrasiyasının siyasi xəttini müəyyən edən də Zbiqnev Bzejinski olub və bu günə qədər onun dediklərinə yenə də əməl edirlər.  Və belə alınır ki, İrana qarşı ABŞ ancaq təzyiq siyasəti həyata keçirə bilər və beləliklə, anti-ABŞ siyasətçiləri hakimiyyətdən uzaqlaşdırmaq mümkündür. Odur ki, ABŞ İranın iqtisadi təzyiq və sanksiyalar vasitəsilə daxildən parçalamaq siyasətini həyata keçirməyə başladı...

İndi İranda baş verən hadisələrin arxasında iqtisadi təzyiqlər  durur. İran rialının qiymətdən düşməsi, devalvasiyanın nəticəsi idi. Və baş verənlər də pis vəziyyətə düşmüş xalqın etirazı sədasıdır... 

Xalqın iqtisadi etirazını, dövlət çevrilişi ilə əvəz etmək metodundan Qərbin xüsusi orqanları, başqa ölkələrdəki kimi İranda da istifadə etdi. Başqa sözlə desək, Amerika kəşfiyyat orqanları İran rejimini devirmək üçün məşhur geo-siyasi ssenarist Cin Şarpın metodlarını İranda da tətbiq edirlər.

Yadınıza  2014-cü il Ukraynasını salın... Yanukoviç Cin Şarpın ssenarisi əsasında vəzifədən uzaqlaşdırıldı.

İran rialının faktiki devalvasiyasından sonra ABŞ və İsrail kəşfiyyat orqanları xalqı İran siyasi hakimiyyətinə  qarşı  qaldırmaq istədilər. Nəticə fəlakətli və acınacaqlı oldu. İranda da hər şey C.Şarp ssenarisi əsasında gedirdi. Ancaq ABŞ kəşfiyyatı  səhvə yol verdi. Xalqın nifrətini qazanmış, murdar Pəhləvi tayfasının yenidən İranda monarxiya quracağını bəyan etdi. Özləri də bilmədən, İran hakimiyyətini iflasdan xilas etdilər...

Xalq  Prezident Məsud Pezeşkianın ətrafında birləşdi və ağır olsa da, etirazlıları yatızdırdılar. İndi İran hakimiyyəti iqtisadi bəladan qurtarmaq üçün yuxarıda göstərdiyimiz tranzitlərin işləməsinə can atcaq və Rusiya, Çin, Orta Asiya, Azərbaycan və Türkiyə ilə ciddi danışıqlara gedəcək və bu yolların açılmasına səy göstərəcəkdir... 

Bəs “İrandakı etirazçıları müdafiə etmək üçün rejimə qarşı hücum keçəcəyik! deyən Tramp doğrudan da

hücum edəcək ya yox?..

Dünyanın siyasi xəritəsinə baxsaq, İranın Amerika bazaları ilə əhatə olunduğunu görərsiniz. İrana qarşı müharibə yalnız bu bazalardan başlana bilər. Odur ki, analitiklər "Başlayacaqmı?"sualını verirlər. Cavabımız sizi təəccübləndirəcək: İran raketləri Rusiya raketlərindən üstün olduğu kimi, Amerika raketlərindən də üstündür. Bu yaxınlarda “CNN” aşağıdakı başlıqla maraqlı xəbəri yaydı: "İran İsraili girov götürür”. 

  “ABŞ-ın istənilən hücumuna cavab olaraq, Tehran birbaşa İsrail şəhərlərinə 500 “Xeybər” hiper-səs raketi atacaq. Bunlar 2000 kilometr mənzilli və 1,5 tonluq döyüş başlığı olan “canavar”lardır. 

Bir sözlə,  Vaşinqton düyməni basarsa, Yaxın Şərq sözün əsil mənasında partlayacaq. “Dəmir günbəz” bu dəfəki İran hücumuna ümumiyyətlə tab gətirə bilməyəcək...

“CNN”-in xəbərdarlığı təsadüfi deyildir. ABŞ-ın isə “Xeybər”in qarşısını alan sistemi yoxdur.

          İndi ABŞ-ın yalnız bir seçimi var: İranla danışıqlar aparmaq, ona əməkdaşlıq təklif etmək və onu öz strateji müttəfiqinə çevirmək. Bu da bir faktdır ki, bu saat ABŞ və İran arasında gizli danışıqlar gedir..."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see246

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see211

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see157

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see155

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri