Icma.az
close
up
RU
“İran şovinistləri bütün türk adlarına qısqanc münasibət göstərirlər” Elman Cəfərli

“İran şovinistləri bütün türk adlarına qısqanc münasibət göstərirlər” Elman Cəfərli

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tehran Universitetinin professoru, arxeoloq doktor Həsən Fazilinin Xəzər dənizinin adı ilə bağlı iddiaları Azərbaycanda narazılıqla qarşılanıb.

Qeyd edək ki, Fazili çıxışında insanlardan “Xəzər” sözünü işlətməməyi tələb edib.

İranı professor iddia edib ki, dənizə “Xəzər” adı guya yəhudilər tərəfindən verilib.

Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli Gununsesi.info-ya bildirib ki, İran alimlərinin, siyasilərinin Xəzərlə bağlı sərsəmləmələri yeni deyil.

“90-cı illərin sonunda İranın 5-ci prezidenti Məhəmməd Xatəmi Xəzərə “Mazandaran gölü” demişdi. O zaman ulu öndər Heydər Əliyev ona və məsələni gündəliyə gətirən iranlı jurnalistlərə etiraz etmiş, dənizin elə qədimdən Xəzər adlandırıldığını vurğulamışdı.

Bəllidir ki, Xəzər dənizi ən qədim zamanlardan türk coğrafiyasına daxil olan göl olub. Dənizin hər iki sahilində, şimalında, cənubunda türklər yaşamışlar. Dənizin Xəzər adlandırılması da Xəzər türk dövlətinin adı ilə bağlıdıır. Xəzərlərin yəhudi olmasına gəlincə, onların hamısı musəvi deyildi.

Başqa dinə sitayiş edənlər də vardı. Ümumiyyətlə, bu, önəmli deyil. Tarixən türk xalqları müxtəlif dinlərə inanmışlar. Hətta XXI əsrdə də bu dəyişməyib. Məsələn, Oğuz türkləri olan qaqauzlar, çuvaşlar xristian, tuvalılar buddist, şamanistdir. Çağımızda yəhudi türklər də var. Bu, heç nəyi dəyişmir. Xəzər dövləti türk dövlətidir və xəzərlər türklər olmuşlar. Xəzər dənizinin adı da türkcədir, su hövzəsi tarixən türklərə məxsus olmuşdur. Bu baxımdan İran şovinistlərinin yeni sərsəmləmələri yersizdir”-deyə, o, bildirib.

E.Cəfərli deyib ki, İranda yaşayan türkləri şiə kimliyi ilə asimilyasiya etməyi qarşısına məqsəd qoymuş İran şovinistləri bütün türk adlarına, toponimlərinə, su adlarına qısqanc münasibət göstərirlər:

“İranda minlərlə türkcə yer adları dəyişdirilib. Bu mürtəce siyasət bu gün də davam edir. İran adlanan ölkədə türklər uşaqlarına türk mənşəli adlar qoya bilmirlər. “İlsma respublikası”nda türklər, bəluclar, kürdlər, ərəblər öz uşaqlarına “Avesta”dan, “Şahnamə”dən gələn fars mənşəli adlar və ya sami-ibrani mənşəli dini adlar qoymalıdırlar. İran hakimiyyəti XXI əsrdə yaşanan bu faşizmi durdursun. Bir də ki İranda bu qədər yəhudi düşmənçiliyi varsa, o zaman yəhudi mənşəli adlar İsmayıl, İbrahim, Əyyub kimi adları qoymasınlar”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Avqust 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri