Icma.az
close
up
RU
İran Türkiyəni “vurdu” Gizli saxlanılan şəhər…

İran Türkiyəni “vurdu” Gizli saxlanılan şəhər…

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın ali rəhbəri Əli Xamenei Bəşər Əsəd rejiminin süqutuna ilk dəfə münasibət bildirib və burada 3 ölkəni günahlandırıb. Bunlar ABŞ və İsrail, bir də Suriyaya qonşu olan ölkədir. Diqqətçəkən məqam isə adını tam açıqlamadağı, gizli saxlanılan bu qonşu ölkədir.

Suriyaya qonşu ölkə dedikdə açıq şəkildə Türkiyəni hədəf seçir? İranın Türkiyəni hədəfə gətirməsinin səbəbi nədir? Bu iki ölkə münasibətlərinə necə təsir edəcək?

Globalinfo.az-a danışan Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, burada qonşu ölkə dedikdə, Türkiyə nəzərdə tutulur:

“Unutmaq olmaz ki, Türkiyə və İran arasında Yaxın Şərqdə uzun müddətdir davam edən strateji rəqabət, Suriya vətəndaş müharibəsi ilə yeni bir səviyyəyə çatmışdı. Bu münaqişə hər iki ölkə üçün müxtəlif geosiyasi, təhlükəsizlik və iqtisadi maraqları müdafiə etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Osmanlı İmperiyasının tərkibində olmuş Suriya, Türkiyə üçün həm tarixi, həm də mədəni əlaqələrin bir hissəsidir. 20-ci əsrdə Türkiyə ilə Suriya arasında su resursları, Hatay vilayəti və sərhəd məsələləri ilə bağlı mübahisələr mövcud idi. Lakin 2000-ci illərdə iki ölkə arasında diplomatik əlaqələr inkişaf etdi. İqtisadi əməkdaşlıq artdı və bu proses “Ərəb baharı”na qədər davam etdi.
İranın Suriya ilə əlaqələri 1979-cu il İslam İnqilabından sonra güclənib.

İran Suriya rejimini Yaxın Şərqdə özünün ən yaxın müttəfiqlərindən biri hesab edirdi. Bu əlaqələr əsasən Şiə İslamının yayılması, İranın “Müqavimət oxu” siyasəti və İsrailə qarşı mübarizə üzərində qurulmuşdu.

Vüqar Zifəroğlu

Bu mənada 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsi Türkiyə və İran arasında rəqabəti kəskinləşdirdi. Bu münaqişədə hər iki ölkə fərqli tərəfləri dəstəklədi”.

Vüqar Zifəroğlu qeyd edir ki, Türkiyənin Suriya münaqişəsində hədəfləri əsasən təhlükəsizlik, qaçqın böhranı və milli maraqlar ətrafında formalaşır:

“Qardaş ölkənin əsas məqsədləri sırasında ilk yerdə Suriya ilə sərhədlərində sabitliyi qorumaqdır. Xüsusilə YPG/PYD və PKK təhlükəsini aradan qaldırmaq məqsədilə hərbi əməliyyatlar həyata keçirir. Şimali Suriyada təhlükəsiz zona yaratmaq planları, Türkiyəni həm kürd terror qruplaşmalarından qorumağa, həm də qaçqınların geri qaytarılmasına yönəlib. İkinci hədəf qaçqın böhranının həllidir. Türkiyə, hazırda ölkəsindəki təxminən 3,6 milyon suriyalı qaçqını öz sərhədləri daxilində təhlükəsiz zonalara köçürmək istəyir. Bu, həm daxili sosial-siyasi təzyiqləri azaltmağa, həm də bölgədəki təsirini gücləndirməyə xidmət edir. Bu mənada Türkiyə strateji məqsədlər olaraq Rusiya ilə balansı saxlamağa çalışır, eyni zamanda bölücü terror qruplaşmalarına dəstək verdikləri üçün Vaşinqtonla fikir ayrılığı olsa da, Qərb ittifaqını tam itirmək istəmir.

Suriyada son baş verən proseslər, eləcə də Əsədin hakimiyyətdən getməsi isə İranın Yaxın Şərq siyasətinə ciddi zərbə oldu. İran hər zaman Suriyada öz strateji mövqeyini qorumağa və genişləndirməyə çalışıb. Onun hədəfləri həm hərbi, həm də ideoloji motivlərə əsaslanır. İran üçün Əsəd rejimi bölgədə strateji müttəfiq idi. Rejimin ayaqda qalması İranın Suriya vasitəsilə Livanda “Hizbullah”a dəstək verməsinə şərait yaradırdı. Tehran eyni zamanda İran, İraq, Suriya və Livanı birləşdirən bir “şiə təsir xətti” yaratmışdı. Hazırda bu xəttin həlqələri bir-bir qopmaqdadır. İranın Suriyada hərbi varlığı, həmçinin İsrailə qarşı strateji üstünlük əldə etməyə yönəlmiş siyasət idi. Bu isə İranın İsraillə dolaylı müharibə strategiyasının bir hissəsi hesab oluna bilər. Hazırda bu strategiya da ciddi zərbə almış durumdadır”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri