İran və Rusiya arasında nüvə sazişi: Bu Qərbin xoşuna gəlməyəcək!
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib ki, Tehran və Moskva İranda yeni nüvə enerji bloklarının tikintisinə dair saziş imzalamağa hazırlaşır.
Turkustan.az xəbər verir ki, IRNA agentliyinə açıqlamasında Eslami deyib:
“Atom elektrik stansiyasının tikinti sahələrini ziyarət etdik, müqavilə danışıqları apardıq. Saziş bu həftə imzalandıqdan sonra layihə dərhal layihələndirmə, mühəndislik və digər texniki mərhələlərə keçəcək.”
Eslami əlavə edib ki, hazırda qüvvədə olan razılaşmaya əsasən, Rusiya İranda səkkiz nüvə enerji bloku tikir, onlardan dördü Buşəhr şəhərində yerləşir.
O, Moskvaya səfəri çərçivəsində Rusiya rəsmiləri, eləcə də Rosatom və Kurçatov İnstitutu nümayəndələri ilə danışıqlar aparacağını da qeyd edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 22 Sentyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















