İran və Suriya diplomatiya yolunda: Səfirliklər yenidən açılacaq?
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İran və Suriya səfirliklərinin fəaliyyətlərinin yenidən bərpa edilməsi üçün danışıqlar aparılır.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında bildirib.
O, çıxışında Suriyadakı son hadisələrə münasibət bildirib və qeyd edib ki, Tehran üçün əsas məsələ Suriya xalqının istəyinə əsaslanan bir hökumətin qurulmasıdır.
"Suriyanın ərazi bütövlüyünün qorunması İranın çox mühüm prioritetlərindən biridir. Səfirliklərin fəaliyyətinin bərpasına gəlincə, bizim yanaşmamız hər zaman olduğu kimi diplomatikdir. İran və Suriya buna hazırdır və səfirliklərin yenidən fəaliyyət göstərməsi üçün danışıqlar aparılır", - deyə Mühacirani vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 24 Dekabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















