İran XİN: ABŞ dən deportasiya olunan vətəndaşlar ölkəyə qayıda bilərlər
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"İran bütün iranlıların vətənidir, həmvətənlərimiz sərbəst şəkildə öz ölkəsinə qayıda, səyahət edə bilərlər".
Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai ABŞ-dən iranəsilli mühacirlərin deportasiya olunmasını şərh edərkən deyib.
O, ABŞ-də mühacirlərə, o cümlədən bəzi İran vətəndaşlarına qarşı yersiz və alçaldıcı rəftarını pisləyərək, bunu “əsassız, insan hüquqları standartlarına zidd” adlandırıb.
İsmayıl Bəqai vurğulayıb ki, İranın Xarici İşlər Nazirliyi öz qanuni öhdəliklərinə əsaslanaraq ölkə vətəndaşlarının hüquqlarını qorumaq üçün onlara verilən bütün göstərişləri yerinə yetirəcək.
Qeyd edək ki, ABŞ-dən 2 min 618 iranlı deportasiya olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 15 Fevral 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















