İran XİN rəhbərindən etiraf: Bəşər Əsəddən dəfələrlə Türkiyə ilə danışıq aparmasını istəmişəm
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçı Astana prosesi çərçivəsində baş tutan danışıqların bəzi detallarını danışıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verib.
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Astana prosesi çərçivəsində İslam Respublikası Türkiyə və Rusiya ilə birlikdə Suriya hökuməti və müxalifət arasında münasibətlərə kömək etməyə çalışıb.
"Mən dəfələrlə Suriya hökumətinə, xarici işlər nazirinə, hətta Bəşər Əsədin özünə Türkiyə ilə danışıqlara getməyi tövsiyə etdim, ancaq Suriya hökuməti və Bəşər Əsəd danışıqlarla razılaşmadılar. Son nəticədə müxalif qruplar və digər hökumətlərlə danışıb-danışmamaq Suriyanın öz qərarı idi", - deyə A.Əraqçı qeyd edib.
Onun sözlərinə görə, Suriya ordusu müxaliflərlə döyüşməkdən imtina etdikdə Tehran artıq heç bir tədbir görməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 27 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















