İran Yaxın Şərqdə müharibə istəmir, lakin istənilən düşmən hərəkətə cavab verəcək
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
İran prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşündə deyib ki, İran Yaxın Şərqdə böyük silahlı münaqişənin olmasında maraqlı deyil, lakin həmişə öz təhlükəsizliyini təmin etməyə çalışacaq.
"Müharibə nə İranın, nə regionun, nə də dünyanın maraqlarına uyğun deyil. Heç bir ağlı başında olan insan müharibəyə başlamaq və [münaqişənin] atəşinə yağ tökmək istəməz. Bununla belə, təhlükəsizliyimizə qarşı hər hansı bir hərəkət olarsa biz istənilən şəraitdə qəti və qətiyyətlə cavab verəcəyik”, - deyə Pezeşkian ofisindən verilən açıqlamada bildirib.
Prezident həmçinin İsrailə qarşı Yaxın Şərqdə sabitliyi pozmaqda ittihamları təkrarlayıb.
Mövsüm
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 15 Noyabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















